Məhkəmə qərarları › İş №e-2(075)-1046/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1046/2024

12.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1046/2024 12.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi və pul” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Şəki şəhəri, Bəxtiyar Məmmədov küçəsi, ev 26-da yerləşən torpaq sahəsində ölçmə işlərinin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayın evinin naturada bölünərək onların hər birinə düşən payın naturada ayrılması, bu mümkün olmadıqda daşınmaz əmlakın açıq hərracdan satılması, satış maneələrind aradan qaldırılması, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi və pulunun paylara uyğun şəkildə aralarında bölünməsi, tərəfindən ödənilən 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddiaçı ərizəsində tələbini dəqiq göstərməlidir. Məhkəmədə iddia icraatı qaydasında mülki işin başlanması üçün əsas olan iddia ərizəsidir ki, onun vasitəsilə fiziki və ya hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və təsdiqi üçün məhkəməyə müraciət edir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə dəqiq və aydın göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədi ilə ona qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi maddi-hüquqi tələb başa düşülür. İddia tələbinin əsaslandırıldığı hallar isə iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlar və hüquq normalarıdır. İddia tələbinə nəzər saldıqda aydın olur ki, iddiaçı tələbində 3 ayrı-ayrı tələb irəli sürmüş, birincisi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Şəki şəhəri, Bəxtiyar Məmmədov küçəsi, ev 26-da yerləşən torpaq sahəsində ölçmə işlərinin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması, ikincisi həmin torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayın evinin naturada bölünərək onların hər birinə düşən payın naturada ayrılması, üçüncüsü isə daşınmaz əmlakın açıq hərracdan satılması, satış maneələrin aradan qaldırılması, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi və pulunun paylara uyğun şəkildə aralarında bölünməsi, tərəfindən ödənilən 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia tələbində irəli sürülən tələblərə birlikdə baxılması qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, cavabdehlər tərəfindən Şəki şəhəri, Bəxtiyar Məmmədov küçəsi, ev 26-da yerləşən torpaq sahəsində ölçmə işlərinin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması və torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayın evinin naturada bölünərək onların hər birinə düşən payın naturada ayrılması, üçüncüsü isə daşınmaz əmlakın açıq hərracdan satılması, satış maneələrinə aradan qaldırılması, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi və pulunun paylara uyğun şəkildə aralarında bölünməsi bir yerdə baxılmalı olmayan ayrı-ayrı tələblərdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilk öncə mübahisələndirdiyi daşınmaz əmlaka ölçmə işlərinin aparılması üçün iddia tələbində irəli sürdüyü cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Şəki şəhəri, Bəxtiyar Məmmədov küçəsi, ev 26-da yerləşən torpaq sahəsində ölçmə işlərinin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması tələbi ilə bağlı məhkəməyə müraciət etməsi məqsədə müvafiq olar. Əmlakla bağlı mülkiyyət sənədi alındıqdan sonra artıq bölünməsini tələb etməsi prosessual qənaət prinsipi baxımından düz olar. Bundan başqa mübahisələndirilən daşınmaz əmlakın naturada bölünməsini tələb etməlidir və mümkün olmadıqda satılması ilə bağlı ayrıca iddia qaldıra bilər. Həmçinin məhkəmə diqqətə çatdırırki iddiaçı tələbində torpaq sahəsinin, onun üzərində yerləşən fərdi yaşayın evinin naturada bölünərək onların hər birinə düşən payın naturada ayrılmasını tələb etsə də, qeyd olunan daşınmaz əmlakdan hansı hissədə payın naturada ayrılmasını dəqiq göstərməmişdir. Göründüyü kimi İddiaçı bir-biri ilə əlaqəli olmayan tələbləri bir iddia ərizəsində, qeyridəqiq formada tələb irəli sürmüşdü. Ona görə də İddiaçı iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməli və iddiaçı ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması, torpaq sahəsinin və fərdi yaşayış evinin naturada bölünməsi və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı özünı qaytarılsın İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar