Məhkəmə qərarları › İş №e-2(074)-531/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-531/2023

11.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-531/2023 11.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X30 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində 2007-ci ildə inşa etdiyi ikimərtəbəli fərdi evin tikintisinə sərf etdiyi 27.000 manat vəsait və illik minimal 5 faiz bank uçot dərəcəsi hesabı ilə 16 illik dövr üçün 21.600 manat əldən çıxmış fayda, torpağın alışı məqsədilə 2005-ci ildə ödədiyi 1.400 ABŞ dolları, 2023-cü ildə ödəniş gününə məzənnə üzrə 2.380 manat, hər il (2006-2023-cü illər) üzrə minimal məzənnə qiymətləri əsasında əldən çıxmış fayda kimi (minimal 5% hesabı ilə) 1497,25 manat və bələdiyyəyə torpağın alqı satqısı üçün ödədiyi 60 manat əsas borc, 54 manat əldən çıxmış fayda olmaqla, cəmi 52591,25 manat məbləğində zərərin və əldən çıxmış faydanın Cavabdeh tutularaq, ona ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha ölçüdə torpaq sahəsi Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 17 saylı qərarı əsasında X8 mülkiyyətinə verilib. DTXK-nin Şamaxı Rayon Şöbəsi xx.xx.2002-ci il tarixli JN-479A kod 41017018 nömrə ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə vermişdir.Torpağın mülkiyyətçisi X17 09 iyun 2004-cü ildə rəsmiləşdirilmiş sadə yazlı müqavilə, yəni razılaşmaya uyğun olaraq şəhadətnamə üzrə özünə məxsus olan 0,12 ha ölçüdə torpaq sahəsini X2. Razılaşmada torpağı təqdim edənin və alanın şəxsiyyət vəsiqəsinin nömrə və seriyası qeyd edilməklə torpaq sahibi Şamil Qurbanov 400 ABŞ dolları məbləğində pul aldığını razılaşmada qeyd etmişdir. İlkin mülkiyyətçi qeyd olunan sadə yazılı formada özünə məxsus olan torpaq sahəsini A.Məlikova təqdim etdikdən sonra, eyni zamanda torpaq sahəsinə görə Çuxuryurd Bələdiyyəsinə ödənilməli olan torpaq vergisi də Cavabdeh adından xx.xx.2005-ci il tarixdə A.Məlikov tərəfindən rəsmi olaraq Bələdiyyəyə ödənilmişdir. Qeyd olunan torpaq sahəsini 400 ABŞ dolları ödəməklə ilkin mülkiyyətçi X7 almış X9 atası, 2005-ci ildə mərhum İsa əmimin və digərlərinin, habelə torpaq sahəsinin şəhadətnamə üzrə sahibi X8 iştirakı ilə həmin torpaq sahəsini ona 1400 ABŞ dollarına satmışlar. 15-16 sentyabr 2005-ci ildə razılaşma olan zaman torpaq sahəsinə görə həmin vaxta qədər mövcud olmuş Vergi Bələdiyyənin hesabına X8 adından ödənilmişdir.Eyni zamanda torpağın ilkin mülkiyyətçisi hazırkı cavabdehin atası X5 Bələdiyyəsinə ərizə təqdim edərək, qeyd olunan torpaq sahəsindən Bələdiyyənin xeyrinə imtina etmişdir. Çuxuryurd Bələdiyyəsinin sədrinin iştirakı ilə torpaq sahəsinə dair JN-479A kod 41017018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin əsli ona təqdim edilmişdir. Şamil Qurbanov şəhadətnamənin daxilində torpaqdan imtina etməsi barədə yazılı formada ərizə kimi fikirlərini yazıb. Bu şəhadətnamədə Şamilin yazdıqlarını Bələdiyyə sədri imzası və möhürü ilə təsdiqləmişdir. Şamil Qurbanov bu şəhadətnamədə əlyazma qaydasında aşağıdakıları qeyd edib:“Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ei il tarixli 14 №li iclas protokolunun qərarına əsasən X11 məxsus JN-479A №li torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təhkim olunmuş 0,12 hektar fərdi həyətyanı torpaq sahəsi özünün imtina ərizəsinə əsasən ləğv edilərək, Şamaxı şəhər sakini Qarayeva (Gərayeva) Samirə Murad qızına fərdi ev tikmək üçün təhkim edilsin.” Həmin gün Bələdiyyənin Protokol qəran və “Torpağın alqı-satqısına dair” Akt ona təqdim olunmuşdur. Torpaq sahəsini ümumi razılaşmaya uyğun olaraq, yəni Şamil Qurbanovun könüllü torpaqdan imtina edib, torpağı Bələdiyyəyə təqdim etdiyi üçün, tərəfindən 13 sentyabr 2005-ci il tarixdə 166 nömrəli mədaxil qəbzi əsasında Bələdiyyəyə torpağı almaq məqsədilə 300 000 manat alqı-satqı üçün Bələdiyyəyə pul ödəmişdir.Şamil Qurbanov torpaq sahəsindən Bələdiyyənin xeyrinə imtina etdiyi üçün, o, həm Bələdiyyəyə 300 000 manat ödəmiş, həm də torpaq sahəsini Şamildən alıb, 2004-cü ildə Cavabdeh 400 ABŞ dolları və Şamilin adından Bələdiyyəyə 2005-ci ilə qədər yığılıb qalmış Bələdiyyə torpaq vergisini ödəniş Azər Məlikov (onun adından atası) tərəfindən Bələdiyyəyə ödənilmiş vəsaitlər nəzərə alınmaqla,o, yekunda torpaq sahəsini almaq üçün Şamil Qurbanovun iştirakı ilə A.Məlikova (atasına) 1400 ABŞ dolları pul ödəmişdir. Gərayev İsa əmisinin rəhbərliyi və nəzarəti altında 2007-ci il ərzində Çuxuryurd kəndində yerləşən qeyd olunan torpaq sahəsində 10 metrin 08 metrə olan ölçülərlə iki mərtəbəli fərdi həyət evi inşa etdirmişdir. Evin daxilində suvaq, elektrik işləri və digər zəruri işlər görülmüşdür. Fərdi həyət evinin daxilində otaqlar üçün quraşdırılmamış qapılar və digər materiallar olmuşdur. 2007-ci ildə fərdi yaşayış evinin tikintisi, tikinti materiallarının və sair malların alışı, təmiri və sair zəruri işlərin icrası məqsədilə İsanın rəhbərliyi ilə fərdi evin tikintisi məqsədilə Rusiyada yaşayan digər əmisi Gərayev Xatəmin göndərdiyi 27000 (iyirmi yeddi min) manat pul vəsaiti məbləğində tikintiyə vəsait xərclənmişdir. Tərəfindən iki mərtəbəli evin damı bağlanmış və evin daxilində təmir işləri görülməyə başlamışdır. 01-10 yanvar 2022-ci il tarixlərdə qeyd olunan torpaq sahəsinin adıına rəsmiləşdirilməsi və çıxarışın alınması məqsədilə Gərayev İsaya təklif olunmuşdur ki, sənədləşmənin ən asan yolu ilkin mülkiyyətçi mərhum X8 adına çıxarış aldıqdan sonra torpaq sahəsi onun adına keçirilsin. Bu məqsədlə yanvar 2022-ci il tarixdə ilkin mülkiyyətçinin oğlu hazırkı Cavabdeh ilə (bununla əlaqədar) İsa əmi tərəfindən danışıqlar aparılan zaman cavabdeh ilkin olaraq etiraz etmədiyini bildirmişdir. Bir müddət keçdikdən sonra səlahiyyətli nümayəndəsi İsa cavabdeh Şahlarla əlaqəyə çıxmışdır. Köməklik göstərməsi məqsədilə qeyd olunan torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin (bu sənədin əsli 2005-ci ildən etibarən onda olmuşdur) surəti və digər sənədlərin surətləri Şahlara təqdim olunub. Bir müddət keçəndən sonra cavabdeh İsa əmidən evin adına keçirilməsinə razılıq məqsədilə 15.000 manat pul tələb etmişdir. İsa əmi torpağın pulunu mərhum atasına həmin vaxt tam şəkildə ödənildiyini cavabdehə bildirmiş, lakin cavabdeh 2022-ci ildə ayrı-ayrı vaxtlarda Gərayev İsanı hədələmişdir. Cavabdeh Şahlar X15 cibinə narkotik atıb tutduracağı ilə hədələmişdir. Bundan sonra İsa əmi yüksək stress və təzyiq xəstəliyi tapmaqla, xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmişdir. 2022-ci ilin (aprel-may aylarında) əvvəllərində cavabdeh fərdi evini özbaşına zəbt edib, açarları dəyişmişdir. Yuxarıda qeyd olunan mübahisəli torpaq sahəsi ilə əlaqədar cavabdehə qarşı “Torpaq sahəsindən və evdən maneəsiz istifadə tələbinə dair” iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin gedişində onlara məlum olmuşdur ki, ki, DT və XK tərəfindən tərtib edilmiş JN-479A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” 2002-ci il tarixli şəhadətnamə əsasında ilkin mülkiyyətçi X8 vərəsəsi, hazırkı Cavabdeh xx.xx.2022-ci il tarixli 2V-253 saylı qanun üzrə “Vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında həmin torpaq sahəsini xx.xx.2022-ci il tarixdə öz adına vərəsə olaraq rəsmiləşdirmişdir. Hansı ki, Məhkəmə gedişində onlara məlum olmuşdur ki, miras qoyan Şamil Qurbanov 2018-ci ildə rəhmətə getdiyi halda, cavabdeh dörd il müddətində mirası nə faktiki, nə də hüquqi qəbul etməmiş və mirası qəbul etmək məqsədilə Notariusa ərizə verməmişdir. Çünki cavabdeh belə bir torpağın atasının adına olmasından məlumatı olmamışdır. Bu torpaq sahəsi barədə məlumatı cavabdehə yanvar 2022-ci ildə İsa əmisi demişdir. Cavabdeh Bakı şəhərində 19 saylı Notariat ofisində tərtib olunmuş xx.xx.2022-ci il tarixli 4Ə-523 saylı reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini X16 adına özgəninkiləşdirmişdir. Sonuncunun adına xx.xx.2022-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. İşin qeyd olunan halları məlum olduqdan sonra o Məhkəmədə iştirak edib hüquqlarını müdafiə etmək məqsədilə vəkil ilə hüquqi xidmət barədə müqavilə bağlamaqla, vəkilə Notarial qaydada etibarnamə vermişdir. Vəkil mülki işə qoşulub, iş materialları ilə tanış olduqdan sonra, yəni məhkəmə baxış iclası zamanı AR MPM-nin 53-cü maddəsinə əsasən “iddia ərizəsinin dəyişdirilməsi barədə” ərizəni Şamaxı Rayon Məhkəməsinə təqdim etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1075/2022 saylı qərardadı əsasında (əlavə baxış zamanı verilmişdir) iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd olunan işin faktiki halları nəzərə alınmaqla qeyd edir ki, torpaq sahəsinin ilkin mülkiyyətçisi sadə yazılı müqavilə qaydasında torpaq sahəsini 2004-cü ildə Araz Məlikova satmışdır. Yenidən ilkin mülkiyyətçinin (Şamil Qurbanovun) iştirakı və razılığı əsasında, Araz Məlikov vasitəsilə torpaq sahəsi ona 2005-ci ildə Bələdiyyə vasitəsilə Bələdiyyənin qərarı əsasında təqdim olunmuşdur. Bələdiyyəyə 300000 manat alqı-satqı üçün pul ödəmişdir. Torpağın ilkin mülkiyyətçisi sadə yazılı müqavilə qaydasında torpaq sahəsini satdıqdan sonra, keçən dövr ərzində, yəni 2018-ci ildə rəhmətə getmişdir. AR MM-nin 1159-cu maddəsinə əsasən cavabdeh qanun üzrə vərəsə 2018-2022-ci illər dövründə nə faktiki, nə də hüquqi olaraq miras əmlakı (torpaq sahəsini) qəbul etməmişdir. Lakin onun təmsilçi İsa əmi yanvar 2022-ci il tarixdə Bələdiyyə vasitəsilə və Bələdiyyənin alqı-satqı sənədi əsasında aldığı torpaq sahəsini adıına rəsmiləşdirmək üçün cavabdehə torpaq sahəsinə dair şəhadətnamənin surətini verdikdən sonra, cavabdeh xx.xx.2022-ci il tarixdə “vərəsəlik şəhadətnaməsi” almış və xx.xx.2022-ci il tarixdə adına dövlət reyestrindən çıxarış əldə etmişdir. Cavabdeh torpaq sahəsinin onun atası tərəfindən o, azyaşlı olan zaman (11 yaşında olarkən) satıldığı faktını biləndən sonra, polis əməkdaşı olmasından istifadə edərək sənədlərin nüsxələrini ondan (əmisindən) götürdükdən sonra hazırkı hərəkətləri icra etmişdir. Hansı ki, cavabdeh torpaq sahəsini onun atası tərəfindən ona təqdim olunduğunu və torpaq sahəsinin mübahisəli olduğunu Notariusa bildirmədən, nəticədə AR MM- nin 1246, 1247, 1248-ci maddələrin və digər normaların tələbləri pozulmaqla, 2022-ci ildə məqsədli və qərəzli hərəkət edilmişdir. Hansı ki, altı ay müddətində mirası qəbul etmədiyi halda, mirasa dair hüququnu məhkəmə qaydasında tanıda bilərdi. Cavabdeh bununla kifayətlənməyərək qeyd olunan torpaq sahəsi ilə əlaqədar mübahisənin mövcud olmasına baxmayaraq, Bakı şəhərindəki 19 saylı notarial ofisində əmlakı digər bir şəxsə məqsədli surətdə satmaqla, vicdanlı alıcı obrazını yaratmışdır. Çünki cavabdeh bilirdi ki, mərhum atası ilkin torpaq mülkiyyətçisi olaraq torpaq sahəsini sadə yazılı müqavilə qaydasında 2004-cü ildə başqasına satmış, həm də ona məxsus olmuş torpaq sahəsindən Bələdiyyənin xeyrinə atası 2005-ci ildə imtina etmişdir. Onun torpaqdan imtinası əsas götürülməklə, onun adıına Bələdiyyə öz qərarı ilə 2005-ci ildə alqı-satqını rəsmiləşdirmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-1075/2022 saylı qanuni qüvvə almış qətnaməsi, eyni tərəfiər arasında olmuşdur. Məhkəmə qətnaməsi əsasında onun “Torpaq sahəsindən çıxarılma və evdən maneəsiz istifadə” tələbi üzrə işə baxılarkən aşağıdakılar Məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə ki, iiş materiallarında olan JN-479A KOD 41017018 saylı torpağın mülkiyyətə verilməsinə şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekab. 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X11 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 14 saylı prtokolundan Çıxarışdan görünür ki, X8 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsi özünün imtina və razılıq ərizəsinə əsasən ləğv edilməsi, Çuxuryurd Bələdiyyəsinə daxil olmuş ərizəsini onunla əlaqədar komissiya tərəfindən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktını və dövlət rüsmunu ödəməsini nəzərə alıb X12 həmin 0,12 ha həyətyanı torpaq sahəsini təhkim edilməsi qərara alınmışdır. İş materiallarında olan torpaqların alqısatqısına dair aktdan görünür ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi X1. İş materiallarında olan xx.xx.2005-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki. İddiaçı alqı-satqı yolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi üçün 300000 manat ödəmişdir. İş materiallarında olan Şamaxı rayon Məlhəm Bələdiyyəsinin məhkəmənin sorğusuna 22 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki. Aqrar İslahat Komissiyasının Şamaxı rayonunun Çuxuryurd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X11 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X17 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq həmin torpaq sahəsi X12 təhkim edilmişdir. Lakin qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxeminin bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyildir. 2005-ci ildən bu günə kimi qeyd olunan torpaq sahəsinə dair torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödəniş edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 vərəsələri X20, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X11 verilmiş **********30 reystr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reystrindən reyestr nömrəsi **********30, qeydiyyat tarixi 13.04.22 olan Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2022- ci il tarixdə X4. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X11 0,12 ha torpaq sahəsi verilmişdir.Daha sonra X17 həmin torpaq sahəsini X10, o isə X3. Lakin torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X17 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdaiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan JN-479A KOD 41017018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X11 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli 14 saylı protokolundan Çıxarışdan görünür ki, X8 hesabında olan 0,12 ha fərdi həyətyanı torpaq sahəsi özünün imtina və razılıq ərizəsinə əsasən ləğv edilməsi, Çuxuryurd Bələdiyyəsinə daxil olmuş ərizəsini onunla əlaqədar komissiya tərəfindən tərtib olunmuş torpaqların alqı-satqısına dair aktını və dövlət rüsmunu ödəməsini nəzərə alıb X12 həmin 0,12 ha həyətyanı torpaq sahəsini təhkim edilməsi qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi X1. İş materiallarında olan xx.xx.2005-ci il tarixli kassa mədaxil orderi qəbzindən görünür ki, İddiaçı alqı-satqı yolu ilə 0,12 ha həyətyanı torpaq sahəsi üçün 300000 manat ödəmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şamaxı rayonu Qaleybuğurd kəndində yaşayan X6 RPŞ- nə ərizə ilə müraciət edərək Şahlar adlı şəxsin ona və yaxın qohumlarına qarşı hədə-qorxu gəldiyini bildirməsi barədə toplanmış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məlhəm Bələdiyyəsinin arayışından görünür ki, Aqrar İslahat Komissiyasının Şamaxı rayonunun Çuxuryurd kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid cədvəldə 479 nömrə ilə X11 0.12 ha həyətyanı torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. Sonradan keçmiş Çuxuryurd bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 14 saylı protokolundan məlum olur ki, X17 qeyd olunan torpaq sahəsinə ehtiyacı olmadığı üçün, bələdiyyə fonduna keçməsi ilə əlaqədar müraciət etmiş və onun müraciəti nəzərə alınaraq, həmin torpaq sahəsi X12 təhkim edilmişdir. Lakin, qeyd olunan torpaq sahəsinə dair ilkin torpaqayırma sənədlərində coğrafi yerləşməsi və tərtib edilmiş sxeminin bələdiyyənin mövcud arxivində aşkar edilmədiyi üçün, həmin torpaq sahəsinin kəndin hansı istiqamətində yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud tikilidə yaşayış olmadığı üçün kimin tərəfindən tikildiyi məlum deyildir. 2005-ci ildən bu günə kimi qeyd olunan torpaq sahəsinə dair torpaq vergisi hər hansı bir şəxs tərəfindən ödəniş edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 vərəsələri X20, Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X11 verilmiş **********30 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********30, qeydiyyat tarixi xx.xx.2022 il olan Çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 0,12 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə X4. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X21 ilə X19 arasında nikah xx.xx.2004-cü ildə bağlanmışdır. İş materiallarında olan Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinin təqdim edilmiş ölçülərə və fototəsvirlərə əsasən, 2007-ci il tarixinə bazar dəyəri 27.000 manat təşkil etmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1075/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və evdən maneəsiz istifadə” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Çuxuryurd kəndində X11 0,12 ha torpaq sahəsi verilmişdir. Daha sonra X17 həmin torpaq sahəsini X10, o isə X3. Lakin, torpaq sahəsi satılarkən alqı-satqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmin torpaq sahəsində iddaçı tərəfindən iki mərtəbəli ev tikilmişdir. Həmin evin tikintisinə maliyyə vəsaiti Xatəm Gərayev tərəfindən İsa Gərayev vasitəsilə ödənilmişdir. 2018-ci ildə X17 vəfat etmiş, 2022-ci ildə isə Cavabdeh həmin torpaq sahəsini mülkiyyətinə keçirərək satmışdır. İddiaçı hazırda həmin torpaq sahəsində yerləşən tikdirdiyi evdən istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, Şamaxı rayon Çuxuryurd Bələdiyyəsinin 15 sentyabr 2005-ci il tarixli, 14 nömrəli qərarı ilə iddiaçıya həmin kəndin ərazisindən 0,12 ha torpaq sahəsi verilmişdir. Torpaqların alqı-satqısına dair aktın əslini və bununla əlaqədar, o vaxt ödənilən 300.000 manat rüsum qəbzinin əsili də, sübut üçün işə əlavə edilmişdir. 0,12 ha torpaq sahəsi üçün torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə cavabdehin atası X11 verilmiş, sonuncu isə öz razılığı ilə, Çuxuryurd bələdiyyəsinin adına torpaqdan imtina ərizəsi yazmaqla, sözügedən torpağını iddiaçıya satmışdır. O, bu məqsədlə 2005-ci il tarixdən özünə məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əslini də iddiçıya vermişdir. X17 2018-ci il tarixdə vəfat etmiş və cavabdeh həmin torpaq sahəsini 2022-ci ildə iddiaçının ona müraciət etməsindən sonra, xx.xx.2022-ci ildə vərəsəlik şəhadətnaməsi almışdır. Torpaq sahəsini ilkin mülkiyyətçinin iştirakı və razılığı əsasında almaq üçün 2005-ci ildə torpağı satan tərəfə 1.400 ABŞ dolları pul vəsaiti ödənilmişdir. Bu pul vəsait iddiaçı tərəfindən torpaq sahəsinə görə ödənildikdən sonra, torpağın ilkin mülkiyyətçisi bələdiyyəyə ərizə təqdim etməklə, torpaq sahəsindən bələdiyyənin xeyrinə imtina etmiş, eyni zamanda torpaq sahəsinin mülkiyyət hüququ ilə ona məxsus olmasını təsdiq edən şəhadətnamənin əslini iddiaçıya təqdim etmişdir. Həmin bu şəhadətnamədə ilkin mülkiyyətçi torpaq sahəsini ona təqdim etdiyini yazılı şəkildə qeyd etməklə, onun yazılı şəkildə yazdıqlarını bələdiyyə sədri bələdiyyənin möhürü ilə təsdiq etmişdir. Torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evin tikintisinə 27.000 manat vəsait sərf edilmişdir. 2006-2023-cü illər üçün Mərkəzi Bankın müəyyən etdiyi hər illik məzənnə qiymətinə minimal 5 faiz hesablanmaqla, cavabdehin hərəkətləri nəticəsində 21.600 manat əldən çıxmış fayda kimi ziyan vurulmuşdur. Həmçinin, məhkəmə qətnamə ilə İddiaçı cavabdehə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirməsi və istifadə etməməsi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapır. Ona görə də, iddiaçı ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 27.000 manat vəsait, illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21.600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1.400 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla), həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1497,25 manat və bələdiyyəyə torpağın alqı satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 105,78 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 27.000 manat vəsait, illik 5 faiz bank uçot dərəcəsi hesabı ilə 21.600 manat əldən çıxmış fayda, torpağın alışına ödənilmiş 1.400 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla), həmin məbləğə hesablanmış əldən çıxmış fayda kimi 1497,25 manat və bələdiyyəyə torpağın alqı satqısı üçün ödənilmiş 60 manat və həmin məbləğə hesablanmış 54 manat əldən çıxmış fayda olmaqla, vurulmuş zərərin əvəzi və ödənilmiş 105,78 manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar