Məhkəmə qərarları › İş №e-2(074)-81/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-81/2025

25.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-81/2025 25.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30059.8 manat dəymiş ziyanın, 5000 manat mənəvi ziyanın, ümumilikdə isə 35060 manat pulun və ödənilmiş 196 manat dövlət rüsumunun tutularaq, ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Azadlıq ərazisində, “MERCEDES BENZ C200 MİNİK” markalı, ** CJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkəti davam etdirmiş və nəticədə CHERY TİGGO 7 PRO markalı, ** RZ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunanlara dair Cavabdehla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə 80 manat məbləğində cərimə edilmişdir. İddiaçı, mülkiyyətində olan avtomobilə dəymiş ziyanı müəyyən etmək üçün, "xxxx" MMC-də X1 müraciət edilmiş və ziyan aktı alınmışdır. Ziyan aktına əsasən, sıradan çıxmış ehtiyyat hissələrinin adları, ehtiyyat hissələrinin qiymətləri müəyyən edilmiş və təmir ilə birlikdə ümumi hesablanmışdır. Avtomobilin tam sökülüb yığılmasına, təmirinə, rənglənməsinə sərf olunan, görülən işlərin ümumi dəyəri 30059.8 (otuz min əlli doqquz manat 80 qəpik) manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə ümumilikdə 30059.8 manat ziyan dəymişdir. Bundan başqa, 5000 (beş min) manat mənəvi ziyan dəymişdir. Ziyan aktında göstərilən dəymiş ziyanın, maddi və mənəzi ziyanın ödənilməsinə dair Cavabdeh 17 avqust 2024-cü il tarixdə qeydiyyatda olduğu ünvan 1 ünvanına pretenziya göndərilmişdir. Cavabdeh həmin ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığı üçün pretenziyanın ona çatdırılması mümkün olmamışdır. Cavabdehə bu barədə telefon vasitəsilə məlumat verilmiş, o, dəymiş ziyanı ödəməyə imkanının olmadığını bildirmişdir. Hesab edir ki, iddiaçıya dəymiş 30059 manat maddi və 5000 manat mənəvi ziyanın əvəzi Cavabdeh tutulmalıdır. Daha sonra, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müəyyən edilmiş ziyanın 5000 manat hissəsinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini əsas gətirərək, Cavabdeh 25059.8 manat dəymiş maddi ziyanın, 5000 manat mənəvi ziyanın, ümumilikdə isə 30059,8 manat pulun və ödənilmiş 196 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, maddi vəziyyəti çox aşağıdır, iddiaçıya yalnız 5000 manat pul ödəyə bilər. Məhkəmənin əvvəlki iclasında İddiaçı və onun nümayəndəsi – Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdirlər. Eyni zamanda, hazırda iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ünvanladığı müraciətində, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş edərək, iddianı müdafiə etdiklərini göstərmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Chery Tiggo 7 Pro minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan İnzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, xx xxxx 1979-cu ildə ünvan 2 ünvanında yaşayan Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 09:10-da Bakı şəhəri, Azadlıq ərazisində “Mercedes Benz C200 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən, hərəkəti davam etdirmiş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əməl etməyərək, xx.xx.2024-cü il tarixdə, saat 09:10-da idarə etdiyi “Mercedes Benz C200 minik” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Ak.Mirqasımov küçəsinin kəsişməsində işıqforun qadağanedici işarəsi verilərkən, hərəkətini davam etdirib, yolayrıcına daxil olaraq, digər sürücü İddiaçı idarə etdiyi “Chery Tiggo 7 Pro minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan "xxxx" MMC-nin rəyində qeyd olunur ki, “Chery Tiggo 7 Pro” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə dəyişilməli olan və təmir edilməli olan hissələri (detalları) və həmin hissələrə aid görüləcək işlərin (xidmətlərin) dəyəri "xxxx" MMC-nin xx.xx.2024-cü il tarilxi qüsur aktında göstərilən qiymətə uyğun olaraq 30058 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqailədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real, zərər) habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 və 1096.2-ci maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüququ pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərərvuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetirilir. Odur ki, iddiaçı cavabdehdən yaranmış zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddiaçı cavabdehdən 5000 manat mənəvi ziyanın ödənilməsini tələb etsə də, iddiaçı həmin hissədə tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi olaraq 25058 manat məbləğində pul (sığorta şirkəti tərəfindən ödənilmiş 5000 manat nəzərə alınmaqla), aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,17 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 25058 manat məbləğində pul, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,17 manat pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissəsə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar