Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1110/2024 24.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 8000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin müxtəlif vaxtlarında cavabdeh, ailəvi tanışı olan Cavabdeh ümumilikdə 12000 manat borc pul vermişdir. Ruzbeh özünə məxsus “Ford tranzit” markalı avtomobili onun adına keçirəcəyinə söz versə də, sonradan onu Rauf adlı şəxsin adına keçirmişdir. Bundan sonra Ruzbeh ona 4000 manat pul vermiş, qalan 8000 manatı qaytarmamışdır. O, dəfələrlə qalan borcu da qaytarmasını Ruzbehdən tələb etsə də, o hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. O, məcbur qalaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edib. Müraciətini bölmənin təhqiqatçısı, polis baş leytenantı X3 araşdırmış, lakin xx.xx.2024-cü il tarixdə “cinayət işinin başlanması haqqında” qərar qəbul etmişdir. Həmin qərarda Cavabdeh onun ümumilikdə 12000 manat pul borc aldığını, indiyə kimi 4000 manat ödədiyini və ona 8000 manat borclu qaldığını etiraf etməsi öz əksini tapmışdır. Lakin o, şəxsi problemləri ilə əlaqədar bu borcu qaytara bilmədiyini də təhqiqatçıya bildirmişdir. X2 özünün xx.xx.2024-cü il tarixli qərarı ilə mülki iddia qaydasında məhkəməyə müraciət etməyini bildirmişdir. Odur ki, hesab edir ki, Cavabdeh əməllərinə məhkəmənin müstəvisində baxılaraq ədalətli qərar qəbul edilməli və ona məxsus 8000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Ruzbeh ondan 12 000 manat pul alıb. Ruzbeh aldığı pulun 4000 manatını geri qaytarsa da qalan 8000 manatı bu günədək qaytarmamışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib bildirdi ki, Ülviyyə ilə qonşudurlar. Ruzbehə pul lazım olduğundan Ülviyyədən yalvararaq pulu aldı. Ruzbeh pul əvəzinə maşın gətirib verməli olsa da maşını gətirməmişdir. O, pul veriləndə Ülviyyənin yanında olub. Pul 12000 manat olub. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh 2020-ci ilin müxtəlif vaxtlarında ümumilikdə 12000 manat pulu Ülviyyədən borc aldığını, indiyə qədər 4000 manatını ödədiyini, lakin son vaxtlarda şəxsi problemləri ilə əlaqədar olaraq həmin pulu ödəyə bilmədiyini, lakin digər pulu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehin ona 8000 manat borclu olmasını təsdiq edəcək heç bir sübut təqdim etməsə də, cavabdeh iddiaçıdan həqiqətən də 12000 manat borc pul aldığını və həmin borcundan 4000 manatı pulu qaytarıldığını və qalan pulu da qaytaracağını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 8000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 100 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-1110/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1110/2024
24.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver