Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-43/2022 24.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 838,60 manat sığorta ödənişinin və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 868,60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 mart 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi "BMW" markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Binəqədi rayonu DSK yolu ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş və nəticədə "Chevrolet Niva " markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Bakı şəhər Binəqədi DYPŞ tərəfindən tərtib olunmuş 17.04.2021-ci tarixli AP ******* saylı inzibati xəta haqqında protokola əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində "Chevrolet Niva" markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilə 1414,82 manat maddi zərər dəymişdir. MİC 210005_3 saylı sığorta şəhadətnaməsinə və AKS210053 saylı 3 iyun 2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 1314,82 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti sığortalandığından 476,22 manat sığorta ödənişi alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MİC210005 saylı avtonəqliyyat vasitələrinin könüllü sığortası şəhdətnaməsinin surətindən görünür ki, "xxxx" MMC-yə məxsus «Chevrolet Niva» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.01.2021-ci il tarixdən 13.01.2022-ci il tarixədək "xxxx" ASC-də sığorta olunmuşdur. İş materiallarında olan AD seriyalı 734540 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "BMW 320" markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İş materiallarında olan AB seriyalı 847520 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Chevrolet Niva LC" markalı 10-PL-67 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan minik avtomobili üçün yol vərəqəsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən «Chevrolet Niva» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 01.03.2021-ci il tarixdən-31.03.2021-ci il tarixədək yol vərəqəsi verilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14.04.2021-ci il tarixli qərardan görünür ki, vətəndaş X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “BMW 320" markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobilli idarə edən sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan 17.04.2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarına əlavə edilmiş “KİA Motors” tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, «Chevrolet Niva» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 1414,82 manat təşkil edir. İş materiallarında olan sığorta ödənişi aktının, ödəniş tapşırığının və hesabdan çıxarışın surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Chevrolet Niva” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1314,82 manat ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh 12.03.2021-ci il tarixdə idarə etdiyi “BMW 320" markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçı "xxxx" ASC-də könüllü sığortalanmış “Cehvrolet Niva” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. "xxxx" ASC tərəfindən “Chevrolet Niva” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1314,82 manat zərər məbləği avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Həmin məbləğin bir hissəsi, 476,22 manat pul vəsaiti cavabdehin idarə etdiyi avtomobilin icbari qaydada sığorta olunduğu sığortaçı tərəfindən iddiaçıya ödənilmişdir. Bununla da iddiaçının sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı ödəmiş olduğu sığorta məbləğinin qalan hissəsinə münasibətdə subroqasiya hüququ yaranmışdır. Odur ki, cavabdehdən 838,60 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 838,60 (səkkiz yüz otuz səkkiz manat altmış qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-43/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-43/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver