Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1120/2021 16.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı şəhəri Şamaxı Rayon Məhkəməsinin haimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, iddiaçı İcbari Sığorta Bürosu X7nın cavabdeh X1 qarşı subroqasiya qaydasında pul tələbi barədə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İcbari Sığorta Bürocu X7nın nümayəndəsi Elsevər Tanrıverdiyev məhkəmədə Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia qaldıraraq, Cavabdeh 5000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla cəmi 5030 manat məbləğin Büronun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ‘icbari sığortalar haqqında” Azərbaycan Respublikasının 24 iyun 2011-ci ii tarixli Qanunu (Qanun) əsasında İcabri Sığorta Bürosu X7 (Büro) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq təsis edilərək fəaliyyət göstərir. Cavabdeh 13.12.2016-ci il tarixində saat 18:10 radələrində VAZ 21154 markalı, 56BF636 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı-Pirqulu yolunun 9,5-ci km-də hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Şamaxı rayon məhkəməsinin 1(074)-33/2018 nömrəli, 13.06.2018-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa deyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Belə ki, ərizəçi X2 ərizəsinə əsasən zərərçəkən X4 Cavabdeh vurduğu zərərə görə 5000 mnat pul ödənilmişdir. Araşdırmalar nəticəsində Büronun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sistemində-VAZ 21154 markalı, 56BF636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 13.12.2016-ci il tarixində, saat 18:10 radələrində icbari sığorta şəhadətnaməsinin olmadığı müəyyən ediimiş və müvafiq sənədlər toplanaraq, qanunvericiliyə uyğun 5000 manat məbləğində kompensasiya ödənişinin həyata keçirilməsi təmin edilmişdir, Qanunvericiliyə əsasən kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalanmış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Zərərvuran digər şəxsə qarşı istifadə edə bilər. Qanun 32.4.-cü bəndinin tələblərinə əsasən Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Qanunun 63.3-cü bəndinin tələblərinə əsasən 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir, iddiaçı Qanunun müvafiq bəndinə əsasən kompensasiya ödənişi olaraq həyata keçirdiyi vəsaiti subroqasiya hüququndan istifadə etməklə cavabdehdən tələb edir. Məhkəmədən Cavabdeh 5000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5030 manat məbləğin iddiaçı İcbari Sığorta Bürosu X7nın xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. İddiaçı İcbari Sığorta Bürosu X7nın nümayəndəs Elsevər Tanrıverdiyev məhkəməyə ərizə göndərərk işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 1(074)- 33/2018 saylı hökmün surətindən görünür ki, X5 Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 31 oktyabr 2018-ci il tarixli 1-153/2018 saylı kompensasiya ödənişinin verilməsi haqqında qərardadn görünür ki, Azərbaycan Respublikası Şaamxı rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 1(074)-33/2018 saylı hökmünə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PSETT Birliyinin Şamaxı rayon şöbəsinin 43 saylı rəyinə və iş materiallarına əlavə olunmuş digər sənədlərə əsaslanaraq 13 dekabr 2016-cı il tarixdə saat 18.10 radələrində Şamaxı-Pirqulu yolunun 9.5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 ölümü ilə əlaqədar ailə üzvü X6 5000 manat məbləğində kompensasiya ödənişi verilməsi qərara alınmışdır. İş materiallarında olan 03 noyabr 2018-ci il tarixli ödəniş qəbzindən görünür ki, X6 5000 manat məbləğində pul verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Cavabdeh 13.12.2016-ci il tarixində saat 18:10 radələrində VAZ 21154 markalı, 56BF636 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı-Pirqulu yolunun 9,5-ci km-də hərəkətdə olarkən onun təqsiri üzündən yol nəqliyyat hadisəsi baş vermişdir. Şamaxı rayon məhkəməsinin 1(074)-33/2018 nömrəli, 13.06.2018ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci bəndində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Ərizəçinin müraciəti əsasında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq araşdırmalar aparıldıqdan sonra aşağıdakı “kompensasiya ödənişi üzrə məlumat cədvəli”ndə (cədvəl) qeyd olunanlara əsasən zərəçəkənə sağlamlığa deyən zərərin dərəcəsinə uyğun olaraq kompensasiya ödənişi həyata keçirilmişdir. Belə ki, ərizəçi X2 ərizəsinə əsasən zərərçəkən X4 Cavabdeh vurduğu zərərə görə 5000 mnat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı MM-in 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvurmuş cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, sığorta ödənişinin, dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 manat kompensasiya ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 5030 manat məbləğinsə pul alınıb iddiaçı İcbari Sığorta Bürosu X7nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №e-2(074)-1120/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1120/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver