Məhkəmə qərarları › İş №e-2(074)-28/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-28/2025

21.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-28/2025 21.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X6 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən 0.06 ha torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırılması, torpaq sahəsindən keçən yolun istiqamətini dəyişdirməklə, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən 0,06 ha torpaq sahəsindən istifadəyə maneələrin aradan qaldırlması, torpaq sahəsindən keçən yolun istiqamətini dəyişdirməklə, Cavabdeh2 tərəfindən zəbt olunmuş 10 kv.m. torpaq sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Avaxıl kəndində mülkiyyət hüququ ilə ona məxsus 0,06 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışla dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda Cavabdeh1 onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyinə maneə yaradır. Belə ki, Avaxıl bələdiyyəsi ona məxsus torpaq sahəsindən keçməklə, kənd yolu salmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi - Vəkil iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında cavabdeh Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədri Sahib Şirinov iddia tələbini əsassız hesab edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya MH, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrinən çıxarışdan görünür ki, X2 mülkiyyətində Şamaxı rayonu Avxıl kəndində 0,06 ha torpaq sahəsi vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı ərazi idarəsinin 22 dekabr 2023-cü il tarixli, **********92 saylı məktubunda göstərilir ki, aparılmış ölçü işləri və mövcud elektron baza məlumatlarına əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə aid plan ölçü sənədində göstərilən koordinatları daxilində olan torpaq sahəsinin bir hissəsi ümumi istifadədə olan kənd daxili yolla və bir hissəsi isə digər şəxsə məxsus çəpərlənmiş torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli, 10/3345 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı faktiki istifadəsində torpaq sahəsi mövcud olmadığından, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə verilmiş Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0.06 ha torpaq sahəsinin plan ölçü sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin daxilindən naturada 0.0230 ha hissəsindən ümumi istifadədə olan yol keçir və torpaq sahəsinin hansı hissəsindən keçməsi rəyə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsinin 10 kv. metr hissəsi reyestr nömrəsi **********37 olan çıxarışa əsasən, digər şəxsə məxsus çəpərlənmiş torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahələrinin hansı hissəsinin üst-üstə düşməsi mütəxəssis rəyinə əlavə olunmuş ortofoto görüntüsündə öz əksini tapmışdır. İş materiallarında olan Şamaxı rayon Nağaraxana bələdiyyəsinin sədri Sahib Şirinov məhkəməyə ünvanladığı 10 sentyabr 2025-ci il tarixli, 29 saylı məktubunda götərmişdir ki, iddiaçı X3 Şamaxı rayonu Avaxıl kəndində qeyd edilən torpaq sahəsindən yolun salınması ilə əlaqədar iddiası əsassızdır. Belə ki, həmin yol Avaxıl kəndi yaranandan bu günə qədər mövcuddur və əhalı tərəfindən daim istifadə edilir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi və ona bitişik olan digər ərazilər bələdiyyə yaranmamışdan öncə də, Avaxıl əhalisinin istifadəsinə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Hal-hazırda həmin ərazilər vətəndaşların xüsusi mülkiyyətindədir və həmin ərazidə yaşayış evləri mövcuddur. Həmin yaşayış evlərində yaşayan və pay torpaqlarından istifadə edən vətəndaşlar iddia edilən yoldan daimi istifadə edirlər, alternativ yol yoxdur və əvvəllər də, alternativ yol mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda, sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda, sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə, bu cür iddia istisna edilir. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0,06 ha torpaq sahəsindən istifadəyə maneələr yaranmışdır. Məhkəmə baxışı müəyyən edilmişdir ki, İddiaçı məxsus qeyd olunan torpaq sahəsinin 0,0230 ha hissəsi cavabdeh Şamaxı rayon Avaxıl (Nağaraxana) Bələdiyyəsinin qanunsuz sahibliyindədir və eyni zamanda, iddiaçıya məxsus torpaq sahəsi Cavabdeh2 tərəfindən 10 kv.m torpaq sahəsi zəbt olunmuşdur. Beləliklə, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi zəbt olunduğundan, onun qanuni mənafeyinə xələl gətirilmişdir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində məhkəmə xərci cavabdehlər Şamaxı rayon Avaxıl (Nağaraxana) Bələdiyyəsi və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0230 ha hissəsi cavabdeh Şamaxı rayonu Avaxıl (Nağaraxana) Bələdiyyəsinin qanunsuz sahibliyindən alınaraq, iddiaçının istifadəsinə verilsin. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 10 kv.m. hissəsi Cavabdeh2 tərəfindən boşaldılaraq, iddiaçıya təhvil verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində məhkəmə xərci cavabdehlər Şamaxı rayon Avaxıl (Nağaraxana) Bələdiyyəsi və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar