Məhkəmə qərarları › İş №e-2(074)-343/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-343/2022

26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-343/2022 26.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1250 (min iki yüz əlli) manat məbləğində verilmiş sığorta ödənişinin və 32,90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Günay Sığorta" ASC-də 27 oktyabr 2020ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Ravon Nexia R3" markalı 99PS621 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 30 iyul 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 tərəfindən idarə olunan "VAZ- 21723" markalı 10NY406 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu və "xxxx" Kiçik Müəssisəsinin hasarını zədələmişdir. Bakı BDYPİ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verən zaman Cavabdeh avtomobili sərxoş idarə etmişdir. Zərərçəkin avtomobilinin və hasarın zədələnməsi də bağlı cəmi 1250 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməməmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X9 ilə "xxxx" ASC arasında 27.10.2020-ci il tarixdə PGU********** nömrəli İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən X6 məxsus “Ravon Nexia R3" markalı 99PS621 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Sığorta müqaviləsi 27.10.2021-ci il tarixədək qüvvədə olmuşdur. İş materiallarına olan 12.08.2021-ci il tarixli PGU2462/21 saylı əmlaka zərərin hesablanmasına dair aktdan görünür ki, 10NY406 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 550 manat təşkil edir. İş materiallarına olan 13.08.2021-ci il tarixli PGU2462/21 saylı əmlaka zərərin hesablanmasına dair aktdan görünür ki, vurulmuş ziyan üzrə inşaat materialları və təmir işlərinin ümumi dəyəri 700 manat təşkil edir. İş materiallarına olan PGU-212470 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 700 manat məbləğində sığorta ödənişinin "xxxx" Kiçik Müəssisəsinin hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına olan PGU-212468 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 550 manat məbləğində sığorta ödənişinin X1 hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30.08.2021-ci il tarixli 96083 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 bank hesabına 700 manat köçürülmüşdür. İş materiallarına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08.09.2021-ci il tarixli 97662 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 bank hesabına 550 manat köçürülmüşdür. İş materiallarında olan avtonəliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta üzrə sığorta hadisəsi hesab edilə bilən halın təsərrüatları barədə arayışdan görünür ki, 30 iyul 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7 tərəfindən idarə olunan "VAZ-21723" markalı 10NY406 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu və "xxxx" Kiçik Müəssisəsinin hasarını zədələmişdir. İş materiallarında olan İXP ******* inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan ƏN-V № 621554 saylı etibarnamənin surətindən görünür ki, X4 "VAZ-21723" markalı 10NY406 dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək üçün X5 etibar etmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sərxoş vəziyyətdə olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “İcbari Sığortalar haqqında”Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır: Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "VAZ- 21723" markalı 10NY406 dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmaqla, onun tərəfindən sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq və digər hərəkətləri etmək üçün cavabdeh X5 etibar edilmişdir. "Ravon Nexia R3" markalı 99PS621 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də 27.10.2020-ci il tarixdən 27.10.2021-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə sığortalanmışdır. Həmin sığorta müqaviləsinin qüvvədə olduğu 30.07.2021-ci il tarixdə Cavabdeh həmin avtomobili idarə edərək və yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X7 tərəfindən idarə olunan "VAZ-21723" markalı 10NY406 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona 550 manat məbləğində maddi ziyan vurmuşdur. Eyni zamanda toqquşma zamanı "xxxx" Kiçik Müəssisəsinin hasarını zədələmiş və ona 700 manat məbləğində maddi ziyan vurmuşdur. Cavabdeh həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı "VAZ-21723" markalı 10NY406 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə avtomobilin sahibi X2 550 manat, "xxxx" Kiçik Müəssisəsinin hasarının zədələnməsinə görə 700 manat olmaqla, ümumilikdə 1250 manat məbləğində sığorta ödənişi ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 32,90 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1250 (min iki yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32,90 manat pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar