Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-246/2024 06.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona çatası 13.500 (on üç min beş yüz) manat vəsaitin, icranın gecikdirilməsinə görə illik 5% dərəcəsi olan pul vəsaitinin, yəni 1.350 (bir min üç yüz əlli) manat və ona vurulmuş maddi 3.000 (üç min) manat və mənəvi 3.000 (üç min) manat ziyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaxın tanıdığı şəxs X2 şəhəri, H.Əliyev prospekti ünvanında çoxmərtəbəli yaşayış binası tikdirmiş və ona tikinti materialı ilə təmin etdiyinə görə həmin binadan 3-cü mərtəbədə ümumi sahəsi 92.21 kv.m ibarət olan təmirsiz mənzili təhvil verməyi öz öhdəsinə götürmüşdür. Bu barədə xx.xx.2020-ci ildə notarial qaydada təsdiq edilmiş ərizəni ona təqdim etmişdir. O, aralarında olan razılaşmaya əsasən üzərinə düşən vəzifəni tamamilə və vaxtında icra etmiş və həmin şəxs ona 6 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində olan ümumi sahəsi 92.21 kv.m ibarət olan təmirsiz mənzili ona təhvil vermişdir. Bir müddətdən sonra onun həyat yoldaşının səhhətində böyük problemlər yaranmış və o, məcburiyyətdən həmin mənzili satmağı qərara almışdır. 2021-ci ilin yanvar ayında o, uzun illərdir tanıdığı və dostu olan Cavabdeh demişdir ki, mənzili satmaq istəyir, o da öz növbəsində öz dostu və tanışı olan X6 təklif etmişdir, o da razılaşaraq bildirmişdir ki, 4 ay ərzində 55.000 manatı ödəyəcək, lakin Cavabdeh ona bildirəndə ki, evi alan pulu hissə-hissə verəcək, o, bildirmişdir ki, onda evi 60.000 manata satır. O da razılaşmışdır. Birinci ay ona 15.000 manat vermiş, qalan pulu da hər ay ödəyəcəyini bildirmişdir. Lakin, bundan sonra, o, Cavabdeh zəng etməkdən yorulmuş, hər zəngdə pulu sabah ödəyəcəklərini demiş, lakin pulu gətirməmişdir. Bir müddət keçdikdən sonra 30.000 manat ödəmiş, lakin bugünə kimi qalan borcu ödəmir və ödəməkdən boyun qaçırırlar. Bu məsələ ilə bağlı o, Abşeron rayon Polis İdarəsinə şikayət etmiş və 01 yanvar 2022-ci ildə cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ən əsası odur ki, o, Cavabdeh satmaq istədiyi mənzillə bağlı heç bir sənəd, ya da ki etibarnamə verməmişdir. O, onu aldadaraq evi tanımadığı şəxsə satmış və pulları mənimsəmişdir. Onun bundan xəbəri olmamış və ondan bu məsələ gizlədilmişdir. Onun başı həyat yoldaşının ağır xəstəliyi ilə əlaqədar onun müalicəsinə qarışdığına görə, Cavabdeh qalan pulu ona qaytarmaqdan imtina edir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan pul vəsaitindən əlavə olaraq, vəkil xərcinə görə 500 manat və ödədiyi 155 manat iddia ərizəsinə görə dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O, həmçinin bildirdi ki, cavabdehlə tanış olduğu üçün aralarında etimad olmuşdur. O, mənzili pandemiyadan sonra satmaq qərarına gəlmişdir. Cavabdeh 2021-ci ildə evi yaxın tanışına satmağı təklif etmişdir. Onun həmin dövrdə iki yaxın adama borcu var idi. Cavabdehlə münasibətləri korlanmışdır. Evin pulu hissə-hissə ödənilirdi. Cavabdeh ona evi yaxın tanışı üçün aldığını və ödənişləri özü edəcəyini bildirmişdir. Ödənişlər 2020-ci ilin noyabr ayında dayanmışdır. O, ümumiyyətlə X7 görməmişdir. Ramil ona, evi tanışına satacağını dediyindən və o, Ramili tanıdığından razı olmuşdur. Evin pulunun kim tərəfindən ödənilməsini bilmir, lakin pulu ona Ramil vermişdir. Qalan pulun Heydər tərəfindən Ramilə ödənilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 01 yanvar 2022-ci il tarixli Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X4 icraatında olan HK-1/10181 saylı material üzrə “cinayət təqibinin başlanmasının rədd edilməsi” barədə qərarın surətindən görünür ki, İddiaçı Abşeron rayon Polis İdarəsinə müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınan Cavabdeh bildirmişdir ki, o, Ramini bir neçə ildir tanıyır və aralarında dostluq münasibətləri var. Ramin Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 5 nömrəli məktəbində yanında yeni inşa edilmiş 6 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində 3 otaqlı mənzil almışdır. Ramin həmin mənzili aldıqdan sonra satmaq qərarına gəlmiş və mənzili satmağı ondan xahiş etmişdir. Ramin evi 55.000 manata satacağını bildirmişdir. O, bu barədə tanışı Heydərə bildirmiş və Heydər də həmin mənzili almaq istədiyini bildirmişdir. Heydər evin pulunu 4 ay müddətində hissə-hissə ödəyəcəyini bildirmişdir. O, bu barədə Raminə bildirmiş və o, telefon vasitəsilə Heydərlə danışıb razılaşmışdır. Heydər ilkin olaraq, 15.000 manat ona vermiş və o, həmin 15.000 manat pulu Raminə vermişdir. Bundan sonra Heydər Raminə ödəniş etmədiyi üçün o, məcbur olub, Heydərin əvəzinə Raminə 19.500 manat pul vermişdir. Lakin, bu vaxta qədər Heydər nə ona nə də Raminə pul verməmişdir. Ramin, Heydərdən evin pulunu ödəməyi gecikdirdiyi üçün əlavə 5.000 manat da alacağını bildirmiş, o, bu barədə Heydərə bildirmişdir və Heydər 55.000 manat borcu bağladıqdan sonra əlavə 5.000 manat ödəmək məsələsini fikirləşəcəyini bildirmişdir. Araşdırma zamanı izahatı alına X11 bildirmişdir ki, o, Xırdalan şəhərində mənzil almaq istəmiş və 2021-ci ilin yanvar ayında dostu Cavabdeh Xırdalan şəhərində tanışı Ramin adlı şəxsin 55.000 manata mənzili satışa çıxardığını bildirmişdir. O, Ramillə həmin mənzili onun üçün almağını xahiş etmiş və mənzilin pulunu 4-5 ay ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Ramil tanışı Raminlə danışıb, bu barədə razılaşmış və o, Ramilə Raminə verməsi üçün 12.000 manat vermişdir. Ramil də həmin pulu Raminə ödəmişdir. Maddi imkanı olmadığı üçün Ramil İddiaçı 34.500 manat pul vermişdir. O, hal-hazırda İddiaçı 8.500 manat borcu qaldığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X5, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasına İddiaçı tərəfindən tikinti materialı (beton) ilə təmin etdiyi üçün həmin ünvanda inşa etdiyi yaşayış binasından onu 3-cü mərtəbədə ümumi sahəsi 92.21 kv.m ibarət olan təmirsiz mənzillə təmin edəcəyini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdeh iddiaçı ilə sonuncuya məxsus olan evi öz tanışına satacağı barədə razılığa gəlmişdir. Cavabdeh həmin evə görə iddiaçıya 46500 manat məbləğdə pul verdikdən sonra qalan pulu verməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçıya məxsus ev Cavabdeh vasitəsilə X1. Lakin iddiaçı evə görə qalan pulun X11 tərəfindən Cavabdeh verilməsi barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iddiaçının şikayəti əsasında aparılan araşdırma zamanı izahatı alınan X3 Ramin Rəsul oğluna evə görə pul borclu olmasını bildrimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-246/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-246/2024
06.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver