Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-1271/2024 23.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı “X3” publik hüquqi şəxsinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı “X3” publik hüquqi şəxsinin Cavabdeh qarşı “istifadəyə verilmiş aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı “X3” publik hüquqi şəxsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 11772-11872 və 11844 birka nömrəli 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli müqavilə ilə vətəndaş Cavabdeh “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 19 oktyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 11772-11872 və 11844 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 01 may tarixli, 3-17-2/2-B-27147/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən “X3” publik hüquqi şəxsinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, monitorinq zamanı Cavabdeh verilmiş 3 baş inək aşkar edilməmişdir. Əgər heyvanlar tələf olubsa, bu barədə “X3” publik hüquqi şəxsinə məlumat verilməli idi. Ancaq cavabdeh Agentliyə bu barədə heç bir məlumat verməmişdir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh izahat verərək bildirdi ki, heyvanların ikisi ölüb, birini isə satıb. Heyvanların ölməsinə dair isə hər hansı şəkil və video təqdim edə bilmir. Heyvanların ölməsi ilə bağlı Agentliyə heç bir məlumat verməmişdir. Onun təsərrüfatında monitorinq müqavilədə nəzərdə tutulmuş 1 illik müddətdən sonra keçirilmişdir. Ailəsinin maddi vəziyyəti çox pisdir. Buna görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədə göstərilir ki, bu müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - Əmlak) işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxsə verilməsi təşkil edir. Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə Əlavə 1) göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən Əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Mərkəz özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək; əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək; təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində Mərkəzə təqdim etmək; əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Mərkəzə məlumat vermək, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Mərkəzə təqdim etmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifəsidir (2.1, 2.2, 2.3, 3.2, 3.2.2, 3.2.3, 3.2.6, 3.2.7). Müqavilənin 4.1 və 6.1-ci bəndlərinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Mərkəzə qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Mərkəzin təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, tərəflər bu Müqavilə ilə üzərinə düşən öhdəliklərdən hər hansı biri ilə bağlı icra edə bilməzsə, onda o, qarşısıalınmaz qüvvənin davam etdiyi müddət ərzində belə öhdəliyin icrasından azad edilir, bir şərtlə ki, bu tərəf qarşısıalınmaz qüvvənin təsiri baş verdiyi andan sonra 3 (üç) gündən gec olmayaraq digər tərəfi qarşısıalınmaz qüvvənin baş verməsi barədə yazılı şəkildə xəbərdar etsin. İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, “X3” publik hüquqi şəxsinin Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən Cavabdeh 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması verilmiş, Cavabdeh həmin istifadəyə verilən əmlakları qəbul edilmiş, əmlaklar kəmiyyət və keyfiyyat baxımından yararlıdır. İş materiallarına əlavə edilmiş 17 yanvar 2024-cü il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktından görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh maldarlıq təsərrüfatı məqsədilə 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması verilmişdir. Lakin yoxlama zamanı həmin heyvanlar aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 2024-cü il 01 may tarixli, 3-17-2/2-B- 27147/2024 nömrəli xəbərdarlıq məktubundan görünür ki, monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı “X3” PHŞ tərəfindən 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “Maldarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması aşkar edilməmişdir. “X3” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin Qaydaların 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (385.2). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1). Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (389.3). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115.1). Qanunvericliyin qeyd olunan normalarının tələblərindən göründüyü kimi Agentliyin müvafiq yerli qrumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. O, cümlədən, həmin şəxs müqavilə müdətində fəaliyyəti və ona təhvil verilmiş əmlak barədə məlumatları məşğulluq altsistemə daxil etməlidir. Lakin cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, onun fəaliyyətinin yoxlanılması və monitorinqi zamanı 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli müqavilə əsasında ona təhvil verilmiş 3 yaşa qədər (sağlamlıq haqqında baytarlıq arayışı olan) 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlamasının olmadığı aşkar olunmuşdur. Cavabdeh isə 1 baş inəyin nəzərdə tutulmuş bir illik müddətin başa çatması ilə bağlı satdığını və 2 baş inəyin ölməsini bildirsə də, bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması alınaraq natura şəklində “X3” publik hüquqi şəxsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.7-ci maddəsinə əsasən, sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 15 sentyabr 2022-ci il tarixli, ÖM/10826 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 3 baş inək, 400 kq qarışıq yem və 65 ədəd yonca qarışığı ot bağlaması natura şəklində alınaraq “X3” publik hüquqi şəxsinə verilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-1271/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-1271/2024
23.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver