Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-326/2022 02.09.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020xx.xx.2020 tarixlərdə ödənilmiş 2519 (iki min beş yüz on doqquz) manat pul vəsaiti maddi ziyan və 2500 (iki min beş yüz) manat məbləğində əldən çıxan fayda cəmi 5019 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2020-ci il tarixdə 509.60 AZN, xx.xx.2020-ci il tarixdə 500 AZN, xx.xx.2020-ci il tarixdə 509.60 AZN, xx.xx.2020-ci il tarixdə 1000 AZN poçt vasitəsi ilə ödəmişdir. İddiaçının cavabdehə yuxarıda göstərilən məbləğlərin ödənilməsi səbəbi o olmuşdur ki, cavabdeh özünü vəkil qismində iddiaçıya tanıtması və etibardan sui-istifadə edərək iddiaçıdan qeyd olunan məbləğləri alaraq iddiaçının məhkəmə işinin, hazırlanması və aparılmasını öz üzərinə götürülməsi vəd etmişdir. Bununla əlaqədar İddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixdə 19 saylı notariat ofisində Etibarnamə vermişdir. Həmçinin cavabdeh tərəfdən müxtəlif məktublar hazırlanması və xx.xx.2021-ci il tarixdə Xətai rayon Məhkəməsinə iddiaçının məhkəmə işini göndərmişdir və xx.xx.2021-ci il tarixli Bakı şəhəri Xətai rayon Məhkəməsinin qərardadı ilə cavabdehin tərtib etdiyi iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Odur ki, qərardadda görünür ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmiş və pretenziya qaydasına riayət olunmamışdır. Cavabdeh tərəfin iddiaçıya vəd etdiyi məhkəmə işinin hazırlanması və aparılması qeyri peşəkarlıqla aparılmışdır. Cavabdehdən dəfələrlə ona vurduğu ziyanın geri qaytarılmasını tələb etsə də, cavabdeh ödənişləri etməmişdir. Cavabdehin etdiyi hərəkətlər nəticəsində iddiaçıya 2519 AZN ödənilən və 2500 AZN əldən çıxmış fayda maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, cavabdeh özünü vəkil kimi təqdim edərək iddiaçının məhkəmə işini hazırlayıb məhkəməyə təqdim edəcəyini bildirmişdir. Cavabdehə ümumilkdə 2519 manat ödəniş ediləsə də, heç bir nəticə əldə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə məhkəmə sənədlərinin göndərilməsi və ona ödəniləcək rüsum üçün 50 manat ödənilmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, o, özünü iddiaçıya vəkil kimi təqdim etməmişdir. Əgər belə olsaydı iddiaçı ona etibarnamə verərkən vəkillə müqavilə bağlamaq səlahiyyətinin verilməsi nəzərdə tutulmazdı. İddiaçı ona müraciət edərək "xxxx" MMC-ilə arasında yaranmış məsələlərin həllində ona köməklik göstərilməsini xahiş etmiş, o, isə iddiaçı ilə müqavilə bağlayaraq onu müxtəlif xidmətlər göstərmişdir. Aralarında bağlanmış müqavilədən də görünür ki, o, iddiaçıya hüquqi xidmətlər göstərməmişdir. İddiaçı onun heç bir iş görməməsini bildirsə də, o, bir neçə dəfə iddiaçının işi ilə bağlı "xxxx" MMC-yə getmiş, iddiaçının adından ərizələr, şikayətlər yazmışdır. Hətta onun adından Azərbaycan Respublikasının Baş Prokuroruna məktub da ünvanlamışdır. Onun müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi o, boş dayanmamış aralarında olan müqavilə üzrə öz vəzifələrini icra etmişdir. İddia ərizəsini də o, məhkəməyə göndərsə də, onun rüsumu üçün ödəniləcək 50 manat pul iddiaçı tərəfindən verilmişdir. Odur ki, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə ifadə verib bildirdi ki, cavabdehi tanıyır. İddiaçı ilə cavabdehi o tanış etmişdir. Cavabdeh özünü vəkil kimi təqdim etmiş və Rzanın məsələni həll edəcəyini bildirmiş lakin sonradan eşitmişdir ki, Rzaya heç bir köməklik etməyib ona zəng edəndə telefonları açmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə ifadə verib bildirdi ki, iddiaçının dostudur. Müqavilə bağlanan zaman Rzanın yanında olub. Cavabdeh özünü vəkil kimi təqdim etmişdir. Lakin ona inanmadığını Rzaya bildirmiş, Rza isə müqavilə bağlamışdır. Məhkəmə prosses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan avtomobil alışı üzrə məsləhət xidmətlərinin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli FM-20/028 saylı müqavilənin surətindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Hacıyev X2 Aydın Yuryeviçə 500 manat poçt vasitəsi ilə ödəniş edilmişdir. İş materiallarında xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Hacıyev X2 Aydın Yuryeviçə 500 manat poçt vasitəsi ilə ödəniş edilmişdir. İş materiallarında xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Hacıyev X2 Aydın Yuryeviçə 1000 manat poçt vasitəsi ilə ödəniş edilmişdir. İş materiallarında xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Hacıyev X2 Aydın Yuryeviçə 500 manat poçt vasitəsi ilə ödəniş edilmişdir. İş materiallarında olan mədaxil qəbzləridən görünür ki, İddiaçı məhkəməyə sənədlərin göndərilməsi və ona ödəniləcək rüsum üçün 50 manat, 90 manat isə xidmət haqqından ödəniş etmişdir. İş materiallarında olan vətəndaş tərəfindən etibarnamə üzrə nümayəndəsinin xidmətlərinin göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli 28 saylı müqavilənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçı xidmətlərinin göstərilməsini sifariş verib “icraçı” ya (Cavabdeh) razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” isə “sifarışçi” nin müəyyən etdiyi qaydada məktub ərizə vermə xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Göstərilən xidmətlərinin həcmi müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilmişdir. Müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətləri göstərilməsinə dair hesab-fakturada qeyd etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli hesab-fakturanın surətindən görünür ki, etibarnamə əsasında fəaliyyət göstərən 7E-12202 reyestr nömrəsi ilə qeydiyyata alınan etibarnamə üzrə nümayəndənin xidmət göstərməsi haqqında ödəniləcək məbləğin qiyməti 3500 manat məbləğində müəyyən edilmişdir. iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-8582/2021 saylı qərardadının surətindən görünür ki, İddiaçı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” barədə iddi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 06 fevral 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı “Uluzirvə.az” İnformasiya Agentliyinin vasitəsilə ünvanladığı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin tərkib hissəsi olan hesabfakturasında müqavilə əsasında ilkin olaraq razılaşma 3500 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən onunla şərtləşdirilmiş xidmətlərin göstərilmədiyini və keyfiyyətsiz göstərildiyini bildirsə də, ümumiyyətlə cavabdehin ona hansı xidmətlər göstərməli olmasına dair iddia ərizəsinə heç bir sübut əlavə etməmiş və belə sübutları məhkəmədə təqdim etməmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş “Xidmət Aktı”nın təqdim edilməsi iddiaçıya təklif edilsə də müqavilə ilə bağlı onda heç bir sənədin olmamasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-326/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-326/2022
02.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver