Məhkəmə qərarları › İş №e-2(075)-1055/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1055/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1055/2025 08.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat, ümumilikdə, 407.40 (dörd yüz yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı ASC tərəfindən sığortalı X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 48 nömrəli mənzil (daşınmaz əmlak) əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2020-ci il tarixli, PİM/20/0075 nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində sığortalı X1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 1 b ünvanında yerləşən 48 nömrəli mənzil (daşınmaz əmlak) çoxmərtəbəli binanın yuxarı, yəni Cavabdeh mülkiyyətində olan 50 nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində 377 (üç yüz yetmiş yeddi) manat məbləğində zərər görmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, M 0015 nömrəli “Bakı Ekspertiza Mərkəzinin” ekspert rəyinə əsasən,Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 1 b ünvanında yerləşən 48 saylı mənziləsubasma hadisəsi nəticəsində 377 (üç yüz yetmiş yeddi) manat məbləğində zərər vurulmuşdur. İş materiallarında olan “AzSantexnika” su sızması inspeksiyasının xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunur: - 17 oktyabr 2021-ci il tarixində X2 məxsus olanünvan 2 ünvanında su sızması probleminin aşkar olunması məqsədi ilə baxış keçirilmiş, baxış zamanı mənzilin üst qonşusunun hamam otağında olan duş kabinin istismara yararsız olmasından kabinin bütün su birləşən jetlərindən metlaxın üzərinə su dağılması, metlaxların arasında olan dolğunun tam boşalması nəticəsində yerə düşən su yuxarıda qeyd olunan mənzilə sızması və mənzilin kanalizasiya borularında (50 mm və 100 mm diametrli) tutulma müşahidə olunmuşdur. Həmçinin iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-tikinti kooperativi 194 nömrəli MTK-nın xx.xx.2021-ci il tarixli, 540 saylı arayışında qeyd olunur: - X2 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə baxışa keçirilmiş, baxış zamanı aydınlaşdırılmışdır ki, həmin ünvan 50-ci mənzildən yəni üst qonşudan su axması bu günə qədər davam edir, mütəxəssislər tərəfindən baxış keçirilərkən öz təsdiqini tapmışdır. Həmçinin iş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlınski küçəsi, ev 1 b, mənzil 50 Cavabdeh xüsusi mülkiyyətində olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə edərkən hüquqlarından sui-istifadə etmiş, üçüncü şəxslər qarşısında öhdəliklərinə etinasız yanaşmışdır. Nəticədə sığortalı X1 mülkiyyətində olan yaşayış mənzilinə maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il tarixli, Fİ-0050/2021/AKT1300/22 nömrəli aktla İddiaçı ASC tərəfindən sığortalı X2 377 (üç yüz yetmiş yeddi) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaitinin və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azsığorta” ASC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaitinin və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azsığorta” ASCnə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 08 may 2025-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı Azsığorta” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 15:40-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 15:50-də qurtardı. Hakim Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-1055/2025 08 may 2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə İddiaçı Azsığorta” ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında bаxаrаq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 377 (üç yüz yetmiş yeddi) manat pul vəsaitinin və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azsığorta” ASCnə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***- **-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-1055/2025 xx.xx.2025-ci il İddiaçı: "xxxx" ASC-a (Bakı şəhəri, 28 may küçəsi 33) Cavabdeh: Cavabdeh. (Şəki rayonu, Baş Göynük kəndi) Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-1055/2025 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar