Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-367/2022 17.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 sentyabr 2013-cü il tarixdən başlayaraq 15 iyun 2009-cu il tarixdə doğulmuş X7, 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X4 və 02 fevral 2012-ci il tarixdə doğulmuş X5 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 93 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi barədə Şamaxı rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, hər ay cavabdehdən bir uşaq üçün 193 manat olmaqla,cəmi 579 manat sabit pul şəklində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsinə əsasən Cavabdeh 30 sentyabr 2013cü il tarixdən başlayaraq 15 iyun 2009-cu il tarixdə doğulmuş X7, 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X6 və 02 fevral 2012-ci il tarixdə doğulmuş X5 adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 93 manat sabit pul məbləğində aliment anaraq İddiaçı verilməlidir. Şamaxı rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsi qanuni qüvvəsini almış, həmin qətnamə üzrə icra vərəqəsi 19 dekabr 2013-cü tarixdə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icraatna daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Şamaxı rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında mövcud olmuş nikah pozulmuşdur. Cavabdehlə ayrıldıqdan sonra o, uşaqları ilə maraqlanmamış, uşaqlarının saxlanılması üçün heç bir maddi kömək eməmişdir. Cavabdeh Şamaxı rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsinə əsasən təyin olunmuş alimenti ödəməmişdir. Cavabdeh Rusiya Federasiyası ərazisində kommersiya fəaliyyəti ilə məşğuldur. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o (iddiaçı) çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehyiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Onun yeganə gəliri Dövlət tərəfindən ona ayrılmış sosial yardımdır. Digər gəliri yoxdur. Azyaşlı uşaqların üçü də məktəbdə təhsil alır, ona görə də məsrəflər (geyim, yemək, dərs ləvazimatları, müalicə xərcləri və s.) həddindən artıq artmışdır. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 30.10.2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 30 sentyabr 2013cü il tarixdən başlayaraq 15 iyun 2009-cu il tarixdə doğulmuş X7, 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X4 və 02 fevral 2012-ci il tarixdə doğulmuş X5 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 93 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 255476 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı arasındakı nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27.05.2017-ci il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 276570 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 15 iyun 2009-cu ildə tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 552917 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 oktyabr 2010-cu ildə tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ № 835564 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 fevral 2012-ci ildə tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (hər ay hər uşağa 93 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəf cavabdehin maddi vəziyyəti barədə məhkəməyə heç bir sübut təqdim etməsə də, məhkəmə hesab edir ki, alimentin artırılması barədə qətnamənin qəbul edilməsindən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay uşağa görə 110 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 30.10.2013-cü il tarixli 2(074)-760/2013 saylı, qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və Cavabdeh oğlundan qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 15 iyun 2009-cu il təvəllüdlü X3, 10 oktyabr 2010-cu il təvəllüdlü X1 və 02 fevral 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-367/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-367/2022
17.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver