Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-363/2023 12.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Cavabdeh qarşı “istifadəyə verilmiş aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Cavabdeh qarşı “istifadəyə verilmiş aktivlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 29 iyun 2021-ci il tarixli, KT/044 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 (iyirmi) baş keçinin və 2 (iki) baş təkənin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 (bundan sonra - Agentlik) 8 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 29 iyun 2021-ci il tarixli, KT/044 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 45104, 45121, 45127, 45129, 45130, 45141, 45142, 45144, 45145, 45147, 45149, 45150, 45151, 45153, 45168, 45169, 45174, 45584, 45585, 45592 və 45598 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 29 iyun 2021-ci il tarixli, KT/044 nömrəli müqavilə ilə vətəndaş Cavabdeh “Keçiçilik təsərrüfatı”zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 19 oktyabr tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 45104, 45121, 45127, 45129, 45130, 45141, 45142, 45144, 45145, 45147, 45149, 45150, 45151, 45153, 45168, 45169, 45174, 45584, 45585, 45592 və 45598 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 27 dekabr tarixli **********4 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq X1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, monitorinq zamanı Cavabdeh təsərrüfatında iri buynuzlu heyvanlar aşkar edilmiş, Cavabdeh Agentlik tərəfindən ona verilmiş heyvanların bir qismini sataraq həmin heyvanları aldıqlarını bildirmişdir. Buna görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək bildirdi ki, özünüməşğulluq proqramı çərçivəsində onunla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 8 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan özünüməşğulluğa kömək göstərilməsinə dair 2021-ci il 29 iyun tarixli, KT/044 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən həyat yoldaşı Cavabdeh 20 baş keçi. 2 baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Az müddət keçdikdən sonra keçilərdən 10 başı ölmüş, digər 12 baş keçinin isə gün keçdikçə zəiflədiyini görmüşdür. Bunula bağlı baytar həkimin, ərazi nümayəndəsinin müavini və qonşuların iştirakları ilə akt tərtib edilmişdir. Baş vermiş problem ilə bağlı Agentliyin işçisi Şadmana vəziyyəti izah etmiş, ona bildirilmişdir ki, narahat olma keçiləri dəyişərik. Lakin dəyişilməmişdir. Sonra heyvanların öləcəyini düşündüyündən qalan 12 baş keçini satmış əvəzində 2 baş iri buynuzlu heyvan almışdır. Ailəsini maddi vəziyyəti çox pisdir. Ailəsini hazırda həmin heyvanlar vasitəsilə dolandırır. Buna görə də iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verib bildirdi ki, cavabdeh onun onşusudur. Cavabdehin özünəməşğulluq proqramı vasitəsilə 20 baş keçi 2 baş təkə aldığı ona məlumdur. Cavabdeh həmin keçiləri aldıqdan bir müddət sonra keçilərdən əvvəlcə 4 başı, sonra isə 6 başı tələf olmuşdur. Keçilər alınan vaxtdan zəif olmuş, cavabdeh tərəfindən müvafiq müalicələr aparılsa da heç bir nəticəsi olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 8 saylı Mərkəzi Məşğulluq filialı arasında bağlanan 29 iyun 2021ci il tarixli, KT/044 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədə göstərilir ki, bu müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - Əmlak) işsiz və ya mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxsə verilməsi təşkil edir. Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə Əlavə 1) göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən Əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra biznes-plan) nəzəidə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Mərkəz özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək; əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək; təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində Mərkəzə təqdim etmək; əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Mərkəzə məlumat vermək, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Mərkəzə təqdim etmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifəsidir (2.1, 2.2, 2.3, 3.2, 3.2.2, 3.2.3, 3.2.6, 3.2.7). Müqavilənin 4.1 və 6.1-ci bəndlərinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Mərkəzə qaytarır və yaxud onun dəyərini bazar qiymətinə uyğun olaraq Mərkəzin təqdim etdiyi X3 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Bu Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, tərəflər bu Müqavilə ilə üzərinə düşən öhdəliklərdən hər hansı biri ilə bağlı icra edə bilməzsə, onda o, qarşısıalınmaz qüvvənin davam etdiyi müddət ərzində belə öhdəliyin icrasından azad edilir, bir şərtlə ki, bu tərəf qarşısıalınmaz qüvvənin təsiri baş verdiyi andan sonra 3 (üç) gündən gec olmayaraq digər tərəfi qarşısıalınmaz qüvvənin baş verməsi barədə yazılı şəkildə xəbərdar etsin. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 8 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən Cavabdeh 20 baş keçi, 2 baş təkə və 400 kq yem verilmiş, Cavabdeh həmin istifadəyə verilən əmlakları qəbul edilmiş, əmlaklar kəmiyyət və keyfiyyat baxımından yararlıdır. İş materiallarına əlavə edilmiş 04 aprel 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktından görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış və müəyyən olunmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh keçiçilik təsərrüfatı məqsədilə 20 baş keçi və 2 baş təkə verilmişdir. Lakin yoxlama zamanı həmin heyvanlar aşkar edilməmiş, Cavabdeh bildirmişdir ki, həmin heyvanları satıb 2 baş inək almışdır. İş materiallarında olan 2022-ci il 19 oktyabr tarixli yekun monitorinqi aktın surətindən görünür ki, 29 iyun 2021-ci il tarixli, KT/044 nömrəli müqavilə ilə vətəndaş Cavabdeh “Keçiçilik təsərrüfatı”zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı MMQF əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və əsasən Cavabdeh verilmiş “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 45104 45121 45127 45129 45130 45141 45142 45144 45145 45147 45149 45150 45151 45153 45168 45169 45174 45584 45585 45592 45598 birka nömrəli 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh ünvanlanmış 2022-ci il 27 dekabr tarixli **********4 nömrəli xəbərdarlıq məktubuundan görünür ki, monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. İş materiallarında olan 29 iyul 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh Məşğulluq Mərkəzi tərəfindən verilmiş keçilərdən 4 başı 29 iyul 2021-ci il tarixdə tələf olmuşdur. Heyvanlar ağ ciyərin irinli iltihabından və asfiksiyadan ölmüşlər. Bu barədə baytar həkim X11 məlumat verilmişdir. Heyvanların pirka nömrələri 45121, 45149, 45150, 45151 və 45104-dür İş materiallarında olan 29 iyul 2021-ci il tarixli yarma protokolundan görünür ki, 29 iyul 2021-ci il tarixdə 4 baş ölmüş keçi Şamaxı rayonu, Quşçu kəndində baytar həkim X8 tərəfindən yarılmışdır. İş materiallarında olan 15 avqust 2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh Məşğulluq Mərkəzi tərəfindən verilmiş keçilərdən 6 başı15 avqust tarixinə kimi tələf olmuşdur. Tələf olmuş heyvanlara baytar həkim X8 ambulator müalicə aparmış, lakin aparılmış müalicə effekt verməmiş, heyvanlar tələf olmuşlar. Köklük dərəcələri aşağı olmuşdur. Heyvanların pirka nömrələri 45142, 45147, 45150, 45153, 45585, 45592-dir İş materiallarında olan 15 avqust 2021-ci il tarixli yarma protokolundan görünür ki, 15 avqust 2021-ci il tarixdə 6 baş ölmüş keçi Şamaxı rayonu, Quşçu kəndində baytar həkim X8 tərəfindən yarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzi Şamaxı rayon Heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin 12 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Quşçu və Çaylı kəndləri üzrə sahə baytar həkimi işləmiş X8 iyul və avqust aylarında Quşçu kənd sakini Cavabdeh məxsus tərtib etdiyi aktlarda möhürlə təsdiq olunmamasının səbəbi həmin dövrdə sahə baytar həkimlərindən möhür və ştampların onlardan alınıb nazirliyə təhvil verilməsidir. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı “X7” PHŞ tərəfindən 29 iyun 2021-ci il tarixli, KT/044 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən “keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 baş keçi, 2 baş təkə və 400 kq qarışıq yem natura şəklində Cavabdeh verilmişdir. Lakin monitorinq yoxlamaları zamanı 20 baş keçi və 2 baş təkə aşkar edilməmişdir. Cavabdehə verilmiş 20 baş keçidən 10 baş keçi xəstəlikdən ölmüşdür. Bunula bağlı xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aktlar və eyni tarixli yarma protokolları tərtib edilmişdir. Digər 10 baş keçi və 2 baş təkəni isə cavabdeh sataraq 2 baş inək almışdır. “X7” PHŞ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Həmin Qanunun 24.1.4-cü maddəsinə əsasən seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində 1 (bir) il monitorinqini aparır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli, 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası” nın 8.3-cü yarımbəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (385.2). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1). Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (389.3). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115.1). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydalarına uyğun olaraq iddiaçı cavabdehə eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 20 baş keçi və 2 baş təkə verilmiş, lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə riayət etməyərək ona verilmiş 10 baş keçi və 2 baş təkəni satmışdır. Cavabdeh verilmiş keçilərdən 10 baş keçinin ölməsi barədə sübut təqdim edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 29 iyun 2021-ci il tarixli, KT/044 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 10 baş keçi və 2 baş təkə alınaraq natura şəklində “X7” PHŞyə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Özünü məşğulluğa kömək göstərilməsinə dair” 29 iyun 2021-ci il tarixli, KT/044 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli (2-4 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 10 baş keçi və 2 baş təkə alınaraq natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “X7” PHŞ-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-363/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-363/2023
12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver