Məhkəmə qərarları › İş №e-2(074)-1057/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1057/2025

21.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1057/2025 21.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət əməli nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət qanunu ilə nəzərdə tutulmuş əməli nəticəsində vurduğu maddi zərərin əvəzi olaraq 4000 (dörd min) manat və mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat, ümumilikdə 5000 (beş min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu ildə anadan olub. O, şəhid ailəsi, müharibə qazisi və İİ qrup müharibə əlillidir. Mülki cavabdeh (təqsirləndirilən şəxs) X1 oglu Tərtər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 1(061)-56/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrası Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Cavabdeh (təqsirləndirilən şəxs) Cavabdeh oglu Tərtər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 1(061)- 56/2024 nömrəli hökmü əsasında təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, onun inamından və etibarından sui-istifadə edərək onun İİİ qrup əlil olmağı ilə əlaqədar aldığı təqaüdü bərpa edəcəyinə dair yalan vəd verərək ondan cəmi 4000 manat məbləgində pul vəsaitini alaraq ələ keçirib dələduzluq cinayət əməlini törətmiş və zərərçəkmiş şəxs kimi ona 4000 manat miqdarında ziyan vurmuşdur. Bildirir ki, o, həmin cinayət işi üzrə zərərçəkmiş şəxsdir və bu səbəbdən də cinayət işi üzrə ona dəymiş maddi və mənəvi zərər qeyd-şərtsiz olaraq cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o, iddiaçıdan 3700 manat pul almış, həmin pulu isə iddiaçının işi ilə əlaqədar yol xərci və sənədlərin düzəldilməsinə xərcləmişdir. Həmin puldan iddiaçıya heç bir ödəniş etməmişdir. Barəsində qəbul edilmiş Tərtər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 1(061)-56/2024 nömrəli hökmündən şikayət verməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tərtər Rayon Məhkəməsini 1(061)-56/2024 saylı, 11 dekabr 2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayon ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, cəzaçəkmə müddətinin əvvəli Cavabdeh Şamaxı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanması və hökmün icrasının Cavabdeh yaşayış üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh verilmiş ittihama görə o, etibardan sui-istifadə və aldatma yolu ilə İddiaçı ümumilikdə 4000 manat məbləğində pul vəsaitini ələ keçirərək ona qarşı dələduzluq cinayətini törətmişdir Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 4000 manat məbləğində pul vəsaitini ələ keçirməsi Tərtər Rayon Məhkəməsini 1(061)-56/2024 saylı, 11 dekabr 2024-cü il tarixli hökmü ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 4000 manat məbləğində pul vəsaitini ələ keçirməsi Tərtər Rayon Məhkəməsini 1(061)-56/2024 saylı, 11 dekabr 2024-cü il tarixli hökmü ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, hökmdən də görünür ki, həmin cinayət nəticəsində İddiaçı vurulmuş maddi ziyanın 4000 manat təşkil edir və həmin ziyandan Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, vurulmuş maddi ziyana görə Cavabdeh 4000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi xakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Lakin məhkəmə iclasında iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və cavabdehin təqsiri müəyyən edilməmiş, həmçinin bunu təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. . Məhkəmə qeyd edir ki, İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmış maddi ziyanı Cavabdeh tələb etməkdə haqlıdır. Buna görə də iddia qismən təmin olunmalı, Cavabdeh 4000 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar