Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1094/2024 03.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 49300 manat məbləğində borc pulun alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49300 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh ondan 49300 manat məbləğində borc almış, lakin borclu olduğu məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Belə ki, cavabdeh onunla birlikdə N saylı hərbi hissədə kapitan rütbəsində xidmət etmiş, hərbi hissədə nəinki ona hətta digər hərbiçi yoldaşlarına da müəyyən məbləğlərdə borcu olmuşdur. Cavabdehlə fərdi söhbətlər aparılmış və cavabdeh qeyd edilən halları təsdiq etməklə fərdi söhbətlərin qeydiyyatı kitabında öz xətti və imzası ilə 02 aprel 2022-ci il tarixdə həqiqətən də ona 49300 manat borcunun olduğu barədə qeydiyyat aparmış və həmin qeyd hərbi hissənin möhürü ilə təsdiqlənmişdir. Cavabdeh qeyd etdiyi banklardan götürdüyü məbləğləri ona verməmiş, ola bilsin başqa borclu olduğu şəxslərə ödəmişdir, çünki cavabdehin ondan başqa da, digər şəxslərə çoxlu borcu vardır. O, uzun müddət məhkəmədən kənar şəkildə borcunu cavabdehdən tələb etsə də, cavabdeh hər dəfə müxtəlif vədlər verərək ona olan borcunu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatına əlavəsi olmadığını bildirərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirdi ki, o, 2019-cu ilin noyabr ayında hərbi hissədə şəxsiyyət üzrə müavin vəzifəsinə təyin olunmuşdur. Həmin ərəfələrdə İddiaçı başqa hərbi hissədən yerdəyişmə alaraq onun xidmət etdiyi hərbi hissəyə xidmətə gəlmişdir. İddiaçı gəldikdən sonra aralarında dostluq münasibətləri yaranmışdır. 2021-2022-ci illərdə aralarında borc söhbətləri olmuş və iddiaçıya olan borcunu tam-tamına qaytarmışdır. 2022-ci ildə iddaçı İddiaçı atası onların yaşadıqları evə gələrək bildirmişdir ki, “oğlun Vahidin mənim oğluma borcu var”. Bundan sonra o, borcundan hissə-hissə iddaçı İddiaçı ona ödəməyə göndərdiyi plastik bank kartlarına ödəməyə başlamışdır. Bundan sonra 23 iyun 2022-ci il tarixdə anası X4 adına "xxxx" ASC-dən 15000 manat, 12 sentyabr 2022-ci il tarixdə gəlinləri X1 adına “Finca Azerbaijan” MM QBKT-dan 5000 manat, 18 avqust 2022-ci il tarixdə xalası X2 adına "xxxx" ASC-dən 10000 manat və 5000 manat olmaqla, ümumilikdə 15000 manat götürərək onun iddiaçıya olan borcuna ödəmişlər. Bundan əlavə özlərinə məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsini 4500 manata satıb, həmin məbləği də İddiaçı olan borcuna vermişlər. O, ümumilikdə 39500 manat məbləği atası Şamil Rzayevlə birlikdə aparıb İddiaçı vermişlər. O, İddiaçı olan borcunu tam ödəmiş, iddiaçıya borcu qalmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X6 iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və şahidin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi zahatında bildirdi ki, Cavabdeh onun oğludur. Oğlu Cavabdeh İddiaçı ilə N saylı hərbi hissədə bir yerdə işləmişlər və yaxın yoldaşlıq münasibətləri olmuşdur. İddiaçı 2022ci il də atası Əlqamə Əhmədovla birlikdə onların yaşadıqları evə gələrək bildirmişdir ki, “oğlun Vahidin mənim oğluma borcu var”. O, da bir valideyn kimi maraqlanmış və həqiqətən də oğlu Cavabdeh İddiaçı 48100 manat borcunun olduğunu dəqiqləşdirmişdir. Sonradan oğlu Cavabdehun borclarından Vahid özü bankomat vasitəsi ilə İddiaçı göndərdiyi plastik bank kartlarına hissə-hissə ödəməyə başlamışdır. Bundan sonra 23 iyun 2022-ci il tarixdə həyat yoldaşı X4 adına "xxxx" ASC-dən 15000 manat, 12 sentyabr 2022-ci il tarixdə gəlini X1 adına “Finca Azerbaijan” MM QBKT-dan 5000 manat, 18 avqust 2022-ci il tarixdə baldızı X2 adına "xxxx" ASC-dən 10000 manat və 5000 manat olmaqla, ümumilikdə 15000 manat götürərək oğlu Cavabdeh İddiaçı olan borcuna vermişlər. Bundan əlavə özlərinə məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsini 4500 manata satıb, həmin məbləği də oğlu Cavabdeh İddiaçı olan borcuna vermişlər. O, tam əmin olmaq üçün həmin məbləğlərdən 15000 manat bir, 15000 manat bir və sonuncu dəfə 9500 manat oğlu Cavabdehlə birlikdə aparıb İddiaçı vermişlər. Oğlu Cavabdeh İddiaçı olan borcunu tam ödəmişlər. İş materiallarına əlavə edilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, İddiaçı 2021-ci ilin fevral ayında 1270 manat və 1200 manat, mart ayında 2300 manat, 4000 manat və 4216 manat, aprel ayında 550 manat, 365 manat və 9500 manat, may ayında 2000 manat, iyun ayında 5000 manat, 1400 manat, avqust ayında 500 manat və əlavə 500 manat, dekabr ayında "xxxx" ASCnin Kürdəmir filialından 15300 manat kredit götürərək, ümumilikdə 48101 manat borc qismində Cavabdeh vermişdir. Cavabdeh İddiaçı olan borcundan 465 manat qaytarmış, qalan borcu 47636 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh N nömrəli hərbi hissə komandirinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Cavabdeh İddiaçı 2021-ci ilin fevral ayında 1270 manat və 1200 manat, mart ayında 2300 manat, 4000 manat və 4216 manat, aprel ayında 550 manat, 365 manat və 9500 manat, may ayında 2000 manat, iyun ayında 5000 manat, 1400 manat, avqust ayında 500 manat və əlavə 500 manat, dekabr ayında 15300 manat olmaqla, ümumilikdə 48101 manat borc almış, həmin borcundan 465 manat qaytarmış, İddiaçı qalan borcunun 47636 manat olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Million” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, 5213 6751 7346 3762 nömrəli plastik karta 199,98 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Million” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, 4169 74xx xxxx 6843 nömrəli plastik karta 500 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Million” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, 5213 6751 7346 3762 nömrəli plastik karta 199,98 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Million” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, 5213 6751 7346 3762 nömrəli plastik karta 199,98 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Million” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, 5239 15xx xxxx 6974 nömrəli plastik karta 101 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Million” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, X5 məxsus 5239 15xx xxxx 6974 nömrəli plastik karta 101 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “PashaPay” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, 4169 74xx xxxx 9405 nömrəli plastik karta 154 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “eManat” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, İddiaçı məxsus son 8 rəqəmi 6404 6828 olan plastik karta 273 manat köçürülmüşdür. İş materiallarına əlavə edilməsi üçün Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Million” elektron ödəmə sistemindən çıxarılmış ödəmə qəbzinin surətindən görünür ki, İddiaçı məxsus son 8 rəqəmi 6404 6828 olan plastik karta 101 manat köçürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş M/V 096591 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüuquna malikdir. Məhkəmə baxışı zamanı İddiaçı təqdim etdiyi səs yazıları dinlənilərkən, həmin səs yazıları ilə Cavabdeh İddiaçı borcunun yaranması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh müxtəlif tarixlərdə İddiaçı 48101 manat borc almışdır. Həmin məbləğdən 2294,94 manat cavabdeh iddiaçıya qaytarmış, lakin 45806,06 manat məbləğini qaytarmamışdır. Həmin hal hər iki tərəfin verdiyi izahatlarla öz təsdiqini tapır. Belə ki, Cavabdeh həmin məbləğləri aldığını etiraf etsə də, qaytarması barədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı dəfələrlə cavabdehin ondan aldığı pul məbləğlərini qaytarmasını tələb etsə də, cavabdeh hər dəfə fərqli bəhanələrlə iddiaçıdan aldığı pul vəsaitlərini qaytarmaqdan yayınmışdır. Bununla da cavabdehin iddiaçıya 45806,06 manat borcu yaranmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Odur ki, hazırki mübahisə üzrə cavabdehin iddiaçıya 49300 manat borcunun yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Yaranmış borcun qaytarılmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə iclasında Cavabdeh verdiyi izahatında anası X4 adına "xxxx" ASC-dən 15000 manat, gəlinləri X1 adına “Finca Azerbaijan” MM QBKT-dan 5000 manat, xalası X2 adına "xxxx" ASC-dən cəmi 15000 manat götürərək və özlərinə məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsini 4500 manata sataraq ümumilikdə 39500 manat məbləği atası Şamil Rzayevlə birlikdə aparıb İddiaçı verdiyini qeyd etsə də, qeyd edilən məbləğlərin həmin banklardan götürlməsi faktı təsdiq edilsə də, həmin məbləğlərin İddiaçı verməsi ilə bağlı cavabdeh tərəfindən həmin halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı da həmin hal öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borca görə 49300 manat məbləğində pulun alınıb ona verilməsi tələbində qismən, yəni 45806,06 manat tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edirki, iddia qismən təmin edilərək, Cavabdeh 45806,06 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 45806,06 (qırx beş min səkkiz yüz altı manat altı qəpik) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1094/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1094/2024
03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver