Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-146/2025 17.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cehiz əmlakı, qızıl-zinət əşyaları və ya həmin əmlakların dəyəri tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 1200 manat olan 1 ədəd soyuducu, dəyəri 1300 manat olan açılıb-bağlanan divan dəsti, dəyəri 700 manat olan 2 ədəd çılçıraq, dəyəri 4000 manat olan yataq dəsti, dəyəri 750 manat olan 1 ədəd şifaner, dəyəri 800 manat olan 1 ədəd termo, dəyəri 600 manat olan 1 ədəd şkaf, dəyəri 300 manat olan 1 ədəd ayaqqabı şkafı, dəyəri 400 manat olan 2 ədəd pərdəjaluzdən ibarət cehizlik əmlaklarının və ya onların ümumi dəyərini təşkil edən 8850 (səkiz min səkkiz yüz əlli) manat olan pulun, ümumi dəyəri 5500 manat olan 40 qram çəkidə (1 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd boyunbağı) brilyant qaşlı qızıl dəsti, dəyəri 1700 manat olan 1 ədəd qızıldan brilyant qaşlı nişan üzuyu, dəyəri 1500 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyündən ibarət qızıl-zinət əşyalarının və ya onların ümimi dəyərini təşkil edən 8700 (səkiz min yeddi yüz) manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, İddiaçı Cavabdeh1 qarşı cehiz əmlakı, qızıl-zinət əşyaları və ya həmin əmlakların dəyərinin alınıb verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh2 əlavə cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Cəlilabad Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(073)-2653/2024 saylı qərardadı ilə Cavabdeh2 İddiaçı Cavabdeh1 qarşı cehiz əmlakı, qızıl-zinət əşyaları və ya həmin əmlakların dəyəri tələbinə dair mülki işə üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı Cavabdeh2 ilə ailə quraraq 11 mart 2020-ci il tarixdə rəsmi nikaha girmişlər. İddiaçı ailə qurduqdan sonra həyat yoldaşı Cavabdeh2 ilə birlikdə qaynanasına məxsus ünvan 1 ünvanına köçərək orada yaşamağa başlamışlar. Bir müddət qeyd olunan ünvanda yaşadıqdan sonra qaynanası Cavabdeh1 iddiaçını incitməyə və ailəsində söz-söhbətlər yaratmağa başlamışdır. Bundan sonra iddiaçı əri ilə birlikdə əşyaları olan kirayə evə çıxmışlar. İddiaçı gəlin köçən zaman apardığı cehizlik əşyalar və iddiaçıya hədiyyə olunan qızıl-zinət əşyaları qaynanasına məxsus evdə qalmış və qaynanası əşyalarını aparmağa iddiaçıya icazə verməmişdir. Lakin iddiaçı həyat yoldaşına görə qaynanası ilə mübahisə yaratmamışdır. İddaçı İddiaçı əri Cavabdeh2 ayrılmış və kirayə evdə yaşayır. Hətta Cavabdeh1 evi satarkən, gəlini İddiaçı mebelləri ilə birlikdə satmışdır. Hazırda iddiaçı cavabdehlərdən dəyəri 1200 manat olan 1 ədəd soyuducu, dəyəri 1300 manat olan açılıb-bağlanan divan dəsti, dəyəri 700 manat olan 2 ədəd çılçıraq, dəyəri 4000 manat olan yataq dəsti, dəyəri 750 manat olan 1 ədəd şifaner, dəyəri 800 manat olan 1 ədəd termo, dəyəri 600 manat olan 1 ədəd şkaf, dəyəri 300 manat olan 1 ədəd ayaqqabı şkafı və dəyəri 400 manat olan 2 ədəd pərdə-jaluzdən ibarət cehizlik əmlaklarını və ümumi dəyəri 5500 manat olan 40 qram çəkidə (1 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd boyunbağı) brilyant qaşlı qızıl dəsti, dəyəri 1700 manat olan 1 ədəd qızıldan brilyant qaşlı nişan üzuyu, dəyəri 1500 manat olan 1 ədəd brilyant qaşlı nişan üzüyündən ibarət qızıl-zinət əşyalarını tələb etsə də, cavabdehlər həmin əşyaları iddiaçıya verməmişlər və qaynanası iddiaçıya bildirmiş ki, “mənə ata evindən qızıl gətirməmisən”. Bundan əlavə, Cavabdeh1 iddiaçıdan əvvəlki gəlinlə də belə rəftarlar etmiş və əmlaklar məhkəmə qətnaməsi ilə gəlinə qaytarılmışdır. İddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər iddiaçıya məxsus həmin qızıl-zinət əşyalarını və cehiz əmlaklarını iddiaçıya qaytarmamışlar. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək verdiyi izahatında bildirdi ki, o, iddaçı İddiaçı ilə 2019-cu ildə ailə qurmuşlar və 2021-ci ilə kimi anası Cavabdeh1 məxsus evdə yaşamışlar. İddaçı İddiaçı ilə anası arasında olan söz-söhbət zamanı anası DİN-nin 102 qaynar xəttinə müraciət edtiyindən, onlar həmin evdən çıxıb kirayə evə yerləşmişlər. Evin tək oğlu olduğundan, nə zamansa geri qayıdacağını fikirləşmişdir. Sonradan anası yaşadığı ev başqa şəxsə satılmışdır. Hazırda iddaçı İddiaçı 2-3 aydır ki, acıq edib atası evinə getmişdir. İddaçı İddiaçı məxsus mebellərin bir hissəsi binanın anbarına yığılmışdır. Qeyd edilənələrin nəzərə alınmasını bildirərək, iddianın təmin olunmasına etiraz etmədi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, oğlu Cavabdeh2 iddaçı İddiaçı ilə ikinci evliliyi olduğundan nişan və toy mərasimləri keçirməmişlər, yalnız 2019-cu ildə kiçik yığıncaq etmişlər. O, iddiaçıya 1 ədəd nazik üzük və 1 ədəd də nazik boyunbağı vermişdir. Təxminən 3 il bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində 20000 manata ev almışlar və “Soliton” LTD-dən kreditlə məişət və digər əşyalar götürərək evin şəraitini düzəltmişlər. İddiaçı ilə Cavabdeh2 2022-ci ildə özlərinə lazım olan əşyaları götürərək, onun yaşadığı və qardaşı Fazil Salmanova məxsus evdən çıxıb, Cavabdeh2 yeni alınmış evə köçmüşlər. Bir müddət keçdikdən sonra, o, yaşadığı evdə yer olmadığından, oğlu Cavabdeh2 zəng edərək gəlib əşyalarını aparmasını bildirmiş, lakin oğlu Cavabdeh2 kirayə yaşadıqları evdə hər cür şəraitlərinin olduğunu və bu səbəbdən də onun evində qalan əşaların yerləşdirilməsi üçün yerləri olmadığını bildirmişdir. Bundan sonra qardaşı Fizuli Salmanov ona bildirmiş ki, “oğlun Rahil deyir ki, anam öləcək, o ev mənə qalacaq”. O, oğlunun nankör bir övlad olduğunu bildikdən sonra, iddiaçıya və Cavabdeh2 aid olan əmlakları, yaşadığı evdən çıxarıb MTKnın anbarına yığmışlar və hazırda da həmin anbardadır. Oğlu, eyni zamanda Cavabdeh2 da həmin əmlakların orada olduğunu görmüş və istənilən vaxt o, olmadan da gedib götürə bilər. İddiaçının iddia ərizəsində qeyd etdiyi və foto şəkillərdə görsənənlər bujiteriyadan ibarət əşyalarıdır. Həmin əşyaları və gəlinliyi hətta “Gözəllik salonu”ndan kirayə götürmüşlər və sonradan gəlinliklə birlikdə geri qaytarmışlar. Oğlu və gəlini dava-dalaş olmadan evdən çıxmışlar, öz əmlakları və yığıncaqda alınan qızıl əşyaları ilə birlikdə yeni aldıqları evə köçmüşlər. O, özü də hazırda həmin evdən köçmüş və qardaşı Fazil Salmanov həmin özünə məxsus evi satmışdır. Qardaşı üzün illər bundan əvvəl evə quraşdırdığı mətbəx mebeli ilə birlikdə evi satmışdır. Həmin mebel onsuz da köhnəlmişdir, onu söküb çıxarmaq, istifadəyə yarsız hala gəlməsinə səbəb olurdu. Hazırda evlər bu səbəbdən mətbəx mebeli ilə birlikdə satılır və qardaşı Fazil Salmanov da həmin özünə məxsus evi mətbəx mebeli ilə birlikdə satmışdır. Həmçinin oğlu Cavabdeh2 yalan deyir və arvadı ilə ayrılmamışlar, Masazır qəsəbəsində yerləşən özlərinə məxsus evdə yaşayırlar və iddiaçı ilə birlikdə market işlədirlər. Qeyd edilənələrə əsasən iddianın qismən təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 izahatında qeyd etdikləri həqiqətdir. Əgər digər Cavabdeh2 iddianı etiraf edirsə, onun öz hüququdur və özü iddiaçı ilə razılaşıb mübahisəni öz aralarında həll edə bilərlər. Qeyd edilənələrin nəzərə alınmasını və iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, Cavabdeh1 onun baldızıdır. Onların şəxsi “Gözəllik salonu” vardır. İddiaçı ilə Cavabdeh2 2019-cu ildə ailə qurmuşlar. Onların xeyir məclisindən 1 gün qabaq iddaçı İddiaçı onların işlətdiyi salona gətirmişlər, aksesuarları məclisdən sonra qaytarmaq şərti ilə, yəni kirayə olaraq gəlini aksesuarlarla bəzəmişlər və məclisdən sonra həmin aksesuarları gəlinliklə birlikdə qeri qaytarmışlar. O, gəlini bəzəyən zaman onun üzərində, yəni barmağında 1 ədəd nazik üzük və boynunda 1 ədəd nazik boyunbağı olmuşdur. İddaçı İddiaçı üzərində başqa qızıl-zinət əşyaları olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısı oğludur. Cavabdeh1 qardaşı ev almışdı və İddiaçı Cavabdeh2 ilə ailə qurduqdan sonra həmin evə gəlin köçmüşdür. Cavabdeh2 özünə ev aldıqdan sonra, ər-arvad öz evlərinə köçmüşlər. İddaçı İddiaçı öz evlərinə köçən zaman bəzi mebel və xırda əşyaları özləri ilə aparmışlar. Hətta həmin vaxt Cavabdeh2 televizoru götürərkən, o, bəs anasının nəyə baxacağını soruşduqda, Cavabdeh2 bildirmiş ki, “özü bilər”, qalan əşyaları da yığın padvala. Lazım olan əlavə əşyaları Cavabdeh2 təzələyərək mağazadan almışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 dekabr 2025-ci il tarixli nikah haqqında arayışdan görünür ki, Cavabdeh2 ilə İddiaçı nikahlarını 11 mart 2020-ci il tarixdə rəsmiləşdirmişlər və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 576 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş əmlakın qiymətləndirilməsi barədə mütəxəssis X2 rəyindən görünür ki, qarnitur qızıl dəsti (brilyant) 750 əyyarlı, 4 karat, 26 qram çəkidə 6800 manat dəyərində, nişan üzüyü brilyant 750 əyyarlı, 0,50 sot, 6 qram çəkidə 1300 manat dəyərində, 1 ədəd üzük 585 əyyarlı, 3 qram çəkidə 400 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, 1 ədəd dolab 150 manat dəyərində, termo 400 manat dəyərində, taxt 500 manat dəyərində, uşaq beşiyi 200 manat dəyərində, künc divan 800 manat dəyərində, jurnalni masa 150 manat dəyərində, servant (qab yığmaq üçün) 400 manat dəyərində, mətbəx üçün masa və 4 ədəd stul 250 manat dəyərində, 2 ədəd çılçıraq 300 manat dəyərində, 2 ədəd jalyuz (kuxna üçün) 150 manat dəyərində və soyuducu 1000 manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmiş video görüntüyə və fotoşəkillərə proses iştirakçıları ilə birlikdə baxış zamanı, iddiaçının iddia ərizəsində tələb ediyi əmlaklardan 150 manat dəyərində 1 ədəd dolab, 400 manat dəyərində termo, 500 manat dəyərində taxt, 200 manat dəyərində uşaq beşiyi, 800 manat dəyərində künc divan, 150 manat dəyərində jurnalni masa, 400 manat dəyərində servant (qab yığmaq üçün), 250 manat dəyərində mətbəx üçün masa və 4 ədəd stul, 300 manat dəyərində 2 ədəd çılçıraq, 150 manat dəyərində 2 ədəd jalyuz (kuxna üçün) və 1000 manat dəyərində soyuducudan ibarət cehiz əmlaklarının mövcudluğu öz təsdiqini tapmışdır. Həmçinin İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təqdim edilmiş video görüntüyə proses iştirakçıları ilə birlikdə baxış zamanı, Cavabdeh1 mətbəx mebelinin qardaşı Fazil Salmanovun sifariş ilə düzəldilməsi və mətbəxə quraşdırılması bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh2 ilə ailə quraraq nikahlarını 11 mart 2020-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ailə qurduqdan sonra həyat yoldaşı Cavabdeh2 ilə birlikdə qaynanasına, yəni Cavabdeh1 məxsus ünvan 1 ünvanına köçərək orada yaşamağa başlamışlar. Bir müddət qeyd olunan ünvanda yaşadıqdan sonra iddiaçı əri ilə birlikdə başqa evə köçmüşlər. İddiaçı başqa evə köçən zaman apardığı cehizlik əşyalarının bir qismini özü ilə aparmış və bir qismi isə qaynanası Cavabdeh1 məxsus evdə qalmışdır. Cavabdeh1 oğlu Cavabdeh2 gəlib əşyalarını aparmasını tələb etsə də, Cavabdeh2 yaşadığı evdə yer olmadığını əsas gətirməklə bundan imtina etmişdir. Məhkəmə ilk növbədə tələb edilən cehiz əmlakının mövcudluğu və kimdə qalması məsələsinə qiymət verərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, həmin cehiz əmlaklarından 150 manat dəyərində 1 ədəd dolab, 400 manat dəyərində termo, 500 manat dəyərində taxt, 200 manat dəyərində uşaq beşiyi, 800 manat dəyərində künc divan, 150 manat dəyərində jurnalni masa, 400 manat dəyərində servant (qab yığmaq üçün), 250 manat dəyərində mətbəx üçün masa və 4 ədəd stul, 300 manat dəyərində 2 ədəd çılçıraq, 150 manat dəyərində 2 ədəd jalyuz (kuxna üçün) və 1000 manat dəyərində soyuducu mövcud olmuş və cavabdehlərdə qalmışdır. Məhkəmə, eyni zamanda tələb edilən digər cehiz əmlakları və qızıl-zinət əşyalarının mövcudluğu və kimdə qalması məsələsinə qiymət verərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən belə nəticəyə gəlir ki, həmin əşyaların cavabdehlərdə qalması ilə bağlı iddiaçı tərəfindən həmin halları təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı da həmin hal öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə görə iddinın qızıl-zinət əşyaları tələbini əsassız hesab edir. Belə ki, iddiaçının vəkili və nümayəndəsinin dediyi kimi və rəydən də görünür ki, iddaçı İddiaçı zinət əşyalarının fotoşəkillərini təqdim etmiş və həmin fotoşəkillərə görə qızıllara qiymət qoyulmuşdur. Halbu ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilən cavabdehlərin və şahidlərin də izahatından göründüyü kimi, gəlinlik də daxil olmaqla bijuteriya (təqlid bəzək əşyaları) bəzək əşyalarını “Gözəllik” salonu onlara icarəyə vermiş və yığıncaqdan sonra geri qaytarılmışdır. Məhkəmə tələb edilən cehiz əşyaların dəyəri ilə bağlı məsələyə qiymət verərək, belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin mütəxəssisi tərəfindən həmin əşyaların dəyəri ilə bağlı verilən rəy daha inandırıcı olmaqla realdır. Buna görə də həmin əşyaların dəyəri "xxxx" MMC-nin mütəxəssisi tərəfindən göstərilən dəyərlə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuşəmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığıəmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründəərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150 manat dəyərində 1 ədəd dolab, 400 manat dəyərində termo, 500 manat dəyərində taxt, 200 manat dəyərində uşaq beşiyi, 800 manat dəyərində künc divan, 150 manat dəyərində jurnalni masa, 400 manat dəyərində servant (qab yığmaq üçün), 250 manat dəyərində mətbəx üçün masa və 4 ədəd stul, 300 manat dəyərində 2 ədəd çılçıraq, 150 manat dəyərində 2 ədəd jalyuz (kuxna üçün) və 1000 manat dəyərində soyuducudan ibarət cehiz əmlakları alınaraq İddiaçı verilməlidir. Həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 4300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 150 manat dəyərində 1 ədəd dolab, 400 manat dəyərində termo, 500 manat dəyərində taxt, 200 manat dəyərində uşaq beşiyi, 800 manat dəyərində künc divan, 150 manat dəyərində jurnalni masa, 400 manat dəyərində servant (qab yığmaq üçün), 250 manat dəyərində mətbəx üçün masa və 4 ədəd stul, 300 manat dəyərində 2 ədəd çılçıraq, 150 manat dəyərində 2 ədəd jalyuz (kuxna üçün) və 1000 manat dəyərində soyuducudan ibarət cehiz əmlakları alınaraq İddiaçı verilsin. Həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 4300 (dörd min üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-146/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-146/2025
17.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver