Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № e-2(074)-984/2024 02.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, İlkin iddia üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1, İlkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ərizənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli evdən əşyaları ilə birgə məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüquqi əsasında ona məxsusdur. Belə ki, Bakı şəhəri 19 saylı notariat ofisində X7 məxsus sözügedən əmlak xx.xx.2024-cü il tarixdə AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında onun tərəfindən alınmış və Azərbaycan Respublikası ƏMDK DƏDR-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən sözügedən mənzil onun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Baxmayaraq ki, Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli ev üzərində mülkiyyəti dövlət tərəfindən tanınmışdır, o, özünə məxsus mülkiyyət hüquqlarından maneəsiz istifadə edə bilmir. Belə ki, İltizam Maniyevin uzaq qohumları olan cavabdehlər həmin evə qanunsuz yerləşdiklərindən ona məxsus mülkiyyətindən maneəsiz istifadəni məhdudlaşdırırlar. Artıq vəziyyət o həddə çatmışdır ki, cavabdehlərin evdən çıxarılmalarına zərurət yaranmışdır. Evin boşaldılması ilə bağlı cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdehlər bu günə kimi mənzili boşaltmamışlar. Daha sonra ilkin tələbi iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1-dəki 5 nömrəli evdən əşyaları ilə birgə məcburi qaydada çıxarılmaları və 1.030 manat məbləğində dəymiş maddi zərərin, eləcə də dövlət rüsumu qismində ödənilmiş 132 manat pulun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı regional “ASAN xidmət” mərkəzində notariat ofisində verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli ərizənin etibarsız hesab edilməsi, həmin ərizə əsasında Bakı şəhəri 19 saylı notariat ofisində X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi və Azərbaycan Respublikası ƏMDK DƏDR-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 ilə birgə nikahda olduqları müddətdə xx.xx.2023-cü ildə ünvan 1 ünvanında 0,0472 ha torpaq sahəsində yerləşən 74,40 kv.m sahəsi olan 4 otaqlı fərdi yaşayış evini əldə etmişlər. Bir ildən çoxdur ki, qızı X9 və X11 ilə birlikdə həmin ünvanda yaşayırlar. X24 də onlarla birlikdə həmin ünvanda yaşamışdır. Onlar 2022-ci ilin axırlarında bir neçə ay həyat yoldaşı X11 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, Şərur MTK-nın binasında kirayədə yaşamışlar. Həmin vaxtı ona aydın oldu ki, həyat yoldaşı X6 Bakı şəhərində ondan əvvəl qeyri-rəsmi nikahda olduğu İddiaçı adlı ailəsi var və ondan 13 yaşında Səidxan adlı bir oğlan uşağı da olmuşdur. Həmin səbəbdən X11 ilə ailə münasibətləri pisləşməyə başladı. Ona görə də o, qızı X9 ilə birlikdə Şamaxı rayonu, Dəmirçi ərazi dairəsi, Zarat Xeybəri kəndində yerləşən ata evinə qayıtmışdır. Təxminən beş aydan sonra qaynı X18 və X24 gəlib onu hazırda yaşadığı evə apardılar. Həmin vaxtdan da birgə nikah müddətində əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qızı Maniyeva Nəzakətlə birlikdə yaşayır. X11 həm Bakı şəhərində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı evdə, həm də ünvan 1 ünvanında onlarla birlikdə yaşayırdı. 2023-cü ilin iyul ayının 10-da həyat yoldaşı X11 onu məcbur etməyə başladı ki, nikah müddətində əldə etdikləri və hazırda yaşadıqları Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 saylı.evlə bağlı notariusda ərizəyə imza etməlidir. Lakin onunla razılaşmadığı üçün onu döymüş və ona 3 gün müddətində işgəncələr verməyə başladı. Əvvəlcə onun mobil telefonunu əlindən almışdır ki, heç kimə zəng edə bilməsin və onu evdə ac-susuz saxlamışdır. X11 ona işgəncələr verdiyi, onu və qızı Nəzakəti üzərində gəzdirdiyi silahla güllələyib öldürməklə hədələdiyi üçün ondan qorxaraq notariusa getməyə məcbur olmuşdur. Həyat yoldaşı X11 evdə olanda həmişə narkotik vasitələr qəbul etdikdən sonra, onu səbəbsiz yerə qızı Maniyeva Nəzakətin gözləri qarşısında döyür və işgəncələr verirdi. Bu barədə kiməsə məlumat verəcəyi təqdirdə, onu və qızını tapança ilə öldürəcəyini bildirirdi. O, Maniyev İltizamda tapança, odlu silah olduğunu və üzərində gəzdirdiyini dəfələrlə görmüşdür. Ona görə də məcbur olub, xx.xx.2023-cü ildə X6 birbaşa qanunsuz təsiri altında Şamaxı regional “ASAN xidmət” mərkəzinə getmiş və “ASAN xidmət”də əvvəlcədən yazılıb hazırlanmış ərizəyə məcburiyyət qarşısında imza etmişdir. X11 ona bildirmişdir ki, guya bu ərizə qızı Nəzakətin şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Nikah haqqında şəhadətnaməni də götürüb özündə saxlamışdır. Ərizədən sonra X11 ona hədə-qorxu gəlirdi ki, yaşadıqları evdən çıxsın. Lakin o, razılaşmırdı. Ona görə də X11 hər gün onu və qızı Nəzakəti qorxu, stress və həyacan altında saxlayırdı. xx.xx.2024-cü ildə axşam saat 23 radələrində X6 göstərişi ilə böyük qaynı X19 və digər qaynının oğlu X12 yaşadıqları evə gəlmiş və onun həmin evdən çıxmağını tələb etmişlər. Həmin vaxtı “ASAN xidmət” mərkəzində imzaladığı ərizəni də onların əlində görmüşdür. Lakin o, evdən çıxmağa razılaşmamış və bu barədə polisə məlumat vermişdir. Həmin vaxtı X24 də onlarda idi. Sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü ildə həyat yoldaşı X3 regional “ASAN xidmət” mərkəzində ondan ərizə almaqla xx.xx.2024-cü ildə Bakı şəhəri 19 saylı notariat ofisində qeyri rəsmi ailəsi olan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birgə nikah müddətində əldə etdikləri və hazırda yaşadığı ünvan 1 ünvanında 0,0472 ha torpaq sahəsində yerləşən 74,40 kv.m sahəsi olan 4 otaqlı fərdi yaşayış evini 80.000 manata alqı-satqı etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin evdə bir an belə olmadan və həmin evi ümumiyyətlə görmədən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” öz adma xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirdi ki, İddiaçı ilə X11 arasında alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı ünvan 1 nömrəli mənzili almışdır. Ev ilkin iddia üzrə cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edilmişdir. Bununla da ilkin iddia üzrə İddiaçı hüquqları pozulmuşdur. Həmçinin ilkin iddia üzrə iddiaçı həmin evi kirayə versəydi qazanc götürə bilərdi, lakin cavabdehlər evdən çıxmadıqları üçün iddiaçı bundan məhrum olmuşdur. Qarşılıqlı iddia ərizəsində göstərilən hallarla bağlı Cavabdeh3 polis orqanlarına da müraciət etmiş və ərizəyə silahla qorxudularaq qol çəkməsi, aldadılması, ona hədə qorxu gəlinməsi kimi hallar öz təsdiqini tapmamış və cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 izahat verərək bildirdi ki, 2023-cü ilin iyul ayının 10-da Maniyev İltizam ona məcbur edib ki, birgə nikah zamanı əldə etdikləri evin satılmasına dair ərizəyə imza atsın. O, buna razı olmadığından İltizam onu döymüş və 3 gün işgəncələr vermişdir. Daha sonra onu və qızını öldürəcəyi ilə hədələdiyi üçün qorxduğundan notariusa getməyə məcbur olmuşdur. O, həmin ərizənin nə olduğunu bilməmiş, oxumağı bacarsa da həmin ərizəni oxumadan imzalamışdır. Sonradan ona məlum olub ki, evi İddiaçı adına keçirib. İddiaçı heç vaxt ünvan 1 nömrəli mənzilə gəlməmiş, həmin mənzilə baxmamışdır. Qardaşları isə həmin evdə qalmırlar. Evdə qızı və özü yaşayır. X11 ilə aralarında olan münaqişəyə qədər qaynanası da onlarla qalırdı. Yaşamağa başqa yeri yoxdur. Buna görə də ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, İltizam Maniyevlə 2015-ci ilin oktyabr ayından el adəti ilə ailə qursalar da nikahlarını 03 mart 2017-ci il tarixdə rəsmiləşdirmişlər. O, gəlin köçərkən hazırki mübahisəli ev mövcud olmuş, lakin həmin evin hansısa qaynına məxsus olmasını zənn etmişdir. Birgə nikahları dövründə isə yəni xx.xx.2023-cü il tarixdə İltizam evi öz adına rəsmiləşdirmişdir. Notariusa aparılarkən və orada İltizam tərəfindən işgəncələrə məruz qalması barədə şikayət edə bilməmişdir. Belə ki, İltizam onun evdən çıxmasına qadağa qoymuş və telefonunu əlindən almışdır. Həmin ərəfələrdə İltizam onlarla birlikdə yaşamasa İltizamın anası onlarla yaşayaraq ona nəzarət etmişdir. Evin satılmasına razılıq ərizəsinə “ASAN xidmət” mərkəzində notariat ofisində qol çəkmişdir. X11 ilə aralarındakı nikah Şamaxı rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh5 izahat verərək bildirdi ki, onun ailə üzvləri mübahisəli mənzildə yaşamayıblar. Ancaq qızlarına müəyyən vaxtlarda lazımlı qıda məhsulları gətiriblər və qızı ilə nəvəsi qorxmasın deyə hərdən orda qalıblar. İltizam Maniyevin anası bütün bu hadisələrə şahiddir. O, qızının uşağına düşən payın verilməsini istəyir. Buna görə də ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh1 izahat verərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, İddiaçı mübahisəli mənzildə heç vaxt olmayıb, gəlib evi görmədən oranı bəyənib alması inandırıcı deyil. Bundan başqa mübahisəli ev birgə nikah dövründə əldə edilmiş, lakin X4 Manıyevanı aldadaraq və ona hədə-qorxu gələrək Kəmalənin evin satılmasına razılıq verməsinə nail olmuşdur. Qeyd edilənlər tərəflərindən təqdim edilmiş sübutlarla da təsdiq olunur. Buna görə də Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisində Cavabdeh3 verdiyi xx.xx.2023-cü il qeydiyyat tarixli ərizənin etibarsız hesab edilməsi, həmin ərizə əsasında Bakı şəhəri 19 saylı notariat ofisində X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsi və Azərbaycan Respublikası ƏMDK DƏDR-nin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil3 izahat verərək bildirdi ki, hər iki iddianı nəzərdən keçirib, ilkin iddianı əsaslı, qarşılıqlı iddianı isə əsassız hesab edirlər. Cavabdeh3 qarşılıqlı iddia ərizəsində xx.xx.2023-cü il tarixdə yəni birgə nikahları dövründə sözügedən mənzilin alqı-satqısının getdiyini iddia etsə də iş materiallarına bununla bağlı hər hansısa bir sübut əlavə edilməmişdir. Əksinə iş materiallarından görünür ki, sözügedən mənzil xx.xx.2015-ci il tarixdə AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında X11 tərəfindən satıcı X14 əldə olunmuşdur. X11 ilə qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh3 arasında nikah münasibətləri 2017-ci ilin mart ayında rəsmiləşdirilib. Yəni sözügedən mənzil onların birgə nikah dövründə əldə etdikləri əmlak deyil. Hesab edir ki, belə olan halda Cavabdeh3 subyektiv hüququ yoxdur ki, alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələb irəli sürsün. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı, alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında 0,0472 hektar torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 74,4 kv.m, yaşayış sahəsi 43,6 kv.m, yardımçı sahəsi 30.8 kv.m olan fərdi yaşayış evini X1. İş materiallarında olan AZ İİ 159628 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X20 arasındakı nikah 03 mart 2017-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanmas haqqında akt qeydləri kitabında 03 mart 2017-ci il tarixdə 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 X6 xüsusi mülkiyyəti kimi ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AN-İ ******* saylı, alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən ümumi sahəsi 74,4 kv.m, yaşayış sahəsi 43,6 kv.m, yardımçı sahəsi 30.8 kv.m olan fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarında olan X21 tərəfindən xx.xx.2023-cü il tarixdə Şamaxı regional “ASAN xidmət” mərkəzi notariat ofisində yazılmış ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixində verilmiş ********** qeydiyyat, **********04-10301 reyestr nömrəli çıxarışa əsasən əri X7 məxsus olan, ünvan 1 ünvanında yerləşən 0,0472 hektar torpaq sahəsini və onun üzərində yerləşən ümumi sahəsi 74,4 kv.m olan fərdi yaşayış evinin satılmasına, bağışlanmasına, ipoteka (girov) qoyulmasına etiraz etmir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 iyul 2024cü il tarixli qərardan görünür ki, X6 qeyri rəsmi üç qadınla yaşamasına görə onu boşaması və birgə nikah dövründə aldıqları evi hədə-qorxu ilə satışına razılıq ərizəsini imzalatdırması, onu və 8 yaşlı qızını küçəyə atması, X6 narkotik vasitə aludəçisi olması və üzərində silah gəzdirməsi barədə X10 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 may 2024cü il tarixli qərardan görünür ki, qaynının onu döyməsi və hədələməsi barədə X10 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, X17 və Cavabdeh5 Şamaxı rayonu Zarat Xeybəri kəndində qeydiyyatdadırlar və hazırda həmin kənddə yaşayırlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən təqdim edilmiş diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evində bir neçə şəxs mübahisə edir, lakin onların üzləri görünmür. Digər görüntülərdən isə görünür ki, bir şəxs havaya atəş açır, proses iştirakçılarının hər biri həmin şəxsin X11 olmadığı bildirdilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında 0,0472 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74,4 kv.m, yaşayış sahəsi 43,6 kv.m, yardımçı sahəsi 30.8 kv.m olan 2 otaqlı fərdi yaşayış evini 15 aprel 2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X14 almışdır. X11 ilə Cavabdeh3 arasındakı nikah 03 mart 2017-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmışdır. X3 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evini 18 aprel 2024-cü il tarixdə İddiaçı satmışdır. Hazırda ilkin iddia üzrə cavabdehlər həmin evdə yaşayırlar. X11 ilə Cavabdeh3 arasındakı nikah Şamaxı rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İlkin iddia ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə həmin yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, ilkin iddia üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə dair hər hansı hüquqlarının olmamasına baxmayaraq, ilkin iddia üzrə cavabdehlər ona həmin mənzildən istifadə etməyə imkan vermədiklərindən və həmin evdən könüllü olaraq çıxmamaları nəticəsində İddiaçı evdən istifadə hüququnu tam şəkildə həyata keçirə bilmir. Odur ki, ilkin iddia üzrə iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən ilkin iddia üzrə cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmasını tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddia qismən təmin edilməli və ilkin iddia üzrə cavabdehlər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddianın maddi ziyan tələbinə dair hissəsi təmin edilməmlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı həmin mənzili kirayə verməsi ilə əlaqədar hər hansı şəxslə razılaşmaları barədə lakin ilkin iddia üzrə cavabdehlərin həmin mənzildə yaşadıqlarından həmin mənzili kirayə verə bilməməsinə dair sübutlarını (müqaviləni) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında bildirmişdir ki, mübahisəli evi həyat yoldaşı X11 məhz xx.xx.2023-cü il tarixdə adına rəsmiləşdirdiyindən həmin ev birgə nikah dövründə əladə edilmişdir. Halbuki, iş materiallarından görünür ki, X3 şəhəri, Əzizbəyov küçəsi, döngə 1, ev 5 ünvanında yerləşən fərdi yaşayış evini 15 aprel 2015-ci il tarixdə alqı-satqı yolu ilə əladə etmişdir. Həmin evi isə xx.xx.2023-cü il tarixdə adına rəsmiləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsnin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 12 mart 2-24-cü il tarixli, 1/2024 saylı qərarının 5.1-ci bəndində qeyd edilir ki, ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak. Həmin Qərarın 5.2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir. Bundan başqa mübahisəli fərdi yaşayış evinin satılması zamanı Cavabdeh3 aldadılaraq və ya hədə qorxu gəlinərək həmin evin satılmasına razılıq verməsinə dair xüsusatlar öz təsdiqini tapmasa da məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X2 Kəmalə Əlvan qızı ilə birgə nikahda olduqları dövrdə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırsa da həmin əmlak ər-arvadın ümumi əmlakına daxil olmadığından İltizam Maniyev həmin əmlak barəsində sərbəst surətdə sərəncam vermək hüququna malik olmuşdur. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və ilkin iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu ilkin iddia üzrə cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 132 manat dövlət rüsumunun 100 manatı ilkin iddia üzrə da cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Şamaxı şəhəri, Əzizbəyov küçəsi, döngə 1, 5 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birgə çıxarılsınlar. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “ərizənin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlkin iddia üzrə İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2(074)-984/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(074)-984/2024
02.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver