Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-703/2025 23.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.993,39 manat əsas pul vəsaiti və ödənilmiş 126.38 manat dövlət rüsumu olmaqla, cəmi 12.119,77 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 mülkiyyətində olan, Cavabdeh1 istifadəsində olan “BMC” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığortası növündə sığorta təminatı verilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə maddi zərər vurmuşdur. Həmçinin, iş materiallarına əlavə olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış (Forma 4) və Abşeron rayon DYP-nin xx.xx.2023-cü ildə tərtib etdiyi TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin sığorta predmetinə dəymiş zərərin hesabatında göstərilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMCnin istifadəsində olan qeyri-yaşayış obyektinə ümumilikdə 13.000 manat məbləğində zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixli CFİ-0144/2023-AKT1822/23 saylı sığorta aktından görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsinin şərtləri əsas götürülərək, 999 manat azadolma məbləği müstəqil ekspert tərəfindən hesablanmış zərər məbləğindən çıxılaraq, 12.001 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə dəymiş 11.993,39 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq ödənilmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9173,72 manat əsas pul vəsaiti və ödənilmiş 112,14 manat dövlət rüsumu olmaqla, cəmi 9285,86 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, iddiaçı tərəfindən tələb olunan zərərin məbləğinin yüksək hesablandığını və "xxxx" şirkəti tərəfindən hadisədən sonra 2819,67 manat pulun ödənilməsini əsas gətirib, zərərin məbləğinin azaldılmasını xahiş etdi. İddiaçı "xxxx" ASC-nin nümayəndəsinə və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməsə də, iddiaçı müraciətində məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icarəyə verən X1 şəhəri, Heydər Əliyev prospektində yerləşən və şəxsi mülkiyyətində olan 775 kv.m. sahədən ibarət qeyri-yaşayış sahəsinin 100 kv.m. hissəsini icarəyə götürən "xxxx" MMC-yə icarəyə verir, icarəyə götürən isə həmin sahəni icarəyə götürür. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 04:20-də Xırdalan şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan “BMC yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2, hadisə baş verdiyi anda sürücüsü Cavabdeh1 olmuş və hadisə nəticəsində "xxxx" MMC-yə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, saat 04:20-də Xırdalan şəhəri, Heydər Əliyev prospektində “BMC yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuş və nəticədə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, sığorta hadisəsi nəticəsində zərərin məbləği 13.000 manat müəyyən edilmiş, azadolma məbləği 999 manat, sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı 7,61 manat, faktiki ödənilməli olan məbləğ 11993,39 manat təşkil etmişdir. İş materiallarında olan sığorta ödənişi aktının surətindən görünür ki, "xxxx" ASC-də sığortalanmış “BMC yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində törədilmiş yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişi olaraq 2819,67 manat pul "xxxx" ASC-yə ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 05 noyabr 2025-ci il tarixli, QXM/M-478 saylı məktubu ilə məhkəməyə daxil olmuş dəymiş zərərin müəyyən edilməsi barədə qiymətləndirmə hesabatında göstərilir ki, 1 ədəd beton dirəyin bərpası (usta haqqı və malmaterial ilə birgə) 470 manat, 34,5 kv.m cəbhə sistemi alüminium temperli şüşə paket (usta haqqı və daşınma xərcləri ilə birgə) 5865 manat, 2 ədəd ikili qapı alüminium çərçivə (1,90m x 2,36 m) 900 manat, 2 ədəd alçipan 18 manat, emulsiya (25kq) 70 manat, şpatlyovka 1 ədəd 9 manat, usta haqqı (alçipan vurulması, emulsiya işləri və s) 450 manat olmaqla, cəmi 7752 manat, cari və gözlənilməyən xərclər ümumi məbləğin 8%-i həcmində 623 manat olmaqla, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə vurulmuş zərərin məbləği cəmi 8405 manat müəyyən edilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, Xırdalan şəhəri, Heydər Əliyev prospektində Cavabdeh2 mülkiyyətində olan “BMC” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı ASC tərəfindən daşınmaz əmlakın icbari sığortası növündə sığorta təminatı verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə maddi zərər vurmuşdur. Abşeron rayon DYP-nin xx.xx.2023-cü ildə tərtib etdiyi İnzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsini törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə ümumilikdə 13.000 manat məbləğində zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixli CFİ- 0144/2023-AKT1822/23 saylı sığorta aktından görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış sığorta müqaviləsinin şərtləri əsas götürülərək 999 manat azadolma məbləği müstəqil ekspert tərəfindən hesablanmış zərər məbləğindən çıxılaraq 12.001 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx" MMCnin istifadəsində olan qeyri-yaşayış obyektinə dəymiş 11.993,39 manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına ödənilmişdir. "xxxx" ASCdə sığortalanmış “BMC yük” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, Heydər Əliyev prospektində törədilmiş yol-nəqliyyat hadisəsinə görə sığorta ödənişi olaraq 2819,67 manat pul "xxxx" ASC-yə ödənilmişdir. Vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış obyektinə vurulmuş zərərin məbləğinin 8405 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, “BMC” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olsa da, hadisə baş verən anda nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 olduğundan və inzibati xətanın törədilməsində həmin şəxsin təqsiri müəyyən olunduğundan, iddia Cavabdeh2 aid hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5585,33 (8405 - 2819,67) manat sığorta ödənişi və ödənilmiş 75,85 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspertiza xərcinə görə Cavabdeh1 472 manat pul tutularaq, "xxxx" MMC-nin VÖEN **********, Kapital Bank ASC-nin İnşaatçılar filialı, h\h AZ53AİİB400600C**********226, M\H AZ73NAB********************, Kod 201360, S.W.İ.F.T. AİİBAZ2Z, VÖEN ********** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 5585,33 manat sığorta ödənişi və ödənilmiş 75,85 manat dövlət rüsumunun əvəzi tutulsun. Ekspertiza xərcinə görə Cavabdeh1 472 manat xidmət haqqı tutularaq, "xxxx" MMCnin VÖEN **********, Kapital Bank ASC-nin İnşaatçılar filialı, h\h AZ53AİİB400600C**********226, M\H AZ73NAB********************, Kod 201360, S.W.İ.F.T. AİİBAZ2Z, VÖEN ********** hesabına köçürülsün. İddia Cavabdeh2 aid hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-703/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-703/2025
23.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver