Məhkəmə qərarları › İş №e-2(074)-663/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-663/2025

03.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-663/2025 03.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalar” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus cehiz əşyalarının: Mətbəx: 1. Soyuducu “Bosch” - 1 589 AZN; 2. Paltar yuyan “Bosch” - 1 189 AZN; 3. Qabyuyan “Bosch” - 919 AZN; 4. Duxovka “Hansa” - 489 AZN; 5. Aspirator “Hansa” - 379 AZN; 6. Kondisioner “LG” - 729 AZN; 7. Mətbəx mebeli - 2 155 AZN; 8. Televizor “LG32LM6350PLAAMGB” - 529 AZN; 9. Televizor üçün kranşteyn (asılqan) - 15 AZN; 10. Divan - 550 AZN; 11. Stol – 1 ədəd - 70 AZN; 12. Stul – 2 ədəd - 130 AZN; 13. Çılçıraq - 160 AZN; 14. Dekorlu saat - 15 AZN; 15. Divara bərkidilən polka; 16 Toster; 17. Qaz peçi (4lük) “Bosch” - 299 AZN; 18. Qazan və qaşıq dəsti “ZETLER” - 350 AZN; 19. Qazan dəsti “Karaca” - 120 AZN; 20. Blinçik bişirən - 18 AZN; 21. Mikser - 48 AZN; 22. Sok çəkən - 49 AZN; 23. Kofe üyüdən - 15 AZN; 24. Elektriklisoba “EUROLUX” - 100 AZN;

25. Elektrikli ətçəkən - 140 AZN; 26. Tefal çaynik - 18 AZN; 27. Tefal samovar+dəm çayniki - 48 AZN; 28. Blender - 28 AZN; 29. Mətbəx aksesuarları,alətləri, qablar, boşqablar,çəngəllər, bıçaqlar və s. Qonaq: 1. Kondisoner “LG” - 729 AZN; 2. Televizor “LG55UM7450PLAARU” - 1359 AZN; 3. Televizor üçün kranşteyn (asılqan) - 20 AZN; 4. Mebel (TV altı şkaf, TV üstü polka, şüşüli asılqanlı dolab, kamot, asılqanlı güzgü 2 ədəd) - 4 660 AZN; 5. Şəbəkə saat, ağac formalı foto dekor-480 AZN; 6. Jalüz - 120 AZN; 7. Divan - 1 700 AZN; 8. Çılçıraq - 620 AZN; 9. Transformer jurnal masası - 360 AZN; 10. Lampa - 48 AZN; 11. Xalça - 550 AZN; 12. Pərdə+tül+dekor - 370 AZN; 13. Müxtəlif stəkanlar, servislər, boşqablar, dekorlar və s. 14. Meyvə qabı - 80 AZN; 15. Çay stəkan dəsti 2 dəst - 60 AZN; Yataq otağı: 1. Kondisoner “LG” - 729 AZN; 2. Televizor “Shivaki” - 650 AZN; 3. Mebel (Yataq, yataq kənarı dolap, böyük dolab, güzgülü termo, yumşaq oturacaq) - 4 320 AZN; 4. Çılçıraq - 160 AZN; 5. Naçnik - 76 AZN; 6. Asılqan (dayanan) - 45 AZN; 7. Ütü - 40 AZN; 8. Buxar ütüsü - 25 AZN; 9. Yataq kənarı naçnik 2 ədəd; 10. Ütüaltı şkaf - 65 AZN; 11. Tozsovuran “EUROLUX” - 120 AZN; 12. Yellənən kreslo + kreslo üzlüyü - 508 AZN; 13. Xalça - 195 AZN; 14. Pərdə + tül - 189 AZN; 15. Tül - 43 AZN; 16. Daraq fen - 15 AZN; 17. Epilyator - 22 AZN; 18. Saç feni - 28 AZN; 19. Ütü feni - 15 AZN;

20. Müxtəlif döşək, yorğan, yataq dəstləri. Uşaq otağı: 1. Divan - 1 200 AZN; 2. Arı pətəyi dolab - 260 AZN; 3. Xalça - 70 AZN; 4. Çilçıraq - 110 AZN; Eyvan: 1. Plastik pəncərə (icazəsi) - 700 AZN; 2. Plastik pəncərə - 1 250 AZN; 3. Eyvanın asma tavanı - 100 AZN; 4. Paltar asan - 110 AZN; 5. Nərdivan - 60 AZN; 6. Kreslo 2 ədəd - 110 AZN; 7. Xalça 2 ədəd - 65 AZN 8. Şkaf yığılması - 650 AZN. Dəhliz: 1. Naçnik - 30 AZN; 2. Güzgülü konsul - 230 AZN; 3. Ayaqqabı dolabı. Hamam və Tualet: 1. Moydadır - 1 150 AZN; 2. Aksesuarlar, pol silən - 69 AZN Cavabdeh alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, 2020-ci il tarixdən Cavabdeh ilə faktiki ər-arvad münasibətlərində olublar və birgə yaşayıblar. Birgə yaşadıqları ünvan 1 ünvana köçəndə o özünə məxsus cehiz əşyaları da gətirib. Cehiz əşyaları Mətbəx: 1. Soyuducu “Bosch” - 1 589 AZN; 2. Paltar yuyan “Bosch” - 1 189 AZN; 3. Qabyuyan “Bosch” - 919 AZN; 4. Duxovka “Hansa” - 489 AZN; 5. Aspirator “Hansa” - 379 AZN; 6. Kondisioner “LG” - 729 AZN; 7. Mətbəx mebeli - 2 155 AZN; 8. Televizor “LG32LM6350PLAAMGB” - 529 AZN; 9. Televizor üçün kranşteyn (asılqan) - 15 AZN; 10. Divan - 550 AZN; 11. Stol – 1 ədəd - 70 AZN; 12. Stul – 2 ədəd - 130 AZN; 13. Çılçıraq - 160 AZN; 14. Dekorlu saat - 15 AZN; 15. Divara bərkidilən polka; 16 Toster; 17. Qaz peçi (4lük) “Bosch” - 299 AZN; 18. Qazan və qaşıq dəsti “ZETLER” - 350 AZN; 19. Qazan dəsti “Karaca” - 120 AZN; 20. Blinçik bişirən - 18 AZN; 21. Mikser - 48 AZN; 22. Sok çəkən - 49 AZN; 23. Kofe üyüdən - 15 AZN; 24. Elektriklisoba “EUROLUX” - 100 AZN; 25. Elektrikli ətçəkən - 140 AZN; 26. Tefal çaynik - 18 AZN; 27. Tefal samovar+dəm çayniki - 48 AZN; 28. Blender - 28 AZN; 29. Mətbəx aksesuarları,alətləri, qablar, boşqablar,çəngəllər, bıçaqlar və s. Qonaq: 1. Kondisoner “LG” - 729 AZN; 2. Televizor “LG55UM7450PLAARU” - 1359 AZN; 3. Televizor üçün kranşteyn (asılqan) - 20 AZN; 4. Mebel (TV altı şkaf, TV üstü polka, şüşüli asılqanlı dolab, kamot, asılqanlı güzgü 2 ədəd) - 4 660 AZN; 5. Şəbəkə saat, ağac formalı foto dekor-480 AZN; 6. Jalüz - 120 AZN; 7. Divan - 1 700 AZN; 8. Çılçıraq - 620 AZN; 9. Transformer jurnal masası - 360 AZN; 10. Lampa - 48 AZN; 11. Xalça - 550 AZN; 12. Pərdə+tül+dekor - 370 AZN; 13. Müxtəlif stəkanlar, servislər, boşqablar, dekorlar və s. 14. Meyvə qabı - 80 AZN; 15. Çay stəkan dəsti 2 dəst - 60 AZN; Yataq otağı: 1. Kondisoner “LG” - 729 AZN; 2. Televizor “Shivaki” - 650 AZN; 3. Mebel (Yataq, yataq kənarı dolap, böyük dolab, güzgülü termo, yumşaq oturacaq) - 4 320 AZN; 4. Çılçıraq - 160 AZN; 5. Naçnik - 76 AZN; 6. Asılqan (dayanan) - 45 AZN; 7. Ütü - 40 AZN; 8. Buxar ütüsü - 25 AZN; 9. Yataq kənarı naçnik 2 ədəd; 10. Ütüaltı şkaf - 65 AZN; 11. Tozsovuran “EUROLUX” - 120 AZN; 12. Yellənən kreslo + kreslo üzlüyü - 508 AZN; 13. Xalça - 195 AZN; 14. Pərdə + tül - 189 AZN; 15. Tül - 43 AZN; 16. Daraq fen - 15 AZN; 17. Epilyator - 22 AZN; 18. Saç feni - 28 AZN; 19. Ütü feni - 15 AZN; 20. Müxtəlif döşək, yorğan, yataq dəstləri. Uşaq otağı: 1. Divan - 1 200 AZN; 2. Arı pətəyi dolab - 260 AZN; 3. Xalça - 70 AZN; 4. Çilçıraq - 110 AZN; Eyvan: 1. Plastik pəncərə (icazəsi) - 700 AZN; 2. Plastik pəncərə - 1 250 AZN; 3. Eyvanın asma tavanı - 100 AZN; 4. Paltar asan - 110 AZN; 5. Nərdivan - 60 AZN; 6. Kreslo 2 ədəd - 110 AZN; 7. Xalça 2 ədəd - 65 AZN 8. Şkaf yığılması - 650 AZN. Dəhliz: 1. Naçnik - 30 AZN; 2. Güzgülü konsul - 230 AZN; 3. Ayaqqabı dolabı. Hamam və Tualet: 1. Moydadır - 1 150 AZN; 2. Aksesuarlar, pol silən - 69 AZN ibarətdir. Artıq müəyyən bir müddət birgə yaşamadıqları üçün hesab edir ki, ona məxsus əşyalar geri qaytarılmalıdır. Hal-hazırda cavabdeh həmin əşyaları ona qaytarmaqdan imtina edir. Ona məxsus bütün əşyaların hamısı hal-hazırda Cavabdeh faktiki yaşadığı ünvan 1 ünvanındadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, bütün əşyaları iddiaçı gəlin göçərkən alıb. Doğrudur bəzi əşyalar cavabdehin kredit kartı ilə alınsa da həmin əşyaların alınmasına görə kredit borcu iddiaçının atası tərəfindən edilib. Bunu təsdiq edən qəbzlər və evin əvvəlki və iddiaçının əmlakı yığıldıqdan sonrakı fotoları məhkəməyə təqdim edilib. Həmçinin müvəqqəti təminat tədbiri barədə qərarın icrası ilə əlaqədar icra məmuru və iddiaçı evdə olarkən bütün əşyaların cavabdehin evində olmasına dair akt tərtib edilib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 nikah haqqında 17 avqust 2020-ci il tarixdə 1958 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer : 5 saylı Bakı “ASAN Xidmət” X5. Nikah bağlandıqdan sonra ərə “Əzizov”, arvada “Əzizova” soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2912/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı "ASAN Xidmət" X6 1958 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı şəhəri, Nəsimi Rayon İcra Şöbəsinin icra məmurları X4, X1, borclu Cavabdeh, tələbkar X3 nümayəndəsi X8 (1PUJM615), hal şahidləri X10 (FSWC503), X11 tərəfindən tərtib edilən aktın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin e-16(74)-7/2025 saylı, xx.xx.2025-ci il tarxili icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədində göstərilən ünvan 1 ünvanına baxış həyaa keçirilmişdir. Mənzildə ilk öncə mətbəxdə baxış keçirilmişdir. Mətbəxdə icra sənədindən göstərilən əşyalardan 1) soyuducu (Bosch) 2) paltar yuyan 3)qabyuyan 4) duxovka (hansısa) 5) aspirator (hansısa) 6) kondisioner 7) mətbəx mebeli 8) Televizor (LG) 9) televizor üçün krauşteyn 10) divan 11) stol 1 ədəd 12) stul 2 ədəd 13) çilçıraq 14) dekorlu saat 15) divara bəkidilən polka 16) toster 17) qaz peçi 18) qazan dəsti karaca 19) bilinçik pişirən 20) elektrikli ətçəkən 21) tefal çaynik 22) mətbəx aksessuarları, alətləri, qablar, boşqablar, çəngəllər, bıçaqların yerində olduğu müəyyən edildi. Mətbəx hissədə qeyd edilən əşyalardan: 1) qazan və qaşıq dəsti "Zetler" 2) mikser 3) sok çəkən 4) kofe üyüdən 5) elektrikli soba 6) tefal somavar+dəm çayniki 7) bender və s. qalan əşyaları tələbkar özünün apardığını bildirdi. Qonaq otağında icra sənədində göstərilən əşyalardan: 1) kondisioner (LG) 2) Televizor (LG) 3) televizor üçün krauşteyn 4) mebel 5) saat ağac formalı taxta dekor 6) Jaluzi 7) divan 8) çilçıraq 9) transformer jurnal masası 10) lampa 11) xalça 12) pərdə tül+dekor 13) müxətlif stəkanlar 14) meyvə qabı 15) çay stəkan dəsti - 2 dəst yerində tam şəkildə müəyyən edildi. Yataq otağında icra sənədində göstərilən əşyalardan:1) kondisioner (LG) 2) televizor (LG) 3) mebel 4) çilçıraq 5) naçnik 6) asılan 7) yataq kənarı naçnik 8) ütüaltı şkaf 9) tozsovuran (EUROLUX) 10) yellənən kreslo və üzlüyü 11) pərdə+tül 12) tül 13) müxtəlif döşək, yorğan yataq dəstləri yerində müəyyən edildi. Tələbkar yataq otağından digər əşyaları: 1) ütü 2) buxar ütüsü 3) xalça 4) daraq feni 5) epilyator 6) saç feni 7) ütü feni özünün öncədən evdən götürdüyünü bildirdi. Uşaq otağında icra sənədində göstərilən əşyalardan 1) divan 2) arı pətəyi dolab 3) xalça -1 ədəd 4) çilçıraq yerində müəyyən edildi. Eyvanda icra sənədində göstərilən əşyalarda: 1) plastik pəncərə 2) eyvanın asma tavası 3) platar asan 4) nərdivan 5) xalça 6) şkaf yığılması yerində müəyyən edildi. Tələbkar eyvandan 2 ədəd kreslonu özü götürdüyünü öncədən bildirdi. Dəhliz və hamam-tualetdə icra sənədində göstərilən əşyaalrdan 1) naçnik 2) güzgülü konsul, ayaqqabı dolabı 4) moydadır 5) ausessuarlar pol silən yerində olduğu müəyyən oludu. İcra sənədində göstrilən yuxarıdakı əşyalar siyahıya alınaraq üzərinə həbs qoyuldu, həmin əşyalarən və əmlakların hər hansı şəkildə evdən çıxarılıması və özgənənkilşdirilməsi Cavabdeh oğına qadağan edildi. Üzərinə qoyulan öhdəliklə ağlı daşıdığı məsuliyyət barəsində CM 303-cü maddəsi ilə xəbərdarlıq edildi. Beləliklə göründüyü kimi iddia tələbi cehiz əşyaların cavabdehdən alınaraq ona qaytarılması ilə bağlıdır. Həmin əmlakların mövcudluğuna və iddiaçı tərəfindən alınmasına dair iddiaçı iddia ərizəsinə çoxsaylı qəbzlər əlavə etmişdir. Həmçinin həmin əşyaların mövcudluğu və hazırda cavabdehə məxsus evdə olması xx.xx.2025-ci il tarixli aktla da sübuta yetirilmişdir. Lakin həmin aktdan da görünür ki, iddiaçı cehiz əşyalarının bəzilərini əvvəlcədən cavabdehin evindən götürmüşdür. Həmin əmlaklar hazırda iddiaçının özündə olduğundan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus əmlaklar: Mətbəx: 1. Soyuducu “Bosch” - 1 589 AZN; 2. Paltar yuyan “Bosch” - 1 189 AZN;

3. Qabyuyan “Bosch” - 919 AZN; 4. Duxovka “Hansa” - 489 AZN; 5. Aspirator “Hansa” - 379 AZN; 6. Kondisioner “LG” - 729 AZN; 7. Mətbəx mebeli - 2 155 AZN; 8. Televizor “LG32LM6350PLAAMGB” - 529 AZN; 9. Televizor üçün kranşteyn (asılqan) - 15 AZN; 10. Divan - 550 AZN; 11. Stol – 1 ədəd - 70 AZN; 12. Stul – 2 ədəd - 130 AZN; 13. Çılçıraq - 160 AZN; 14. Dekorlu saat - 15 AZN; 15. Divara bərkidilən polka; 16 Toster; 17. Qaz peçi (4lük) “Bosch” - 299 AZN; 18. Qazan dəsti “Karaca” - 120 AZN; 19. Blinçik bişirən - 18 AZN; 20. Elektrikli ətçəkən - 140 AZN; 21. Tefal çaynik - 18 AZN; 22. Mətbəx aksesuarları, alətləri, qablar, boşqablar, çəngəllər, bıçaqlar, qonaq otağı: 1. Kondisoner “LG” - 729 AZN;

2. Televizor “LG55UM7450PLAARU” - 1359 AZN; 3. Televizor üçün kranşteyn (asılqan) - 20 AZN; 4. Mebel (TV altı şkaf, TV üstü polka, şüşüli asılqanlı dolab, kamot, asılqanlı güzgü 2 ədəd) - 4 660 AZN; 5. Şəbəkə saat, ağac formalı foto dekor-480 AZN; 6. Jalüz - 120 AZN; 7. Divan - 1 700 AZN; 8. Çılçıraq - 620 AZN; 9. Transformer jurnal masası - 360 AZN; 10. Lampa - 48 AZN; 11. Xalça - 550 AZN; 12. Pərdə+tül+dekor - 370 AZN; 13. Müxtəlif stəkanlar, servislər, boşqablar, dekorlar, 14. Meyvə qabı - 80 AZN; 15. Çay stəkan dəsti 2 dəst - 60 AZN, yataq otağı: 1. Kondisoner “LG” - 729 AZN; 2. Televizor “Shivaki” - 650 AZN; 3. Mebel (Yataq, yataq kənarı dolap, böyük dolab, güzgülü termo, yumşaq oturacaq) - 4 320 AZN; 4. Çılçıraq - 160 AZN; 5. Naçnik - 76 AZN; 6. Asılqan (dayanan) - 45 AZN; 7. Yataq kənarı naçnik 2 ədəd; 8. Ütüaltı şkaf - 65 AZN; 9. Tozsovuran “EUROLUX” - 120 AZN; 10. Yellənən kreslo + kreslo üzlüyü - 508 AZN; 11. Pərdə + tül - 189 AZN; 12. Tül - 43 AZN; 13. Müxtəlif döşək, yorğan, yataq dəstləri, uşaq otağı: 1. Divan - 1 200 AZN; 2. Arı pətəyi dolab - 260 AZN; 3. Xalça - 70 AZN; 4. Çilçıraq - 110 AZN, eyvan: 1. Plastik pəncərə (icazəsi) - 700 AZN; 2. Plastik pəncərə - 1 250 AZN; 3. Eyvanın asma tavanı - 100 AZN; 4. Paltar asan - 110 AZN; 5. Nərdivan - 60 AZN; 6. Xalça 2 ədəd - 65 AZN 7. Şkaf yığılması - 650 AZN, dəhliz: 1. Naçnik - 30 AZN; 2. Güzgülü konsul - 230 AZN; 3. Ayaqqabı dolabı, hamam və tualet: 1. Moydadır - 1 150 AZN və 2. Aksesuarlar, pol silən - 69 AZN məbləğində əmlaklar Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi iddiaçının özündə olan əmlaklara dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində göstərilir ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəlləsinin 34.2-ci maddəsində göstərilir ki, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim,ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvadın kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə Dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddia qismən təmin edilsin. ünvan 1 ünvanında olan İddiaçı məxsus əmlaklar: Mətbəx: 1. Soyuducu “Bosch” - 1 589 AZN; 2. Paltar yuyan “Bosch” - 1 189 AZN; 3. Qabyuyan “Bosch” - 919 AZN; 4. Duxovka “Hansa” - 489 AZN; 5. Aspirator “Hansa” - 379 AZN; 6. Kondisioner “LG” - 729 AZN; 7. Mətbəx mebeli - 2 155 AZN; 8. Televizor “LG32LM6350PLAAMGB” - 529 AZN; 9. Televizor üçün kranşteyn (asılqan) - 15 AZN; 10. Divan - 550 AZN; 11. Stol – 1 ədəd - 70 AZN; 12. Stul – 2 ədəd - 130 AZN; 13. Çılçıraq - 160 AZN; 14. Dekorlu saat - 15 AZN; 15. Divara bərkidilən polka; 16 Toster; 17. Qaz peçi (4lük) “Bosch” - 299 AZN; 18. Qazan dəsti “Karaca” - 120 AZN; 19. Blinçik bişirən - 18 AZN; 20. Elektrikli ətçəkən - 140 AZN; 21. Tefal çaynik - 18 AZN; 22. Mətbəx aksesuarları, alətləri, qablar, boşqablar, çəngəllər, bıçaqlar, qonaq otağı: 1. Kondisoner “LG” - 729 AZN; 2. Televizor “LG55UM7450PLAARU” - 1359 AZN; 3. Televizor üçün kranşteyn (asılqan) - 20 AZN; 4. Mebel (TV altı şkaf, TV üstü polka, şüşüli asılqanlı dolab, kamot, asılqanlı güzgü 2 ədəd) - 4 660 AZN; 5. Şəbəkə saat, ağac formalı foto dekor-480 AZN; 6. Jalüz - 120 AZN; 7. Divan - 1 700 AZN; 8. Çılçıraq - 620 AZN; 9. Transformer jurnal masası - 360 AZN; 10. Lampa - 48 AZN; 11. Xalça - 550 AZN; 12. Pərdə+tül+dekor - 370 AZN; 13. Müxtəlif stəkanlar, servislər, boşqablar, dekorlar, 14. Meyvə qabı - 80 AZN; 15. Çay stəkan dəsti 2 dəst - 60 AZN, yataq otağı: 1. Kondisoner “LG” - 729 AZN; 2. Televizor “Shivaki” - 650 AZN; 3. Mebel (Yataq, yataq kənarı dolap, böyük dolab, güzgülü termo, yumşaq oturacaq) - 4 320 AZN; 4. Çılçıraq - 160 AZN; 5. Naçnik - 76 AZN; 6. Asılqan (dayanan) - 45 AZN; 7. Yataq kənarı naçnik 2 ədəd; 8. Ütüaltı şkaf - 65 AZN; 9. Tozsovuran “EUROLUX” - 120 AZN; 10. Yellənən kreslo + kreslo üzlüyü - 508 AZN; 11. Pərdə + tül - 189 AZN; 12. Tül - 43 AZN;

13. Müxtəlif döşək, yorğan, yataq dəstləri, uşaq otağı: 1. Divan - 1 200 AZN; 2. Arı pətəyi dolab - 260 AZN; 3. Xalça - 70 AZN; 4. Çilçıraq - 110 AZN, eyvan: 1. Plastik pəncərə (icazəsi) - 700 AZN; 2. Plastik pəncərə - 1 250 AZN; 3. Eyvanın asma tavanı - 100 AZN; 4. Paltar asan - 110 AZN; 5. Nərdivan - 60 AZN; 6. Xalça 2 ədəd - 65 AZN 7. Şkaf yığılması - 650 AZN, dəhliz: 1. Naçnik - 30 AZN; 2. Güzgülü konsul - 230 AZN; 3. Ayaqqabı dolabı, hamam və tualet: 1. Moydadır - 1 150 AZN və 2. Aksesuarlar, pol silən - 69 AZN məbləğində əmlaklar Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar