Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-935/2025 27.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X6 X2 Cəmiyyətinin Cavabdeh qarşı 15000 manat əsas borc, 135 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X6 X2 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 15000 manat əsas borc, 135 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2022-ci il tarixli, 01LİZ027522 saylı lizinq müqaviləsi və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı əlavə üzrə cavabdehə 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə, ilkin ödəniş 7000 manat olmaqla, 22000 manat məbləğində “Opel” markalı, insignia minik model, sedan tipli (BAN: W0LGX5GG8D1029559; Mühərrik: A28NERHN059931; buraxılış ili: 2012; rəngi: göy) avtonəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış Lizinq müqaviləsinin 2.1-ci maddəsinə görə müqavilə üzrə lizinq verən qeyd olunan avtonəqliyyat vasitəsini müqavilə müddətinin sonunda mülkiyyət hüququnun keçirilməsi öhdəliyi ilə lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürmüş, lizinq alan isə bunun qarşılığında lizinq verənə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürçüşdür. Lizinq alan müqavilənin 4.2 (f) maddəsinə əsasən avtomobili lizinq verəndən təslim aldığı andan etibarən qorumalı, təyinatına uyğun istifadə etməli, ona zərər yetirilməsinə imkan verməməlidir. Müqavilənin 3.1 (a) maddəsinə əsasən lizinq alan ödənişləri ardıcıl olaraq 2 dəfədən artıq həyata keçirmədikdə lizinq verən müqaviləyə xitam verərək avtomobili lizinq alandan geri ala bilər. Lizinq alan müqavilənin 4.2 (k) maddəsinə əsasən əgər müqavilənin 3.1(a) maddəsində qeyd edilən əsaslarla müqaviləyə xitam verildikdə, avtomobili lizinq verənə amortizasiya nəzərə alınmaqla lizinq verəndən aldığı vəziyyətdə geri qaytarmalıdır. Lakin cavabdeh 1 saylı əlavədə qeyd edilən lizinq ödəniş qrafiki üzrə dövri оlaraq ödəməli оlduğu lizinq ödənişinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Bu səbəbdən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. Lakin avtomobil cavabdehdən geri alınan zaman avtomobilin mühərrik və surətlər qutusunun yerində olmadığı, eləcə də ban hissəsinin istismara tam yararsız vəziyyətə salındığı aşkar olunmuşdur. Hissələrin geri qaytarılması və yaranan vəziyyətin aradan qaldırılması barədə cavabdehə müraciət edildikdə isə cavabdeh bundan imtina etmişdir. Bundan sonra yaranmış vəziyyətlə balı araşdırma aparılması və cinayət işinin başlanılması üçün iddiaçı tərəfindən Bakı şəhəri, Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edilmişdir. HK-1-3056/24 saylı qeydiyyata alınmış ərizəyə baxılmış və 30 noyabr 2024-cü il tarixində “Cinayət işinin başlanılmasını rədd edilməsi barədə” qərar çıxarılmışdır. Aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilməmiş, mübahisənin mülki xarakterli olması qənaətinə gəlinmişdir. Dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət olunmuş və "xxxx" MMC tərəfindən verilmiş rəydə avtomobilə aid hansı hissələrdə çatışmazlıq olduğu, həmin hissələrin sayı və qiyməti qeyd edilmiş və dəymiş zərər məbləği 15250 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək verdiyi izahatında bildirdi ki, həqiqətəndə onunla iddiaçı "xxxx" BOKT MMC arasında 22 iyun 2022-ci il tarixli, 01LİZ027522 saylı lizinq müqaviləsi bağlanmış və həmin müqavilə üzrə 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə, ilkin ödəniş 7000 manat olmaqla, 22000 manat məbləğində “Opel” markalı avtonəqliyyat vasitəsi onun istifadəsinə verilmişdir. Həmin müqavilə üzrə 1 il müddətinə ödənişlər etmiş, lakin 10220 borcu qalmışdır. İstifadəsində olmuş avtomobilin mühərriki xarab olmuş, maddi imkanı olmadığından düzəltirə bilməmişdir. Bundan sonra iddiaçı onun stifadəsində olmuş avtomobili aparıb, ona yeni qrafik açacaqlarını bildirdiklərindən, o, da iddiaçı cəmiyyət ilə razılaşmışdır. İddiaçı tərəfindən ona yeni qrafik açılarsa, istifadəsinə verilmiş avtomobili götürüb yeni qrafik üzrə ödənişləri vaxtı-vaxtında ödəyəcəkdir. O, iddianın qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2022-ci il tarixli 01LİZ027522 saylı lizinq müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “Opel” markalı, insignia minik model, sedan tipli (BAN: W0LGX5GG8D1029559; Mühərrik: A28NERHN059931; buraxılış ili: 2012; rəngi: göy) avtonəqliyyat vasitəsi lizinqə verilmişdir. İşdə olan "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 22 iyun 2022-ci il tarixli 01LİZ027522 saylı lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh 22000 manat məbləğin 7000 manat hissəsini ilkin ödəniş olaraq ödəməyi, 15000 manat vəsaiti isə 36 ay müddətinə, hər ay 604 manat, sonuncu ay 623,39 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli qüsur aktından görünür ki, ** PV *** dövlət qeydiyyat nişanlı, (BAN: W0LGX5GG8D1029559) avtomobillə dəymiş ziyan, ümumilikdə 15250 manat müəyyən edilmişdir. İşdə olan iddiaçı "xxxx" BOKT MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022ci il tarixli bildirişdən görünür ki, iddiaçı cəmiyyət cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 22 iyun 2022-ci il tarixli, 01LİZ027522 saylı lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı əlavə üzrə cavabdehə 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə, ilkin ödəniş 7000 manat olmaqla, 22000 manat məbləğində “Opel” markalı, insignia minik model, sedan tipli (BAN: W0LGX5GG8D1029559; Mühərrik: A28NERHN059931; buraxılış ili: 2012; rəngi: göy) avtonəqliyyat vasitəsi cavabdehin istifadəsinə verilmişdir. Lakin cavabdeh 1 saylı əlavədə qeyd edilən lizinq ödəniş qrafiki üzrə dövri оlaraq ödəməli оlduğu lizinq ödənişinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Bu səbəbdən müqavilə birtərəfli qaydada ləğv edilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir. Lakin avtomobil cavabdehdən geri alınan zaman avtomobilin mühərrik və surətlər qutusunun yerində olmadığı, eləcə də ban hissəsinin istismara tam yararsız vəziyyətə salındığı aşkar olunmuşdur. Hissələrin geri qaytarılması və yaranan vəziyyətin aradan qaldırılması barədə cavabdehə müraciət edildikdə isə cavabdeh bundan imtina etmişdir. Dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-yə müraciət olunmuş və "xxxx" MMC tərəfindən verilmiş rəydə avtomobilə aid hansı hissələrdə çatışmazlıq olduğu, həmin hissələrin sayı və qiyməti qeyd edilmiş və dəymiş zərər məbləği ümumilikdə 15250 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməmişdir. Bununla da cavabdehin iddiaçıya 15000 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq alan məsuliyyət daşıyır. Həmin Məcəlləninn 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələblər irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarından görünür ki, lizinq müqaviləsi üzrə Cavabdeh öhdəliklərini yerinə yetirməmiş, ona göndərilən pretenziya məktubundan sonra da öhdəliklərinin icrasında boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2.1-ci bəndində göstərilmişdir ki, müqavilə üzrə lizinq verən qeyd olunan avtonəqliyyat vasitəsini müqavilə müddətinin sonunda mülkiyyət hüququnun keçirilməsi öhdəliyi ilə lizinq alanın istifadəsinə verməyi öz öhdəsinə götürür, lizinq alan isə bunun qarşılığında lizinq verənə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.2-ci (f) bəndində qeyd edilmişdir ki, Lizinq alan avtomobili lizinq verəndən təslim aldığı andan etibarən qorumalı, təyinatına uyğun istifadə etməli, ona zərər yetirilməsinə imkan verməməlidir. Həmin müqavilənin 3.1-ci (a) bəndinə əsasən lizinq alan ödənişləri ardıcıl olaraq 2 dəfədən artıq həyata keçirmədikdə lizinq verən müqaviləyə xitam verərək avtomobili lizinq alandan geri ala bilər. Həmin müqavilənin 4.2-ci (k) bəndinə əsasən lizinq alan əgər müqavilənin 3.1(a) maddəsində qeyd edilən əsaslarla müqaviləyə xitam verildikdə, avtomobili lizinq verənə amortizasiya nəzərə alınmaqla lizinq verəndən aldığı vəziyyətdə geri qaytarmalıdır. Göründüyü kimi tərəflərin razılaşmasına əsasən cavabdeh öhdəliklərini tam icra edənə qədər lizinqə verilmiş nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ iddiaçıda saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı 15000 manat əsas borc, 135 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdeh X3 15000 manat əsas borc alınıb iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 07 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 135 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 135 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 135 (bir yüz otuz beş) manat və xidmət haqqının əvəzi qismində 0,40 (qırx qəpik) manat alınıb iddiaçı "xxxx" X6 X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-935/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-935/2025
27.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver