Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-345/2021 22.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 701,50 manat yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 731,50 manatın tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 18 sentyabr 2019-cu il tarixdə Cavabdeh Viadimiroviç Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən maşın bazarında əlindəki yemək qablarını havaya atmış, nəticədə, “xxxx” ASC-də fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə sığortalanmış “Kia Rio” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəyməsinə səbəb olmuş sığorta hadisəsi baş vermişdir. Qeyd edilən fakt Xətai RPİ-nin 34-cü PB-nin 18.09.2019-cu il tarixli arayışı ilə də öz təsdiqini tapmışdır. Beləliklə, qeyd edilən hadisə nəticəsində “Kia Rio” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 951,50 manat maddi zərər dəymişdir. MİB ******* saylı sığorta şəhadətnaməsinə və AKS 190338 saylı 30 sentyabr 2020-ci il tarixli sığorta ödənişi aktına əsasən “xxxx” ASC tərəfindən 701,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, Cavabdeh avtomobil bazarında olan zaman əlində olan qabları havaya atmış, bu zaman həmin qablar iddiaçı “xxxx” ASC tərəfindən fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası növü üzrə sığortalanmış “Kia Rio” markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüşdür. Nəticədə qeyd olunan avtomobilə dəymiş 951,50 manat ziyanla bağlı 250 manat azadolma çıxılmaqla, iddiaçı tərəfindən 701,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № MİB1900252 saylı fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X2 məxsus “Kia Rio” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil “fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növündə sığorta ilə 17.09.2019-cu ildən 16.09.2021-ci il tarixədək hər bir sıorta hadisəsi üzrə 250 manat məbləğində şərtsiz azadolma tətbiq edilməklə sığortaçı “xxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan № AKS190338 saylı sığorta ödənişi aktından görünür ki, MİB1900252 saylı sığorta şəhadətnaməsi əsasında sığortalı X2 məxsus kasko sığortası ilə 250 manat franşiza (azadolma) məbləği müəyyən edilməklə 17.09.2019-cu ildən 16.09.2021-ci il tarixədək sığortalanmış “Kia Rio” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 18.09.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospektində Cavabdeh tərəfindən təhlükəsizlik qaydalarının pozulması nəticəsində 951,50 manat məbləğində maddi zərər dəymiş, sığortalı X2 701,50 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan “Kia Motors AZ” № 3 qiymətləndirmə aktından görünür ki, “Kia Rio” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələri üzrə 831,50 manat, göstərilən işçilik xidmətləri üzrə 120 manat olmaqla, cəmi 951,50 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan 01.10.2019-cu il tarixli № 3034 saylı ödəniş tapşırığı və ona 1 saylı əlavədən görünür ki, X1 hesabına № AKS190338 saylı sığorta aktı əsasında 701,50 manat ödəniş edilmişdir. İş materiallarında olan AD № 601794 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Rio” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, “Kia Rio” minik markalı **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətindədir. Həmin avtomobil “fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası” növündə sığorta ilə 17.09.2019-cu ildən 16.09.2021-ci il tarixədək hər bir sıorta hadisəsi üzrə 250 manat məbləğində şərtsiz azadolma tətbiq edilməklə sığortaçı “xxxx” ASC-də sığortalanmışdır. 18.09.2019-cu il tarixdə Cavabdeh təhlükəsizlik qaydalarını pozması nəticəsində avtompobilə 951,50 manat məbləğində maddi zərər dəymiş, X2 701,50 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi Cavabdeh tərəfindən təhlükəsizlik qaydalarının pozulması nəticəsində iddiaçı tərəfindən tam sığorta ilə sığortalanmış avtombilə ziyan dəymişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında ödəmiş olduğu sığorta ödənişi məbləğində tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 701,50 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 731,50 manat tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-345/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-345/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver