Məhkəmə qərarları › İş №e-2(074)-1550/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-1550/2025

24.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-1550/2025 24.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Gözəlova Gülcənnət İlkin qızının katibliyi, iddiaçı Nümayəndə və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı Nümayəndə Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 12669,13 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128,01 manatın, cəmi 12797,14 manatın Cavabdeh iddiaçı Nümayəndə xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh Nümayəndə qarşı “əmrin ləğvi, əmrə düzəliş edilməsi, əmək haqqının ödənilməsi və s. tələbinə” dair 2(074)-1500/2025 nömrəli mülki iş vardır. Məhkəmə iclasında tələflərə məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi bir neçə işin mövcudluğu nəzərə alınaraq, işlərin bir icraatda birləşdirilməsinə münasibət bildirilməsi təklif olunmuşdur. Məhkəmə iclasında iddiaçı Nümayəndəsi və vəkili X3 işlərin bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi qismində X2 iştirak etsə də, vəkil orderi təqdim edilmədiyindən vəkilin iştirakı mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olması müəyyən edildiyindən və bu işlərin birləşdirilməsi məqsədəmüvafiq hesab olunduğundan, məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair e-2(074)-1550/2025 nömrəli mülki işlə iddiaçı Cavabdeh Nümayəndə qarşı “əmrin ləğvi, əmrə düzəliş edilməsi, əmək haqqının ödənilməsi və s. tələbinə” dair 2(074)-1500/2025 nömrəli mülki iş bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə qəraraaldı: İddiaçı Nümayəndə Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə” dair e-2(074)-1550/2025 nömrəli mülki işlə iddiaçı Cavabdeh Nümayəndə qarşı “əmrin ləğvi, əmrə düzəliş edilməsi, əmək haqqının ödənilməsi və s. tələbinə” dair 2(074)-1500/2025 nömrəli mülki iş bir icraatda birləşdirilsin. Həmin işlərə eyni vaxtda 2(074)-1500/2025 qeydiyyat nömrəsi ilə baxılsın. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar