Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2107/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad rayon məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə İddiaçı doğum haqqında şəhadətnaməsində ata adının X1 qeyd edilməsi və İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə İddiaçı doğum haqqında şəhadətnaməsində ata adının X1 qeyd edilməsi və İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə İddiaçı doğum haqqında şəhadətnaməsində ata adının X1 qeyd edilməsi və İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair iddia ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə İddiaçı doğum haqqında şəhadətnaməsində ata adının X1 qeyd edilməsi və İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir, lakin, həmin iddia predmeti üzrə tələb, yəni doğum haqqında şəhadətnamədə ata adının X1 qeyd edilməsi və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması vəzifəsi qanunvericiliklə müəyyən edilmiş inzibati orqan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinə aiddir. Ona görə də iddia tələbi üzrə mübahisə fiziki şəxslə inzibati orqan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsi arasındaki inzibati icraatda baxılan inzibati mübahisədir və inzibati məhkəmədə baxılan tələbdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi iddiaçının tələbində göstərdiyi doğum haqqında şəhadətnamədə ata adının dəyişdirilərək X1 qeyd edilməsi və ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması vəzifəsi inzibati orqan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin vəzifələrinə aiddir və hazrki mübahisənin kökündə inzibati mübahisə mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilməli və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə İddiaçı doğum haqqında şəhadətnaməsində ata adının X1 qeyd edilməsi və İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yol verilməzliyinə görə imtina edilsin. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2107/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2107/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver