Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-86/2024 12.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi - “AAA” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********01191 saylı abonent kodu üzrə Cavabdeh tərəfindən əsassız hesablanmış 1204,7 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ona məxsus fərdi yardımçı təsərrüfatın yaşayış evinə qaz təchizatı (abonent kodu **********02123) ilə əlaqədar Cavabdeh tərəfindən əsassız hesablanmış 796,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(074)-1185/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair e-2(074)-1185/2023 saylı işin İddiaçı Cavabdehnə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair e-2(074)-1121/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ona məxsus fərdi yardımçı təsərrüfatın yaşayış evinin köməkçi sahəsinə Cavabdeh tərəfindən qazla təchiz olunmasında istehlakçı tərəfin (Abonent kodu: **********01191) cari ilin iyul ayında cavabdeh tərəfindən Smart sayğacın abonent kartı (Smartkart) blok edilmiş, bundan sonra kartın bərpa edilməsi üçün vəsait yüklənilməli olduğu bildirilmişdir. O, Smartkarta 100 (bir yüz) manat məbləğində vəsait yükləmişdir. Lakin, smartkartın sayğaca oxudulması zamanı məlum olmuşdur ki, həmin vəsaitin yalnız 50 manat hissəsinə uyğun qaz həcmi sayğaca köçürülmüşdür. Ödənilmiş məbləğin 50 manatı əvəzinə qaz təchizatı olmamışdır. Bununla bağlı, cavabdehə müraciət edilərək, məsələni araşdırmaq istədikdə, cavabdeh tərəfindən heç bir izahat verilə bilməmişdir. Cavabdehdən alınmış abonent saldosundan görünür ki, 2012-ci ilin oktyabr ayı üzrə cavabdeh tərəfindən əlavə sərfiyyat hesablanmaqla, əsassız olaraq 1204,70 manat borc onun hesabına daxil edilmişdir. Belə halın mövcudluğu, borc tələbi barədə ona nə yazılı, nə də şifahi məlumat verilməmiş, ondan borc tələb olunmamışdır. Abonent saldosundan aşkar şəkildə görünür ki, istifadə olunan təbii qazın dəyəri sayğac göstəricilərinə uyğun və təchizatçı tərəfindən verilmiş hesablara əsasən vaxtlı-vaxtında və tam olaraq ödənilmişdir. Cavabdeh özünün inhisar mövqeyindən sui-istifadə edərək və onu aldadaraq, qeyri-qanuni hərəkətlərə yol verir və istehlakçı kimi hüquqlarını kobud surətdə pozur. Cavabdehə göndərilmiş 23 sentyabr 2023-cü il tarixli pretenziya ilə, mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ona məxsus fərdi yardımçı təsərrüfatın yaşayış evinə təbii qaz təchizatına görə göstərilən abonent kodu üzrə əsassız hesablanmış məbləğin silinməsini tələb etsə də, bu günədək pretenziyaya cavab verilməmiş və borcu silinməmişdir. Beləliklə, istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi üçün, yaşayış evinin qaz təchizatından istifadəyə görə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış məbləğ məhkəmə qaydasında silinməlidir. İddiaçı eyni zamanda göstərmişdir ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ona məxsus fərdi yardımçı təsərrüfatın yaşayış evinə təbii qaz təchizatı (abonent kodu **********02123) ona heç bir məlumat verilmədən və xəbərdarlıq edilmədən, onunla razılaşdırılmadan Cavabdeh Ağsu X3 İdarəsi Şamaxı Xidmət Sahəsinin təmsilçiləri tərəfindən dayandırılmışdır. Dayandırma əsası və səbəbi barədə ona heç bir sənəd və izah verilməmişdir. Telefonla etdiyi müraciətlər heç bir nəticə verməmişdir. Ödəniş portalında **********02123 abonent kodu üzrə ödəniş etmək istədikdə, 796,4 manat əsassız borcun olduğu qeyd olunmuşdur. Halbuki, istifadə olunan təbii qazın dəyəri sayğac göstəricilərinə uyğun və təchizatçı tərəfindən verilmiş hesablara əsasən, vaxtlıvaxtında və tam olaraq ödənilmişdir. Qaz təchizatının heç bir əsas olmadan dayandırılması evdə yaşamaq, istiliklə və isti su ilə təmin olunmaq və normal həyat şəraitini təmin etmək imkanlarını aradan qaldırmaqla, enerji xərclərinin artmasına, ona və ailə üzvlərinə ciddi ziyan vurulmasına gətirib çıxarır. Cavabdehə göndərilmiş 16 avqust 2023-cü il tarixli pretenziya ilə, mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən ona məxsus fərdi yardımçı təsərrüfatın yaşayış evinə təbii qaz təchizatına görə əsassız hesablanmış məbləğin silinməsini xahiş etsə də, bu günədək pretenziyaya cavab verilməmiş və borcun silinməsi təmin edilməmişdir. Habelə, Şamaxı Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, e-16(074)-22/2023 saylı dərhal icra edilməli olan qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilərək, abonent kodu **********02123 olan İddiaçı Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evinə qaz təchizatı bərpa edilməklə, qaz təchizatının dayandırılması Cavabdehnə qadağan olunmuşdur. Lakin məhkəməyə və icra qurumuna dəfələrlə müraciət edilməsinə baxmayaraq, qərardad bu günədək icra olunmamışdır. Beləliklə, istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi üçün, yaşayış evinin qaz təchizatından istifadəyə görə cavabdeh tərəfindən əsassız olaraq hesablanmış məbləğ məhkəmə qaydasında silinməlidir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, **********01191 saylı abonent kodu üzrə Cavabdeh tərəfindən əsassız hesablanmış 1204,7 manat borcun silinməsi və cavabdeh tərəfindən Smartkart hesabından əsassız olaraq silinmiş 609,3 manat pulun abonent hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin, cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazla müraciət edərək göstərmişdir ki, 2012-ci ilin sentyabr ayında Cavabdeh Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacının göstəricisi 6135 kub metr olmuşdur. Bundan sonra, 2012-ci ilin oktyabr ayında qaz sayğacının göstəricisi 12047 kub metr dəyəri olan 1204,70 manat abonent koduna vurulmuşdur. İddiaçının istifadəsində olan qaz sayğacına görə heç bir cərimə və itirilmiş qazın dəyəri hesablanmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********01191 olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində yaşayan istehlakçı İddiaçı 2012-ci ilin oktyabr ayına 1204,70 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. Eyni zamanda, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********02123 olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən fərdi yaşayış evində yaşayan istehlakçı İddiaçı 2021-ci ilin sentyabr-dekabr aylarına cəmi 744 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı **********01191 abonent kodu üzrə Smartkart hesabından 1204,70 manat məbləğində qalıq və aktlar üzrə borcundan 264,70 manat vəsait çıxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Eyni zamanda, iddiaçının fərdi yaşayış evində və yardımçı təsərrüfatında, öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra, sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə müvafiq olaraq 744 manat və 1204,70 manat məbləğində borc hesablamışdır. Həmçinin, hesablanmış 1204,70 manat borca görə smartkart hesabından istehlakçının iradəsinə zidd olaraq, 264,70 manat vəsait çıxılmışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən **********02123 abonent kodu üzrə hesablanmış 744 manat borc və **********01191 abonent kodu üzrə hesablanmış 1204,70 manat borc İddiaçı abunə hesabından silinməli, Cavabdeh tərəfindən **********01191 abonent kodu üzrə çıxılmış 264,70 manat vəsait İddiaçı abonent hesabına bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 42,14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən **********02123 abonent kodu üzrə hesablanmış 744 (yeddi yüz qırx dörd) manat borc və **********01191 abonent kodu üzrə hesablanmış 1204,70 (bir min iki yüz dörd manat yetmiş qəpik) manat borc İddiaçı abunə hesabından silinsin. Cavabdeh tərəfindən **********01191 abonent kodu üzrə çıxılmış 264,70 (iki yüz altmış dörd manat yetmiş qəpik) manat vəsait İddiaçı abonent hesabına bərpa edilsin. Cavabdehndən 42,14 (qırx iki manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №e-2(074)-86/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-86/2024
12.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver