Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2610/2025 18.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh AR İXM-nin müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, iddiaçı tərəfindən ödənilmiş hər cərimə borcu 400 manat məbləğində olmaqla, ümumilikdə 3200 (üç min iki yüz) manat və ödənilməyən cərimə borcları üçün yığılan dəbbə pulu olaraq 1920 (min doqquz yüz iyirmi) manat və avtomobilin cərimə meydançasında saxlanıldığı vaxt üçün 300 manat olmaqla, ümumilikdə 5420 (beş min dörd yüz iyirmi) manat pulun və dövlət rüsumu üçün ödənilmiş 74 manatın tutularaq mənə verilməsi barədə qətnamə verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı 18 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən, iddiaçı xx.xx.2024-cı il tarixdə Toyota Prius (hibrid) minik markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini müvəqqəti idarə etmək üçün BA086390 nömrəli sürücülük vəsiqəsinə əsasən etibarnamə ilə cavabdehə vermişdir.Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsi tərəfindən verilmiş elektron sistemdən çıxarışa əsasən məlum olmuşdur ki, TP6798517 nömrəli qərarla Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, İXP6609816 nömrəli, xx.xx.2024-cü il tarixdə, EQ23572245 nömrəli, xx.xx.2024-cü il tarixdə, EQ22883136 nömrəli, xx.xx.2024-cü il tarixdə, EQ23182917 nömrəli, xx.xx.2024-cü il tarixdə, EQ23236492 nömrəli, xx.xx.2024-cü il tarixdə, EQ23834590 nömrəli, xx.xx.2024-cü il tarixdə, EQ23663862 nömrəli, xx.xx.2024-cü il tarixdə, İXP6462619 nömrəli protokollara əsasən AR İXM-nin 327.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, hər cərimə borcu 400 manat məbləğində olmaqla, ümumilikdə 3200 (üç min iki yüz) manat, hər ödənilməyən cərimə borcları üçün yığılan dəbbə pulu olaraq 240 manat hesablanmaqla, 1920 (min doqquz yüz iyirmi) manat cərimə edildiyi və ümumiyyətlə cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı, məhkəmə qərarına əsasən nəqliyyat vasitələrinin idarə etmək hüququnun məhdudlaşdırıldığı məlum olmuşdur. Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (hibrid) minik markalı, **-XP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin X1 şöbəsinin vəzifəli şəxsi tərəfindən cərimə meydançasına yerləşdirilmiş və cavabdehin cərimə borclarını ödəmədiyindən aylarla cərimə meydançasında qalaraq istismara yararsız vəziyyətə düşmüşdür. Əİavə olaraq nəqliyyat vasitəsinin hər cərimə meydançasında qaldığı günə görə ümumilikdə 300 manat iddiaçı tərəfindən ödənilmişdir. Cərimə ödənişləri Cavabdeh qeydiyyat ünvanına göndərilmiş, cərimə məbləğləri cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yaratmışdır. Lakin cavabdeh cərimə ödənişlərini ödəməkdən qərəzli olaraq imtina etdiyindən iddiaçı tərəfindən, nəqliyyat vasitəsinin üzərində olan bütün cərimə borcları, əlavə olaraq cərimə meydançasında aylarla saxlanılmasına dair 300 manat pul vəsaiti ödənilərək cərimə meydançasından çıxarılmışdır. Qeyd olunanlarla bağlı dəfələrlə məhkəməyə və digər Dövlət qurumlarına nəqliyyat vasitəsinin cərimə meydançasından çıxarılmasını, cərimə borclarının cavabdehdən tutulmasını xahiş etməsinə baxmayaraq, məhkəmə qərarı ilə ərizələr təmin edilməmiş, cərimə borcları ödənildikdən sonra nəqliyyat vasitəsinin çıxarılmasının mümkün olması bildirilmişdir. Cavabdehin cərimə borcunun olması əsası ilə ona məxsus olan nəqliyyat vasitəsindən 1 ilə yaxın müddətdə məhrum olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Çıxarışdan görünür ki, İddiaçı tərəfindən Toyota Prius (hibrid) minik markalı **- XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müvəqqəti idarə etmək üçün etibarnamə əsasında Cavabdeh verilmişdir. - Cavabdeh xx.xx.2024-cü il tarixli, EQ 23572245 saylı, xx.xx.2024-cü il tarixli, EQ 22883136 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23182917 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23236492 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23834590 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23663862 saylı, xx.xx.2024-cü il tarixli, İXP ******* və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokollara əsasən idarə etdiyi Toyota Prius (hibrid) minik markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin müvafiq maddələri ilə nəzərdə tutulan xətaları törətdiyinə görə hər protokola görə 400 manat olmaqla, cəmi 3200 manat cərimə edilmişdir; - Ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixli, EQ 23572245 saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli, EQ 22883136 saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli, EQ 23182917 saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli, EQ 23236492 saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli, EQ 23834590 saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli, EQ 23663862 saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən 400 manat cərimə və ona hesablanmış 240 manat dəbbə pulu ödənilmişdir. - İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 5 iş günü müddətində 5120 manat məbləğində pulun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - Ödəniş qəbzindən görünürki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 74 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Toyota Prius (hibrid) minik markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi müvəqqəti idarə etmək üçün etibarnamə əsasında Cavabdeh verilmişdir. Cavabdeh idarə etdiyi Toyota Prius (hibrid) minik markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müxtəlif vaxtlarda yol hərəkəti qaydalarını pozmuş və onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Cavabdeh cərimə borclarını ödəmədiyindən həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilmişdir. Cavabdeh cərimə ödənişlərini ödəmədiyi üçün iddiaçı tərəfindən, nəqliyyat vasitəsinin üzərində olan bütün cərimə borcları, əlavə olaraq cərimə meydançasında saxlanılmasına dair 300 manat pul ödənilərək avtomobil cərimə meydançasından çıxarılmışdır. Daha sonra iddiaçı ona dəyən ziyanı cavabdehdən tələb etsə də, lakin heç bir nəticəsi olmamışdır. Nəticədə cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və onun tərəfindən iddiaya heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5420 manat pulun tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən məhkəməyə ödənilmiş 74 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5420 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 74 manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-2610/2025
Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(073)-2610/2025
18.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver