Məhkəmə qərarları › İş №e-2(074)-705/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-705/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-705/2020 27.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, X10 ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə” mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 ASC Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 200 manat məbləğində sığorta ödənişinin əvəzi, 20,40 manat dövlət rüsümunun X10 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus **-RH-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh idarə etdiyi **-RH- *** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, hadisəsi nəticəsində SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibatı tənbeh vermə haqqında qərar qəbul olunmuşdur Paşa Sığoıta ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanm ümumi miqdarı 200 manat məbləğində müəyyən edilmişdir. Paşa Sığorta ASC xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən, SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün 200 manat sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alnımış və köçürmə həyata keçirilmişdir. Odur ki, iddiaçı, Cavabdehdan 200 manat məbləğində sığorta ödənişinin əvəzi, 20,40 manat dövlət rüsümunun X10 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan zərfdən görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi ona çatdırılması münkün olmadığı üçün məhkəməyə geri qaytarılmışdır. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın portaldan çıxarışından görünür ki, Opel Astra markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta ilə PPA********** saylı sığorta şəhadətnaməsi üzrə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalanmış, Opel Astra markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində X6 idarə etdiyi SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobillə toqquşmuş, SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobilə 200 manat maddi zərər dəymiş, 200 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobilə ehtiyat hissələr üzrə 30 manat, görüləcək işlər üzrə 170 manat olmaqla, ümumilikdə 200 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarında olan TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Opel Astra markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə Binəqədi rayonunda yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan AD № 322711 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Astra markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan ƏN-İV № 873235 saylı etibarnamənin surətindən görünür ki, X2 Astra markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün xx.xx.2020-ci il tarixədək Cavabdeh etibar etmişdir. İş materiallarında olan Gürcüstan Respublikasının № ********* saylı etibarnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, mülkiyyətçi Phlora Guseinova SZ- 160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobili qeyri-müəyyən müddətə X1 və istifadəsinə vermişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Paşa Sığorta ASC tərəfindən Cavabdeh mövcud olan 200 manat məbləğində sığorta ödənişi borcunu 15 gün müddətinə Paşa Sığorta ASC-nin hesabına ödəməsi barədə xəbərdar edilmiş, əks halda bu barədə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Opel Astra markalı **-RH-*** dövlət qeydiyyat nişanlı vtomobilin sahibinin mülki məsuliyyəti icbari sığorta üzrə iddiaçı tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu xx.xx.2019-cu il tarixdə Cavabdeh Opel Astra markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə təqsirli şəkildə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış, yol nəqliyyat hadisəsi nəticəsində X6 etibarnamə üzrə idarə etdiyi SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobilə 200 manat məbləğində maddi zərər dəymişdir. Törətdiyi əmələ görə cavabdeh Fikrət Yedigarov inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı baş vermiş sığorta hadisəsi ilə bağlı SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobilə dəymiş zərərə görə X8 200 manat sığorta ödənişi vermişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər 5000 manat məbləğində müəyyən edilmişdir. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının, təqsirli şəkildə yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan Cavabdeh qarşı subroqasiya qaydasında tələb hüququ yarandığından, iddia tələbi təmin edilməli, SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 200 manat sığorta ödənişi və 20,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Paşa Sığorta ASC-yə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. SZ-160-SZ qeydiyyat nişanlı Mercedes Benz E 220 markalı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 200 manat sığorta ödənişi və 20,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Paşa Sığorta ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar