Məhkəmə qərarları › İş №e-2(075)-10/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-10/2024

24.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-10/2024 24.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, iddiaçı olmaqla digər iddiaçılar İddiaçı1 və İddiaçı3 Ələskər oğlunun etibarnamə üzrə nümayəndəsi İddiaçı2 qızının iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı payın müəyyən edilməsi və paylı mülkiyyətin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi; İddia tələbinin dəlilləri; İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏMDK yanında DƏDRX tərəfindən 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa, 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi ********** olan çıxarışa, 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********56, qeydiyyat nömrəsi ********** olan çıxarışa və 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən 5564 kvadrat metr torpaq sahəsi, 0,1336 hektar torpaq sahəsi, 0,6102 hektar torpaq sahəsi və 1,0801 hektar torpaq sahələrinin hər birindən onların birlikdə 5/7 hissə paylarının müəyyən edilməsi və paylarına düşən 5/7 hissənin münasib şəkildə naturada ayrılıb onlara verilməsi və paylı mülkiyyətlərində olan əmlaklarından istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman iddiaçı olmaqla digər iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi (azaldılaması) barədə ərizə təqdim edərək, ƏMDK yanında DƏDRX tərəfindən 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa, 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi **********olan çıxarışa, 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********56, qeydiyyat nömrəsi ********** olan çıxarışa və 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan çıxarışlara əsasən 5564 kvadrat metr torpaq sahəsi, 0,1336 hektar torpaq sahəsi, 0,6102 hektar torpaq sahəsi və 1,0801 hektar torpaq sahələrinin hər birindən İddiaçı2 1/6 hissə payının tanınması, İddiaçı3 1/6 hissə payının tanınması, İddiaçı1 1/6 hissə payının tanınması, X6 1/6 hissə payının tanınması, mərhum X6 payına düşən və ondan miras qalmış həmin miras əmlakın valideynləri olaraq onlar tərəfindən qəbul edilməsi, hər birinin payına düşən hissənin münasib şəkildə naturada ayrılıb onlara verilməsi və paylı mülkiyyətlərində olan əmlaklarından istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən onlara, X7, Cavabdeh, X10 və X9 birlikdə Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,24 hektar pay torpaq sahəsi və fərdi yaşayış evi, 0,27 hektar torpaq sahəsi, 5563,95 kvadrat metr torpaq sahəsi, 25,2 kvadrat metr torpaq sahəsi və 6102,1 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən 0,24 hektar pay torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı KOD 40406018, JN 201B saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0,27 hektar pay torpaq sahəsi ilə bağlı KOD 40409038, JN 201C saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 5563,95 kvadrat metr torpaq sahəsi ilə bağlı AN 058615 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, 25,2 kvadrat metr torpaq sahəsi ilə bağlı AN 058593 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və 6102,1 kvadrat metr torpaq sahəsi ilə bağlı AN 047185 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bundan sonra həmin əmlaklara çıxarış alınmışdır. Belə ki, ƏMDK yanında DƏDRX tərəfindən 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa, 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi ********** olan çıxarışa, 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********56, qeydiyyat nömrəsi ********** olan çıxarışa və 13 iyun 2022-ci il tarixdə verilmiş reyestr nömrəsi **********57, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən onların, yəni İddiaçı2, Cavabdeh, İddiaçı3, X18, X11 və X6 adına ümumi birgə Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 5564 kvadrat metr torpaq sahəsi, 0.1336 hektar torpaq sahəsi, 0,6102 hektar torpaq sahəsi və 1,0801 hektar torpaq sahəsi ayrılmışdır. Paylı mülkiyyətçilərdən X11 və X15 vəfat etmişdir. X4 vəfatından sonra onun onlardan başqa digər vərəsələri qalsa da, X6 birinci növbə üzrə vərəsələri kimi yalnız onlar qalmışlar. Paylı mülkiyyətdə olan əmlaklardan paylarına düşən hissədə yaxşılaşdırma işləri aparmaq istəyirlər. Lakin, rəsmi sənədə əsasən torpaq sahələrinin və fərdi yaşayış evinin paylarına düşən hissəsinin dəqiq olaraq haradan olması məlum deyildir. Həmçinin, cavabdeh onlara paylı mülkiyyətlərində olan əmlaklarından istədikləri kimi istifadə etmələrinə imkan vermir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı olmaqla digər iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 163117 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 sentyabr 2002-ci il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 163149 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 07 aprel 2022ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X26 Filialının 20 may 2022-ci il tarixli arxiv arayışından görünür ki, Şəki şəhər İHB-nın Baş Göynük kənd İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfat başına kitabına əsasən X5 təsərrüfatında ailə başçısı olduğu və təsərrüfatında X12, İddiaçı3 Ələsgər oğlu, İddiaçı2, X13, X15, X2, X16 və X8 adlı ailə üzvləri olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 dekabr 2011-ci il tarixli arayışdan görünür ki, X12 öldüyü günədək Baş Göynük kəndində yaşamışdır. X1 vəfat etdiyi günədək onunla birlikdə qeydiyyatda olan və ya yaşayan, vəfatından sonra da həmin ünvanda qeydiyyatda qalan və ya faktiki yaşayan Cavabdeh, İddiaçı2, İddiaçı3, X13 və X15 adlı ailə üzvləri qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.5564 ha torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, X12 və X6 adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********56 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.6102 ha torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, X12 və X6 adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********57 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1.0801 ha torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, X12 və X6 adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********58 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.1336 ha torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, X12 və X6 adlarına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7673 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən, mübahisə predmeti olan, 0.5564 ha və 1.0801 ha torpaq sahələri üzərində Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı1, X12 və X6 hər birinin 1/6 hissədə payının naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu, mübahisə predmeti olan 0.6102 ha torpaq sahəsinin faktiki olaraq 4 tərəfdən qonşu sahələr ilə əhatə olunduğunu, 0.1336 ha torpaq sahəsinin isə 6 hissəyə bölünəcəyi təqdirdə bölünmüş sahələrin eninin 1.56 metr təşkil edəcəyini nəzərə alaraq həmin torpaq sahələrinin naturada 6 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/2472 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Ələsgər oğlunun Cavabdeh aid "paylı mülkiyyətdə olan torpaq sahələrindən paylarına düşən hissənin naturada ayrılaraq onlara verilməsi" tələbinə dair tərəflərindən aparılan araşdırma zamanı vətəndaşlar tərəfindən 4 hissədə olan torpaq sahəsindən 2 hissədə olan (**********58 reyestr nömrəli çıxarışa əsasən 0.1336 hektar və **********55 reyestr nömrəli çıxarışa əsasən 0.5564 hektar) torpaq sahəsinin faktiki olaraq istifadə edildiyi müəyyən olunmuşdur. İddiaçılar və cavabdeh tərəfindən istifadə edilən **********58 reyestr nömrəli çıxarışa əsasən 0.1336 hektar, **********55 reyestr nömrəli çıxarışa əsasən 0.5564 hektar paylı mülkiyyətdə olan torpaq sahələrindən 1/6 paya düşən hissə tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Kiçik ölçülü pay torpaq sahələrinin payçılar arasında bərabər hissələrə bölünməsi, torpağın öz məqsədli və təsərrüfat təyinatına görə səmərəsiz istifadəçiliyinə, eləcə də əlavə servitut (torpaqdan məhdud istifadə) hüquqlarının yaranmasına zəmin yarada bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməyən torpaqlar bölünməz torpaq sahələri hesab olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyа Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X23 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, Ədilət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, Ədilətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 iyun 2022-ci il tarixli, **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.5564 ha torpaq sahəsi, 13 iyun 2022-ci il tarixli, **********56 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.6102 ha torpaq sahəsi, 13 iyun 2022-ci il tarixli, **********57 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 1.0801 ha torpaq sahəsi və 13 iyun 2022-ci il tarixli, **********56 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.1336 ha torpaq sahəsi Cavabdeh, İddiaçı1, İddiaçı2, İddiaçı3, X12 və X6 adına qeydiyyata alınmışdır. Tərəflər ümumi birgə mülkiyyətlərində olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.5564 ha, 0.6102, 1.0801 və 0.1336 torpaq sahələrinə payın müəyyən edilməsi və həmin əmlakın bölünməsi ilə bağlı razılığa gəlməyə çalışmaq istəsələr də, heç bir nəticə əldə edə bilməmiş və nəticədə qeyd olunan əmlaklara payın müəyyən edilməsi, tərəflərə çatacaq payın naturada ayrılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, birgə mülkiyyətçilər arasında razılaşma əldə edilmədiyindən Şəki rayonu, Baş Göynük yerləşən 0.5564 ha, 0.6102, 1.0801 və 0.1336 torpaq sahələrinə birgə mülkiyyətçilərin paylı mülkiyyəti müəyyənləşdirilməli və hər bir mülkiyyətçinin payı torpaq sahəsinin 1/6 hissəsi olaraq müəyyən edilməlidir. Yuxarıda qeyd edilən normaların məzmunundan belə nəticə hasil olur ki, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi mümkün olmadıqda onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi və ya öz payının ayrılmasını və yaxud öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanun ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir. Göründüyü kimi, iş üzrə ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/7673 nömrəli rəyindən görünür ki, Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən, mübahisə predmeti olan, 0.5564 ha və 1.0801 ha torpaq sahələri üzərində Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı1, X12 və X6 hər birinin 1/6 hissədə payının naturada bölünməsinin texniki cəhətdən mümkün olduğu, mübahisə predmeti olan 0.6102 ha torpaq sahəsinin faktiki olaraq 4 tərəfdən qonşu sahələr ilə əhatə olunduğunu, 0.1336 ha torpaq sahəsinin isə 6 hissəyə bölünəcəyi təqdirdə bölünmüş sahələrin eninin 1.56 metr təşkil edəcəyini nəzərə alaraq həmin torpaq sahələrinin naturada 6 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən 0.6102 ha və 0.1336 ha torpaq sahələrinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə mübahisəli torpaq sahəsinə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi həmin hissələrdə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Bundan başqa iddiaçılar mülkiyyətərində olan torpaq sahələrindən istifadə etmələrinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia qaldırmışdır. Hazırda mübahisə predmeti torpaq sahələri Cavabdeh, İddiaçı2, İddiaçı3, İddiaçı1, X12 və X6 ümumi birgə mülkiyyətlərindədir. Bu torpaq sahələrinə iddiaçılar mülkiyyət hüququnu təsdiq edən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışlar mövcuddur. Lakin, hazırki vəziyyətdə iddiaçılar qanuni mülkiyyətlərində olan bu torpaq sahələrindən sərbəst istifadə edə bilmirlər. iddiaçıların həmin torpaq sahələrində mülkiyyət hüququ cavabdeh tərəfindən pozulmuş, nəticədə İddiaçıların torpaq sahəsi üzərində sahibliyinə və istifadəsinə maneə yaradılmışdır. Göründüyü kimi, cavabdeh iddiaçılara torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. Cavabdeh tərəfindən iddiaçıların mülkiyyətinə müdaxilə edilmiş, bu müdaxilə isə qanuni olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulmalı və onların mülkiyyət hüquqları bərpa edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 iyun 2022-ci il tarixdə verilmiş **********55, **********58, **********56 və **********57 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən birgə mülkiyyətdə olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.5564 ha, 0.1336 ha, 0.6102 ha və 1.0801 ha torpaq sahələrindən 1/6 hissədə İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh, X15 və X5 payları müəyyən edilməli, 0.5564 ha və 1,0801 ha torpaq sahələrindən iddiaçıların paylarına düşən 1/6 hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünərək İddiaçı2, İddiaçı3, İddiaçı1 verilməli və paylı mülkiyyətlərində olan əmlaklarından istifadələrinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı Cavabdeh, 50 manatı isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 13 iyun 2022-ci il tarixdə verilmiş **********55, **********58, **********56 və **********57 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən birgə mülkiyyətdə olan Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0.5564 ha, 0.1336 ha, 0.6102 ha və 1.0801 ha torpaq sahələrindən 1/6 hissədə İddiaçı2, İddiaçı3, İddiaçı1, Cavabdeh, X15 və X5 payları müəyyən edilsin, 0.5564 ha və 1,0801 ha torpaq sahələrindən iddiaçıların paylarına düşən 1/6 hissəsi ekspertiza rəyində göstərilən plan sxemə uyğun olaraq naturada bölünərək İddiaçı2, İddiaçı3, İddiaçı1 verilsin və paylı mülkiyyətlərində olan əmlaklarından istifadələrinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı Cavabdeh, 50 manatı isə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar