Məhkəmə qərarları › İş №e-2(075)-1043/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1043/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1043/2023 15.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı olmaqla, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayənəsi İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X33, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki ərazi idarəsi və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövkət aktının hissəvi ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X33, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki ərazi idarəsi və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı dövlət notariat ofisində bağlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsinin iddiaçıların faktiki sahibliyində və istifadəsində olan 13,68 hektar torpaq sahəsinin (459-37-12.96 ha, 459-38- 0.7187 ha) satılması hissəsində etibarsız hesab edilməsi, Kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 459-37 saylı və 459-38 saylı konturlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 saylı qərarı ilə X19, X8, İddiaçı3, İddiaçı2 və İddiaçı1 kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 13,68 ha torpaq sahəsi verilmişdir. Həmin tarixdən bu günədək göstərilən torpaq sahəsi tərəflərindən istifadə edilərək əkilibbecərilmişdir. X5 27 avqust 2013-cü ildə mədə xərçəngi səbəbindən, anaları X23 isə 25 yanvar 2018-ci ildə keçirdiyi insult səbəbindən vəfat etmişlər. Anaları vəfat etdikdən sonra hazırki iş üzrə iddiaçılardan İddiaçı2 vərəsəlik haqqında şəhadətnamə almaq üçün Şəki rayon 2 saylı notariat kontoruna müraciət etmiş, 16 aprel 2018-ci ildə ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə göstərilmişdir ki, şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X19 və X12 verilmiş seriya nömrəsi JN:0097, KOD:40401027 olan dövlət aktına əsasən Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 13,68 ha ümumi birgə olan torpaq sahəsinin mərhumlara məxsus pay hissəsindən ibarətdir. O, İddiaçı2 Şəki rayonu, Turan qəsəbəsində yerləşən 13,68 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumdan ona 05 mart 2021-ci ildə verilmiş **********98 nömrəli cavabda göstərilmişdir ki, aparılmış araşdırma zamanı sözügedən torpaq sahələrinin notarial qaydada özgəninkiləşdirilərək digər mülkiyyətçilərin adına qeydiyyata alındığı müəyyən olunduğundan ərizəsinin icrasından imtina edilir. Daha sonra onun tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət edilərək X26 tərəfindən 2005-2006-cı illərdə X49 ilə arasında təsdiq edilmiş alqısatqı müqaviləsinin surəti istənilmişdir. Həmin qurumdan verilmiş 08 may 2021-ci il tarixli, 05/01-M-89/13 nömrəli cavabda göstərilmişdir ki, X13, X7, İddiaçı3, İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X14 ilə X50 arasında Şəki rayonu 2 saylı dövlət notariat ofisində 10 may 2005-ci il tarixdə 4Ə-206 reyestr nömrəsi ilə Şəki rayonu, M.Əsədov qəsəbəsindəki 13,68 hektar torpaq sahəsinə dair təsdiq edilmiş alqı-satqı müqaviləsinin Şəki rayonu 2 saylı dövlət notariat ofisində xx.xx.2008-ci il tarixli 3M-312 reyestr nömrəli saziş əsasında ləğv edildiyi müəyyən edilmişdir. Bu səbəbdən xahişinin təmin olunması imkan xaricindədir. Daha sonra İddiaçı2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət edilərək göstərilən etibarnamə barədə məlumatın və surətinin ona verilməsini istəmişdir. Həmin qurumdan verilmiş 30 avqust 2021-ci il tarixli, 05/01-M-189/13 nömrəli cavabda göstərilmişdir ki, Şəki rayonu 2 saylı dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə, 4Ə-206 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə baxış keçirilərkən tərəflərindən Şəki rayonu, M.Əsədov adına qəsəbə cizgidə göstərilən sərhəd daxilindəki 13,68 hektar torpaq sahəsinə dair həmin notariat ofisində xx.xx.2005-ci il tarixdə 7E-2955 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamənin əlavə edildiyi müəyyən edilmişdir. Həmin etibarnamənin kserosurəti Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə göndərilir. Şəxsiyyəti təsdiq edən sənədlə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək qeyd olunan etibarnamənin kserosurətini əldə edə bilər. Daha sonra İddiaçı2 tərəfindən Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edilərək 05 aprel 2005-ci il tarixli etibarnamənin surəti götürülmüşdür. Həmin etibarnamə götürüldükdən sonra onlara məlum olmuşdur ki, onların xəbərləri və məlumatları olmadan onların və mərhum valideyinlərinin adından X9 etibarnamə verilmişdir. Hazırki iş üzrə iddiaçı olan İddiaçı3 xx.xx.1981-ci ildə, İddiaçı2 xx.xx.1983-cü ildə, İddiaçı1 isə xx.xx.1985-ci ildə anadan olmuşlar. Həmin etibarnamənin verilməsindən onların məlumatlar olmamış, həmin etibarnaməyə tərəflərindən imza edilməmişdir. Həmin etibarnamənin hansı şəraitdə verilməsi onlara məlum deyildir. Hazırkı iş üzrə iddiaçılardan İddiaçı3 etibarnamə verilərkən ölkədə olmamış, İddiaçı1 isə tələbə olmuşdur. Eyni zamanda mübahisələndirilən etibarnamədə mərhum anaları X3 “Məmmədova” kimi göstərilmişdir ki, bu da etibarnamənin qanuniliyini şübhə altına alır. Tərəflərindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə edilmiş müraciətə həmin qurum tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli, **********61 nömrəli məktubda müraciətdə Şəki rayonu Turan qəsəbəsində yerləşən 13.68 ha torpaq sahəsinə dair Məmmədov Çingiz və ailə üzvləri ilə X50 arasında Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 10 may 2005-ci il tarixli, 4Ə-206 reyestr nömrəli alqı-satqı müqaviləsinin Şəki rayonu 2 saylı Dövlət Notariat ofisində 01 noyabr 2008-ci il tarixli, 3M- 312 saylı saziş əsasında ləğv edildiyi barədə Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən əldə edilmiş məlumat olduğu göstərilsə də, 0097-12.96 ha, 097Z-0.7187 ha torpaq sahələri daxil olmaqla X34 adına verilmiş kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı 15 may 2006-cı il tarixədir. Torpağa mülkiyyət hüququna dair dövlət aktı alqı-satqı müqaviləsinin ləğvinə dair sazişdən əvvələdir və 01 noyabr 2008-ci il tarixli, 3M- 312 saylı saziş barədə ərazi idarəsinin arxivində məlumat yoxdur. Kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan torpaq sahələri digər mülkiyyətçilərə satılmışdır. Daha sonra onlar cavabdehlər X35, X14, DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş 05 aprel 2005-ci il tarixli etibarnamənin, həmin etibarnamə əsasında Şəki rayonu 2 saylı dövlət Notariat ofisində bağlanmış 10 may 2005-ci il tarixli 4Ə-206 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında 0097- 12.96 ha, 097Z- 0.7187 ha torpaq sahələri daxil olmaqla X34 adına verilmiş kod 40401027, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Şəki Rayon Məhkəməsinin e- 2(075)-887/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli,2(107)-1192/2022 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili X28 apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamə ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər X35, X14, DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddiası qismən təmin edilmiş, Şəki rayonu 2 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş 05 aprel 2005-ci il tarixli, 7E-2955 reyestr nömrəli etibarnamə qismən iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 aid hissədə, habelə həmin etibarnamə əsasında Şəki rayonu 2 saylı dövlət Notariat ofisində bağlanmış 10 may 2005-ci il tarixli 4Ə-206 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Həmin işə baxılarkən məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, **********52 nömrəli cavab məktubunda göstərilmişdir ki, 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsində X34 adına olan kod 40401027, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından 354,8 ha torpaq sahəsinin 78 ha hissəsinin Cavabdeh1, 190,58 ha hissəsinin X15, 86,0 ha hissəsinin X1 göstərilsə də, alqı-satqı aktına təsdiqlənmiş siyahı əlavə edilməmişdir. 0,7187 ha torpaq sahəsi X11 adına rəsmiləşdirilmiş, sonra Cavabdeh3 satılaraq sonuncunun adına qeydiyyata alınmışdır. 12,96 ha torpaq sahəsinin qeydiyyatı üçün 20 avqust 2008-ci il tarixli, 4Ə-372 saylı alqı-satqı müqaviləsindən sonra müraciət edilməmişdir. Göstərilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra hazırki iş üzrə iddiaçılardan İddiaçı2 mülkiyyətində olan torpaq sahələrinə dair müvafiq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə müraciət etsə də, onun müraciətinə şifahi olaraq torpaq sahələrinin başqa şəxslərin adına qeydə alındığı, bu səbəbdən də onun müraciətinin təmin edilə bilməməsi bildirilmişdir. Daha sonra vəkil sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli, 3-21-3- 39/2-920/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, 0097-12.96 ha, 097Z-07187 ha torpaq sahələri də daxil olmaqla 354,58 ha torpaq sahəsinə X34 adına 15 may 2006-cı il tarixli, kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsinə əsas olmuş alqı-satqı müqavilələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilməmişdir. Şəki 2 saylı DNK-nın 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X29 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Şəki rayonu, Turan qəsəbəsində yerləşən 354.8 ha torpaq sahəsindən 78 ha hissəsini Cavabdeh1, 190,58 ha hissəsini X15, 86 ha hissəsini X2. Kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 459-38 saylı konturu, 07187 ha hissəsi X11 adına qeydiyyata alınmış, daha sonra Cavabdeh3 satılaraq sonuncunun adına qeydiyyata alınmışdır. Kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 459-37 saylı konturu, 12,96 ha olan hissəsi digər şəxsin adına qeydiyyata alınmamış, X21 X22 faktiki istifadəçisi kimi Cavabdeh1 Məhəmməd oğlu göstərilmişdir. Satıldığı göstərilən torpaq sahələri bu günə kimi onların istifadəsindədir, tərəflərindən əkilib-becərilir, bütün vergilər tərəflərindən ödənilmiş və müvafiq subsidiyalar alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı olmaqla, digər iddiaçılar İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayənəsi İddiaçı2 izahat verərək bildirdi ki, Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 13,68 ha olan torpaq sahəsi atasından miras qalmışdır. Həmin torpaq sahəsi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə müraciət etdikdə, həmin torpaq sahəsinin X6 müəyyən olunmuşdur. Lakin sonradan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Şəki Rayon Məhkəməsinin e-2(075)-887/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən onlar tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli,2(107)-1192/2022 nömrəli qətnaməsi ilə onların iddiası qismən təmin edilmiş, Şəki rayonu 2 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş 05 aprel 2005-ci il tarixli, 7E-2955 reyestr nömrəli etibarnamə qismən - iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 aid hissədə, habelə həmin etibarnamə əsasında Şəki rayonu 2 saylı dövlət Notariat ofisində bağlanmış 10 may 2005-ci il tarixli 4Ə-206 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Sonradan yenidən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə çıxarış almaq üçün müraciət etdikdə, X34 həmin torpaq sahəsini başqa şəxsə satdığı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli ,2(107)-1192/2022 nömrəli qətnaməsi ilə 10 may 2005-ci il tarixli 4Ə-206 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilidiyindən cavabdehlər tərəfindən Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış “alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış da ləğv edilməməlidir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, X33, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İşin halları Torpağa mülkiyyət hüququna dair JN seriyalı 0097 nömrəli şəhadətnamənin surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində 13.96 ha torpaq sahəsi X26, X16, İddiaçı3, İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmişdir. 05 aprel 2005-ci il tarixli, ƏN-İ seriyalı, 020670 nömrəli etibarnamənin surətindən görünür ki, X26, X16, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Şəki rayon Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8284 saylı Torpaq Aktına əsasən onlara məxsus Şəki rayonu, M.Əsədov adına qəsəbədə çizgidə göstərilən sərhəd daxilində 13.96 ha torpaq sahələrini sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Şəki rayonu, Orta Zəyzid kəndində yaşayan X9 etibar etmişlər. Etibarnamə 05 aprel 2008-ci il tarixədək qüvvədədir. 16 yanvar 2008-ci il tarixli, ƏN-İ seriyalı, 089667 nömrəli etibarnamənin surətindən görünür ki, X18 Qafar Aydın oğlunun adından JN-0459, KOD 40401027 torpağa mülkiyyət hüququna dair X55 rayonunda olan 354.58 ha torpaq sahəsinə dair sənədləri almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Şəki rayonu, Orta Zəyzid kəndində yaşayan X9 etibar etmişlər. Etibarnamə 16 yanvar 2009-cu il tarixədək qüvvədədir. X26, X16, İddiaçı3, İddiaçı2 və İddiaçı1 vəkalə altında X14 ilə X34 arasında bağlanmış müqavilədən görünür ki, X4 rayon Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8284 saylı Torpaq Aktına əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbəsindəki 13.96 ha torpaq sahəsini X43 on dörd milyona satmışdır. X26, X16, İddiaçı3, İddiaçı2 və İddiaçı1 vəkalə altında X14 ilə X34 arasında bağlanmış müqavilədən görünür ki, X4 rayon Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8284 saylı Torpaq Aktına əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbəsindəki 13.96 ha torpaq sahəsini X43 on dörd milyona satmışdır. X14 ilə X27, X24 və Cavabdeh1 arasında bağlanmış 20 avqust 2008-ci il tarixli müqavilədən görünür ki, X4 rayon torpaq şöbəsinin 15 may 2006-cı il tarixli, CN-0459 saylı dövlət aktına əsasən ona məxsus olan Şəki rayon, Turan qəsəbəsi ərazisində yerləşən 354.58 ha torpaq sahəsinin 36 ha ibarət hissəsini X20, 19.58 ha ibarət hissəsini X15 və 78 ha ibarət hissəni Cavabdeh1 satmışdır. Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin e-2(075)-887/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 Şəki rayonu 2 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş 05 aprel 2005-ci il tarixli etibarnamənin, həmin etibarnamə əsasında Şəki rayonu 2 saylı dövlət Notariat ofisində bağlanmış 10 may 2005-ci il tarixli 4Ə-206 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında 0097-12.96 ha, 097Z0.7187 ha torpaq sahələri daxil olmaqla X34 adına verilmiş kod 40401027, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2 (107)-1192/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili X28 apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qətnamə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər X35, X14, DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi, Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddiası qismən təmin edilmiş, Şəki rayonu 2 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş 05 aprel 2005-ci il tarixli, 7E-2955 reyestr nömrəli etibarnamə qismən - iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 aid hissədə, habelə həmin etibarnamə əsasında Şəki rayonu 2 saylı dövlət Notariat ofisində bağlanmış 10 may 2005-ci il tarixli 4Ə-206 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə ölmüş X26 və xx.xx.2018-ci il tarixdə ölmüş X10 vərəsəsi İddiaçı2dur və o mirak əmlakdan tam hissədə pay almalıdır. Şəhdətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 12 aprel 1999-cu il tarixdə X19 və X17 verilmiş seriya nömrəsi JN:0097, Kod:40401027 olan dövlət aktına əsasən Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 13.68 ha ümumi birgə olan torpaq sahəsinin mərhumlara məxsus pay hissəsindən ibarətdir. Azərbaycan Respublikası Şəki şəhər, İHB-nın Turan qəsəbəsi icra nümayəndəliyi tərəfindən verilmiş 10 sentyabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 27 avqust 2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Şəki şəhər, İHB-nın Turan qəsəbəsi icra nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 25 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin İddiaçı2 ünvanlanmış 05 mart 2021-ci il tarixli cavab məktubundan görünür ki, Şəki rayonu, Turan qəsəbəsində yerləşən 13.68 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi barədə 09 fevral 2021-ci il tarixli müraciətinə baxılşmışdır. Şəki rayonu, Turan qəsəbəsində yerləşən 13.68 ha (0097-12.96 ha, 097Z- 0.7187 ha olmaqla 2 hissədə yerləşir) torpaq sahəsinə X25 və 4 nəfər ailə üzvünə 12 aprel 1999-cu il tarixli, kod 40401027, JN-0097 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Aparılan araşdırma zamanı sözügedən torpaq sahələrinin notarial qaydada özgəninkiləşdirilərək digər mülkiyyətçilərin adına qeydiyyata alındığı müəyyən olunduğundan ərizəsinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı2 ünvanlanmış 08 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, onun tərəfindən 2005-2006-cı illərdə X49 ilə arasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. X26, X16, İddiaçı3, İddiaçı2, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X14 ilə X50 arasında Şəki rayonu 2 saylı dövlət notariat ofisində 10 may 2005-ci il tarixdə 40-206 reyestr nömrəsi ilə Şəki rayonu, M.Əsədov qəsəbəsindəki 13.68 hektar torpaq sahəsinə dair təsdiq edilmiş alqı-satqı müqaviləsinin Şəki rayonu 2 saylı dövlət notariat ofisində xx.xx.2008-ci il tarixli 3M-312 reyestr nömrəli saziş əsasında ləğv edildiyi müəyyən edilmişdir. Bu səbəbdən xahişinin təmin olunması imkan xaricindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı2 ünvanlanmış 30 avqust 2023-cü il tarixli cavab məktubundan görünür ki, etibarnamə barədə məlumatın və surətinin istənilməsi ilə bağlı Dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. Şəki rayonu 2 saylı dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 40-206 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinə baxış keçirilərkən onun və ailə üzvləri tərəfindən Şəki rayonu, M.Əsədov adına qəsəbə cizgidə göstərilən sərhəd daxilindəki 13.68 hektar torpaq sahəsinə dair verilmiş dövlət aktına həmin notariat ofisində xx.xx.2005-ci il tarixdə 7E-2955 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamənin əlavə edildiyi müəyyən edilmişdir. Həmin etibarnamənin kserosurəti Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək əldə edə biləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilci vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilcinin) etibarnaməyə, qanunun gostərişinə və ya buna vəkiledilmiş dovlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə gorə başqa şəxs (təmsil edilən)adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 20 avqust 2008-ci il tarixli, 4Ə-372 reyestr nömrəli alqı-satqı müqaviləsində X34 adına olan kod 40401027, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından 354,8 ha torpaq sahəsinin 78 ha hissəsinin Cavabdeh1, 190,58 ha hissəsinin X15, 86,0 ha hissəsinin X1 göstərilsə də, alğı-satqı aktına təsdiqlənmiş siyahı əlavə edilməmişdir. 0,7187 ha torpaq sahəsi X11 adına rəsmiləşdirilmiş, sonra Cavabdeh3 satılaraq sonuncunun adına qeydiyyata alınmışdır. 12,96 ha torpaq sahəsinin qeydiyyatı üçün 20 avqust 2008-ci il tarixli, 4Ə-372 saylı alqı-satqı müqaviləsindən sonra müraciət edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli,2(107)-1192/2022 nömrəli qətnaməsi ilə İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər X35, X14, DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsi və Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddiası təmin edilərək Şəki rayonu 2 saylı dövlət Notariat kontoru tərəfindən verilmiş 05 aprel 2005-ci il tarixli, 7E-2955 reyestr nömrəli etibarnamə etibarnamə əsasında Şəki rayonu 2 saylı dövlət Notariat ofisində bağlanmış 10 may 2005-ci il tarixli 4Ə-206 reyestr nömrəli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsində Şəki rayonu, Turan qəsəbəsində 13.68 ha olan torpaq sahəsi X50 tərəfindən Cavabdeh1, X11 adına verilmiş, daha sonra Cavabdeh3 satılaraq sonuncunun adına qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsindən törənmişdir. Həmin alğı-satqı müqaviləsi Şəki Apellyasiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli,2(107)-1192/2022 nömrəli qətnaməsi ilə mübahisəli torpaq sahəsinə dair bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsinə dair hissədə təmin edildiyindən, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə dair cavabdehlər tərəfindən Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış “alğı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış da ləğv edilməməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3, X44, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 12 saylı Şəki ərazi idarəsi və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və dövkət aktının hissəvi ləğv edilməsi” tələbinə dair tələbinə dair ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şəki rayonu 2 saylı dövlət notariat ofisində bağlanmış 20 avqust 2008-ci il tarixli, 4Ə- 372 reyestr nömrəli alğı-satqı müqaviləsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 faktiki sahibliyində və istifadəsində olan 13,68 hektar torpaq sahəsinin (459-37-12.96 ha, 459-38- 0.7187 ha) satılması hissəsində və kod 4040127, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının 459-37 saylı və 459-38 saylı konturları etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar