Məhkəmə qərarları › İş №e-2(074)-352/2024

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №e-2(074)-352/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № e-2(074)-352/2024 26.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti) “qohumluq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti) ərizə ilə məhkəməyə müraciət edərək, X12 X6 qardaşı, X12 onun nənəsinin qardaşı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək X13 X1 Vəli İbrahim oğlunun atası, həmçinin İddiaçı X6 nəvəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək X13 X18, X12 atası, həmçinin X12 X6 qardaşı, X6 X8 anası, həmçinin İddiaçı X6 nəvəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadə verib bildirdi ki, X9, onun anasını və atasını uşaqlıqdan tanıyır. Atasından eşidib ki, Vəli Vəliyev adlı qohumları var. O, Rusiyada yaşayıb, yaşlı vaxtında Rusiyadan qayıdıb Azərbaycanda yaşayıb. O, Əzizə Vəliyevanın qardaşı olmayıb. Əzizə Vəliyeva evin tək qızı olub. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, X18 ilə bağda qonşu olublar. Əzizə evin tək uşağı olmuş və onun İradə, Ellada və Süleyman adlı üç övladı olmuşdur. Əzizənin valideynləri İbrahim və Həvva haqqında eşitmiş, lakin onları görməmişdir. Əzizə Vəliyevanın qardaş və bacısı haqda hər hansı məlumatı yoxdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, dədə-babadan X18 ilə bağ qonşusu olublar. Əzizənin valideynləri İbrahim və Həvvanı tanımışdır. Əzizə Vəliyevanın qardaş və bacısı haqda məlumatı yoxdur. İbrahimin Əzizədən başqa bir övladı da olmuş, lakin onun adını xatırlamır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, X18 ilə bağ qonşusu olublar. Uşaq vaxtı quyudan su götürməyə gedərkən Əzizənin yoldaşı Hacıağanı orada işləyən görmüşdür. Onların İradə, Ellada və Süleyman adlı üç övladları olmuşdur. İbrahim və Həvvanın yalnız Əzizə adlı bir uşaqları olub. Əzizənin tək uşaq olmasını bütün qonşular bilir. İş materiallarında olan Bakı şəhəri Yasamal (Oktyabr) rayonu qeydiyyat şöbəsində xx.xx.1930-cu il tarixdə tərtib edilmiş 2210 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X18 xx.xx.1930-cu ildə anadan olmuşdur. X5, anası X15r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 02 sentyabr 2023-cü il tarixli arayışının surətindən görünür ki, X10 ilə X6 nikahı 06 aprel 1958-ci ildə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 230 nömrəli akt qeydi ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Cəlilov” arvada “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1996-cı il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 18 avqust 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. X2, anası X11r. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X7 nikahı 03 iyul 1984-cü ildə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində 633 nömrəli akt qeydi ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Qədirli” arvada “Qədirli” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. X4, anası X16r. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçi tərəfindən verilən ərizəni, ona əlavə edilmiş və ərizəçinin nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə verilərkən Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, eyni zamanda həmin nöqsanlar ərizəçi tərəfindən aradan qaldırılmamışdır. Belə ki, ərizədə X18 və X12 qohumluq faktının müəyyən olunması tələb edilsə də, X12 doğulduğu yer və tarix qeyd edilməmişdir. Ümumiyyətlə, ərizəçi tərəfindən X12 doğum akt qeydi ərizəyə əlavə edilməmiş, həmçinin bununla əlaqədar sənədlər məhkəmə iclası zamanı da təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti) “qohumluq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.1-ci bəndində qeyd edilir ki, xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Bundan başqa məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanıldığından ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə də məhkəmə hesab edir ki, ərizəsi baxılmamış saxlanıldığından Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 100 manat rüsum Vəkil qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Ərizəçi İddiaçı (maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti) “qohumluq faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş (qəbz nömrəsi ********** olan) 100 manat rüsum Vəkil qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar