Məhkəmə qərarları › İş №e-2(074)-1086/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1086/2024

23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1086/2024 23.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı struktur vahidi olan Ağsu regional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonenti Cavabdeh təbii qazdan istifadə ilə bağlı yaranmış 11974,55 manat əsas borcun və 126 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, ünvan 1 ünvanında yaşayan İddiaçı struktur vahidi olan Ağsu regional Qaz İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin abonenti Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi ilə müraciət edib. Cavabdeh mənzilində istifadə etdiyi təbii qaza görə Şamaxı Xidmət Sahəsinə 13702,55 manat debitor borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və rəsmi müraciətlər edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 14-2-2-12/2-Q-19xx-xx/2023-1439 nömrəli və xx.xx.2024-cü il tarixli, 14-2-2-12/2-218/2024 saylı xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdeh həmçinin **********00471 nömrəli hesab üzrə təbii qazın alqı-satqısı ilə bağlı müqavilə də bağlamaqdan imtina etmişdir. Müqavilə bağlanması ilə bağlı xəbərdarlıqlara da heç bir məhəl qoymamışdır. Barəsində Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan X1 Agentliyinin Kürdəmir filialı tərəfindən 05 iyun 2024-cü il tarixli, İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilərək İXM-nin 282.2-ci maddəsi ilə cərimə tətbiq edilmişdir. Görülmüş bütün tədbirlərə baxmayaraq Cavabdeh borcu ödəmir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00471 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Cavabdeh barədə yaranmış borc 1728.20 manat borcun ödənilməsi ilə bağlı 05 iyun 2017-ci il tarixli, 2(074)- 1538/2017 saylı məhkəmə əmri olmasına baxmayaraq həmin məhkəmə əmrini də icra etməmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbələri barədə məhkəməyə heç bir məlumat verməsə də iddiaçı ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verib bildirdi ki, cavabdeh müqavilə bağlamaqdan imtina edir və evində dəfələrlə sayğacdan kənar xəttdən istifadə etmişdir. Cavabdehdən məhkəmə əmri ilə hesablanmış borc çıxıldıqdan sonra iddia verilən günə olan borcu tələb edilir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, maddi imkanı olmadığından qazdan istifadə ilə borcunu ödəməmişdir. Müqavilə bağlamaq lazım olduğu ona deyilməyib. Həmçinin onun evində sızma var və bu barədə iddiaçı təşkilata məlumat verib. Lakin hazırda bununla bağlı sübutunu məhkəməyə təqdim edə bilmir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində olan X1 Agentliyinin Kürdəmir filialının xx.xx.2024-cü il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə” haqqında qərarının surətindən görünür ki, Cavabdeh İXM-nin 282.2-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli, 2(074)- 1538/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, ünvan 3 ünvanında yaşayan Cavabdeh mənzilində istifadə etdiyi təbii qaza görə yaranmış 1728,20 manat əsas borc, ödənilmiş 20 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı, cəmi 1748,60 manat borc tutularaq İddiaçınə ödənilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 14 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən abonentin təbii qazadan sayğacdan kənar metal boru vasitəsilə bir başa mənzilinə kənar xətt çəkdiyi müəyyən edilmiş, kənar xəttin ləğv edilməsi və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 16 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, Cavabdeh itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 17280 m³ qazın məbləğinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı 06 may 2024-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən abonentin təbii qazdan istifadə qaydalarına zidd olaraq sayğacdan kənar istifadə etdiyi müəyyən edilmişdir. Dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan 31 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamadən görünür ki, Cavabdeh itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddət 83 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 3984 m³ qazın məbləğinin ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Şamaxı Xidmət Sahəsinin AGİS bazasında **********00471 abonent kodunda qeydiyyatda olan Cavabdeh təbii qazdan təhlükəsizlik istifadə qaydaları barədə alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş və Xidmət sahəsinin işçiləri tərəfindən qaz təminatını dayandırmağa şərait yaratmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, **********00471 abonent kodunda qeydiyyatda olan abonent Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinə təbii qazın verilişi abonentə məxsus kənar xətt səbəbindən dayandırılmışdır. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə olan 10703,87 manat təbii qazdan istifadə ilə yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən istifadə etdiyi təbii qaza görə ödənilməmiş pulu tələb etməkdə haqlıdır və buna görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 29 iyun 2000-ci il tarixli. 356 saylı Fərmanında göstərilir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə (8-ci bəndi) Qaz paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 saylı Qərarı ilə təsdiq “Qazdan istifadə Qaydaları” nın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs oorclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh qanunvericiliyə uyğun olaraq təbii qazın alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, cavabdehə məxsus fərdi yaşaşı evini qazla təchiz etmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə ödənilməmiş pul məbləğini tələb etməkdə haqlıdır. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh İddiaçı İB-nin işçiləri xx.xx.2024-cü il tarixdə hesablaşma qaz sayğacına baxış keçirmək məqsədi ilə ünvan 4ndə yerləşən iddiaçının abonenti olduğu fərdi yaşayış evində olmuşlar. Həmin vaxt abonentin qazdan istifadə qaydalarına zidd olaraq təbii qazdan sayğacdan kənar istifadə etməsi halı müəyyən edildiyindən fakt rəsmiləşdirilmiş və itirilmiş qazın bərpası məqsədilə abonentə sayğacdan kənar istifadə edilmiş qazın 360 gün üçün ümumilikdə 2073,60 manat borc hesablanmışdır. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iddiaçıya verilən qazın dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olan və sayğacdan əvvəl qaz xəttinə qoşulma olduğunu xx.xx.2024-cü il tarixdə müəyyən edən cavabdeh əvvəlki ay qaz istehlakında iddiaçının hər hansı qüsurunu aşkar etmədiyindən, hesablaşmanı xx.xx.2024-cü il tarixdən əvvəlki 1 ay üçün (4x12x30=1440 m³ x 0,12= 172,80 manat) aparmalı olsa da, hesablaşmanı 360 gün üçün (4x12x360=17280 m³ x 0,12= 2073,60 manat) aparmış, nəticədə iddiaçıya 1900,80 manat borcu əsassız olaraq artıq hesablamışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh İddiaçı İB-nin işçiləri xx.xx.2024-cü il tarixdə hesablaşma qaz sayğacına baxış keçirmək məqsədi ilə ünvan 4ndə yerləşən iddiaçının abonenti olduğu fərdi yaşayış evində olmuşlar. Həmin vaxt abonentin qazdan istifadə qaydalarına zidd olaraq təbii qazdan sayğacdan kənar istifadə etməsi halı müəyyən edildiyindən fakt rəsmiləşdirilmiş və itirilmiş qazın bərpası məqsədilə abonentə sayğacdan kənar istifadə edilmiş qazın 83 gün üçün ümumilikdə 478,08 manat borc hesablanmışdır. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iddiaçıya verilən qazın dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olan və sayğacdan əvvəl qaz xəttinə qoşulma olduğunu xx.xx.2024-cü il tarixdə müəyyən edən cavabdeh əvvəlki ay qaz istehlakında iddiaçının hər hansı qüsurunu aşkar etmədiyindən, hesablaşmanı xx.xx.2024-cü il tarixdən əvvəlki 1 ay üçün (4x12x30=1440 m³ x 0,12= 172,80 manat) yenidən aparmalı olsa da, hesablaşmanı 83 gün üçün (4x12x83=3984 m³ x 0,12= 478,08 manat) aparmış, nəticədə iddiaçıya 305,28 manat borcu əsassız olaraq artıq hesablamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 9768,27 manat (11974,35 manat - 1900,80 manat - 305,28 manat = 9768,27 manat) pul tutularaq İddiaçınə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş126 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 9768,27 manat (doqquz min yeddi yüz altmış səkkiz manat iyirmi yeddi qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126 (yüz iyirmi altı) manat pul alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar