Məhkəmə qərarları › İş №e-2(074)-18/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-18/2025

23.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-18/2025 23.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı cavabdehlər Şamaxı rayonu Şamaxı Bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi, Teymurova (Hüseynova) İradə Əldursun qızı, X1 və Cavabdeh5 qarşı “qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Şamaxı rayonu Şamaxı Bələdiyyəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi, Teymurova (Hüseynova) İradə Əldursun qızı, X1, Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ ilə ona məxsus, ümumilikdə 81,813856 ha torpaq sahəsi üzərində aparılmış qanunsuz tikililərin cavabdeh Şamaxı rayonu Şamaxı Bələdiyyəsinin saxta təqdim etdiyi sənəd ilə həmin əraziləri zəbt edərək tikinti işləri aparmış cavabdehlərin öz vəsaiti hesabına sökülməsi həmin şəxslərin ərazidən çıxarılması, ona məxsus torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə satışının həyata keçirilməsi, həmçinin həmin əraziyə dair başqa şəxslərə mülkiyyət hüquqlarını təsdiq edən saxta reyestrdən çıxarışlar verilməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərə görə Şamaxı rayonu Şamaxı Bələdiyyəsinin hesabından 10 000 manat məbləğində, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabından 10 000 manat məbləğində pulun onun xeyrinə tutulması, Şamaxı rayonu Şamaxı Bələdiyyəsi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır cinayət əməlinin olduğu müəyyən edildiyindən, xüsusi qərardad qəbul edilməklə prokurorluğa xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş (qəbzin nömrəsi 1565, əməliyyat İD: ********* olan) 240 manat rüsum İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Şamaxı rayonu Şamaxı Bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi, Teymurova (Hüseynova) İradə Əldursun qızı, X1 və Cavabdeh5 qarşı “qanunsuz tikililərin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş (qəbzin nömrəsi 1565, əməliyyat İD: ********* olan) 240 manat rüsum İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar