Məhkəmə qərarları › İş №e-2(073)-878/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-878/2024

11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-878/2024 11.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Birləşdirilmiş birinci tələb üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Birləşdirilmiş birinci tələb üzrə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair və iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdelərdən İddiaçı ASC-nin xeyrinə tutulması və birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə 36/05 saylı protokolun etibarsız sayılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, Açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdelərdən İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Cavabdeh1 "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə bağlanmış 36/05 saylı protokolun etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(005)- 2503/2024 saylı qərardadı ilə, Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə bağlanmış 36/05 saylı protokolun etibarsız sayılması tələbinə dair 2(005)-2503/2024 saylı mülki iş, Cəlilabad Rayon Məhkəməsinin icraatında olan 2(073)-878/2024 saylı mülki işlə bir icraatda birləşdirilib baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(073)-878/2024 saylı qərardadı ilə, Cəlilabad Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə bağlanmış 36/05 saylı protokolun etibarsız sayılması tələbinə dair 2(073)-2707/2024 saylı mülki iş, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsi və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi və iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair 2(073)-878/2024 saylı mülki işlə birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə iclasında birləşdirilmiş birinci tələb üzrə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 iddiasını isə etiraf etməyərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon məhkəməsin xx.xx.2015-ci il tarixli 2(073)-2213/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130.00 kv.m olan yaşayış sahəsi xx.xx.2016-cı il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 59.3-cü maddəsinə əsasən “İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürülmüş sayılırlar. Cavabdehlər Cavabdeh1 və X1 şəhəri, Təbriz küçəsi, ev 73 saylı ünvanda 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130.00 kv.m olan yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Buna görə də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə, birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, birləşdirilmiş birinci tələb üzrə İddiaçı ASC-nin iddiasını etiraf etməyərək verdiyi izahatında bildirdi ki, Rüstəmov X5 şəhəri, Mirzəli Hüseynzadə küçəsi, ev 8, mənzil 49 ünvanında qeydiyyatda olsa da, Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında yaşayır. Cavabdeh1 "Bank Respublika” ASC-dən götürdüyün kreditə görə ünvan 4 ünvanında yerləşən evini ipoteka qoymuşdur. Baş verən devalivasiyaya görə Cavabdeh1 ABŞ dolları ilə götürdüyü krediti ödəyə bilməmiş və buna görə də Cəlilabad rayon icra və probasiya şöbəsi tərəfindən onun ünvan 4 ünvanında yerləşən evinin hərraca çıxarılması sifariş edilmişdir. Hərracın keçirilməsi barədə Cavabdeh1 heç bir məlumatı olmamışdır. Belə ki, Azərbaycan Respublikası "İpoteka haqqında" qanununun 41.1-ci maddəsində qeyd edilir ki, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Çox təssüf ki, Cavabdeh1 mülkiyyətində olan ev satılarkən ipoteka saxlayan onunla hər - hansı bir razılığa gəlməmiş, hətta bu barədə Cavabdeh1 məlumat belə verilməmişdir. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) sifariş verir. Hərracın keçirilmə qaydası nəzərdə tutulur, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vəsitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bidiriş göndərir. Kütləvi informasiya vasitələrində elan dərc olunmasını bilmir, lakin hərracın təşkilatçısı qanunun tələb eldiyi kimi Cavabdeh1 hər - hansı bir bildiriş göndərməmişdir. Nəticədə Cavabdeh1la hər hansı bir razılıq olmadan və ona məlumat verilmədən mülkiyyətində olan əmlakın dəyər-dəyməz qiymətə hərracda satılmışdır. Belə ki, qanunun tələbi baxımından elanda və bildirişdə hərracın vaxlı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin salış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilərlər. Lakin Cavabdeh1 hərracın keçirilməsi barədə bildiriş verilmədiyindən, onun hərracın keçirilməsindən məlumatı olmadığı üçün qanunun Cavabdeh1 verdiyi bu hüquqdan istifadə edə bilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə, birləşdirilmiş birinci tələb üzrə İddiaçı ASC-nin iddiasının təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq birləşdirilmiş birinci tələb üzrə Cavabdeh2 və birləşdirilmiş ikinci tələb üzrə cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və Cəlilabad rayon İcra və Probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə birləşdirilmiş birinci tələb üzrə Cavabdeh2 və birləşdirilmiş ikinci tələb üzrə cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və Cəlilabad rayon İcra və Probasiya şöbəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə iştirak edən şəxslərin izahatlaarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, birləşdirilmiş birinci tələb üzrə iddia təmin edilməli, birləşdirilmiş ikinci tələb üzrə iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan X8 saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 26 iyul 2016-cı il tarixli, 36/05 saylı protokoldan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi ilkin satış qiyməti 30000 manat dəyərində qiymətləndirilməklə, yekunda 19125 manat məbləğində İddiaçı ASC-yə satılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olmuş Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında yerləşən 0,11 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 130 kv/m olan fərdi yaşayış evi ilə birlikdə xx.xx.2016-cı ildə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, birləşdirilmiş birinci tələb üzrə iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cəlilabad rayon məhkəməsin xx.xx.2015-ci il tarixli 2(073)-2213/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanda 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130.00 kv.m olan yaşayış sahəsi xx.xx.2016-cı il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 59.3-cü maddəsinə əsasən “İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürülmüş sayılırlar. Cavabdehlər Cavabdeh1 və X1 şəhəri, Təbriz küçəsi, ev 73 saylı ünvanda 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130.00 kv.m olan yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı birləşdirilmiş birinci tələb üzrə cavabdehlərin mübahisəli torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən istifadələrinin haqlı olmalarını təsdiq edən və buna əsas verən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları və X3 X2 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənjam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Göstərilən normanın tələbinə görə birləşdirilmiş birinci tələb üzrə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, birləşdirilmiş birinci tələb üzrə iddiaçı mülkiyyətçi olmalı, əşya birləşdirilmiş birinci tələb üzrə cavabdehlərin sahibliyində olmalı və həmin tələb üzrə cavabdehlərin əşyaya sahiblik hüquqları olmamalıdır. Yəni birləşdirilmiş birinci tələb üzrə cavabdehlərin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə birləşdirilmiş birinci iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin birləşdirilmiş birinci tələb üzrə cavabdehlərə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, birləşdirilmiş birinci tələb üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Belə ki, hazırda birləşdirilmiş birinci tələb üzrə cavabdehlərin həmin fərdi yaşayşı evinin üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Ona görə də həmin tələb üzrə cavabdehlərin sahibliyi qanunsuzdur. Bununla da birləşdirilmiş birinci tələb üzrə iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Belə ki, birləşdirilmiş birinci tələb üzrə cavabdehlər müqavilənin şərtlərini pozaraq birləşdirilmiş birinci tələb üzrə iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından birləşdirilmiş birinci tələb üzrə cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi birləşdirilmiş birinci tələb üzrə cavabdehlər İpoteka müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə birləşdirilmiş birinci tələb üzrə iddiaçı qeyd edilən mübahisə ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa məhkəmə, birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə 36/05 saylı protokolun etibarsız sayılması tələbinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 31 mart 2016-cı il tarixli, 2658/617-354 saylı məktubundan və hərracın təşkili və keçirilməsi barədə sifarişdən görünür ki, icra sənədi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, Cəlilabad Rayon Məhkəməsinə, İddiaçı ASC-nə və Cavabdeh1 məlumat verilməklə, İpoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə ilkin satış qiyməti 30000 manat müəyyən edilməklə Azərbaycan Respublikasının Xammal və Əmtəə Birjasının "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə göndərilmişdir. İşdə olan Açıq hərracın keçirilməsinə dair 29 aprel 2016-cı il tarixli, 1854 saylı bildirişdən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi, üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə ilkin satış qiyməti 30000 manat məbləğində açıq hərracda satılması üçün keçiriləcək hərracın tarixi və vaxtı 30 may 2016-cı il tarixdə, saat 11:00-a təyin edilmiş və bu barədə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə, İddiaçı ASC-nə və Cavabdeh1 məlumat verilmişdir. İşdə olan “Birja yenilikləri” qəzetinin Məhkəmə qərarları əsasında borclulara məxsus əmlakların satışı üzrə keçiriləcək hərraclar bölməsində, ünvan 4 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi, üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə ilkin satış qiymətinin 30000 manat məbləğində açıq hərracda satılması barədə keçiriləcək hərracın tarixi və vaxtı 30 may 2016-cı il tarixdə, saat 11:00-a təyin edilmiş və bu barədə elan verilmişdir. İşdə olan Açıq hərracın keçirilməsinə dair 17 iyun 2016-cı il tarixli, 2597 saylı bildirişdən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi, üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə ilkin satış qiyməti 25500 manat məbləğində açıq hərracda satılması üçün keçiriləcək hərracın tarixi və vaxtı 04 iyul 2016-cı il tarixdə, saat 11:00-a təyin edilmiş və bu barədə Cəlilabad rayon İcra və Probasiya şöbəsinə, İddiaçı ASC-nə və Cavabdeh1 məlumat verilmişdir. İşdə olan “Birja yenilikləri” qəzetinin Məhkəmə qərarları əsasında borclulara məxsus əmlakların satışı üzrə keçiriləcək hərraclar bölməsində, ünvan 4 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi, üzərində inşa edilmiş fərdi yaşayış evi ilə birlikdə ilkin satış qiymətinin 25500 manat məbləğində açıq hərracda satılması barədə keçiriləcək hərracın tarixi və vaxtı 04 iyul 2016-cı il tarixdə, saat 11:00-a təyin edilmiş və bu barədə elan verilmişdir. Azərbaycan Respublikasının "İpoteka haqqında" qanununun 41.1-ci maddəsində qeyd edilir ki, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin qanunun 41.2-ci maddəsində qeyd edilir ki, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin qanunun 42.1-ci maddəsində qeyd edilir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin qanunun 42.3-cü maddəsində qeyd edilir ki, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin qanunun 43-cü maddəsinə əsasən hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Göründüyü kimi, birləşdirilmiş ikinci tələb üzrə cavabdehlər Cəlilabad rayon İcra şöbəsi və "xxxx" MMC tərəfindən qeyd olunan qanunvericilik normalarına əməl edilməklə ipoteka qoyulmuş yaşayış evi hərraca çıxarılmış və qanunvericiliyin tələbləri pozulmamışdır. Beləliklə, birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 iddia ərizəsində 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "xxxx" MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə 36/05 saylı protokolun etibarsız sayılmasını tələb etsə də, həmin halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, birləşdirilmiş birinci tələb üzrə iddia təmin edilməli və birləşdirilmiş birinci tələb üzrə cavabdehlər Cavabdeh1 və Rüstəmova X6 şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, həmin torpaq sahəsi və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə 36/05 saylı protokolun etibarsız sayılması tələbinə dair iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, birləşdirilmiş birinci tələb üzrə iddia təmin edildiyindən, həmin tələb üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, birləşdirilmiş ikinci tələb üzrə iddia təmin edilmədiyindən, həmin tələb üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: Birləşdirilmiş birinci tələb üzrə iddia təmin edilsin. Birləşdirilmiş birinci tələb üzrə cavabdehlər Cavabdeh1 və Rüstəmova X6 şəhəri, Təbriz küçəsi, ev 73 ünvanında 0,11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 130 kv/m olan yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar, həmin torpaq sahəsi və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Birləşdirilmiş birinci tələb üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC-nin hesabına ödənilsin. Birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə və Cəlilabad rayon İcra və Probasiya şöbəsinə qarşı 26 iyul 2016-cı ildə Cəlilabad rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 4 saylı fərdi yaşayış evinin və 0.11 ha torpaq sahəsi barədə "Külək'” MMC (hərrac təşkilatı) tərəfindən keçirilmiş hərracın nəticələrinin və hərracın yekunları barədə 36/05 saylı protokolun etibarsız sayılması tələbinə dair iddia əsassız olduğundan təmin edilməsin. Birləşdirilmiş ikinci tələb üzrə iddia təmin edilmədiyindən, həmin tələb üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu birləşdirilmiş ikinci tələb üzrə iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar