Məhkəmə qərarları › İş №e-2(073)-2620/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2620/2024

18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2620/2024 18.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "Azəriqaz” İB-nin X2 istismarı İdarəsinə dəymiş 477,70 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 507,70 (beş yüz yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı KOD:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN 990000162; İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırmışdır ki, 03 06.2024-cü il tarixdə saat 02:00 radələrində Əzizov X1 şəhəri, Azərbaycan küçəsində idarə etdiyi BMW markalı **-CT-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə törətdiyi avtoqəza nəticəsində X2 İstismarı idarəsinin Cəlilabad Xidmət Sahəsinin balansında və istismarında olan QSQO-1000 m3 markalı qaz tənzimləyicinin giriş və çıxış hissəsi mexaniki zərbəyə məruz qalaraq zədələnmiş, təbii qaz havaya axmışdır. Qəza nəticəsində yaranmış təbii qaz itkisi və kəmərə dəymiş zərər aidiyyəti komissiya tərfindən müvafiq təlimata uyğun hesablanmışdır. Müəyyən edilmişdir ki, qəza nəticəsində İddiaçı İB-nin zərkəran RQİİ-nə 477,70 (dörd yüz yetmiş yeddi manat, 70 qəpik) manat zərər dəymişdir. Cəlilabad rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə idarə etdiyi BMW markalı, **-CT-*** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasə 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixli 14-2-2-10/2- 1810/2024 saylı xəbərdarlıq məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən 477,70 manat məbləğində dəymiş ziyanin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Odur ki, X2 istismarı İdarəsinə dəymiş 477,70 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 507,70 (beş yüz yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı KOD:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN 990000162; İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 02:00-da Cəlilabad şəhəri Azərbaycan küçəsində BMW X5 4.41 minik markalı 77CT071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, Cavabdeh idarə etdiyi BMW X5 4.41 minik markalı 77CT071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cəlilabad şəhəri Azərbaycan küçəsində törətdiyi qəza zamanı QSQO-1000 m3 markalı qaz tənzimləyicinin giriş və çıxış hissəsinin zədələnməsinə görə cəmi 477.70 (dörd yüz yetmiş yeddi manat yetmiş qəpik) manat zərər hesablanmışdır. İş materiallarında olan Lənkəran RQİİ tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh törətdiyi qəza nəticəsində İddiaçı İB-nin Lənkəran RQİİ-nə dəymiş 477.70 manat maddi zərərin 5 gün müddətinə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli, Cavabdeh 477,70 manat maddi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 507,70 (beş yüz yeddi manat yetmiş qəpik) manat pul vəsaiti alınıb İddiaçı İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı KOD:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN 990000162;İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 477,70 (dörd yüz yeddi manat yetmiş qəpik) manat maddi ziyan və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 507,70 (beş yüz yeddi manat yetmiş qəpik) manat pul vəsaiti alınıb İddiaçı İB-nin Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı KOD:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN ********* ; İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar