Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-108/2023 16.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1, Maraqlı şəxs Cavabdeh Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, X1 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 19 iyun 2005-ci il təvəllüdlü X5nın fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 01 aprel 2005-ci il tarixdə X15 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 19 iyun 2005-ci il təvəllüdlü X17 adlı uşaqları anadan olmuşdur. Bildirmişdir ki, X5 doğulduğu vaxtdan qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik davranış pozuntusu xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu andan qızına həyat yoldaşı və onun tərəfindən zəruri qulluq göstərilmişdir. X5 ağır dərəcəli əqli gerilik diaqnozu ilə Şəki Rayon Mərkəzi xəstəxanasının əsəb şöbəsində və Şəki rayonlarası psixatriya xəstəxanasında qeydiyyatdadır. Uzun illərdir ki, qızı ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və xəstəliyinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Bundan başqa, Tibbi sosial ekspert komissiyasının 04 oktyabr 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, X5na müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi kimi ümumi xəstəlik göstərilmişdir. Diaqnoz isə qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik davranış pozuntusu və özünə qulluq qabiliyyətinin olmaması göstərilmişdir. Bu səbəbdən də o, Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək 19 iyun 2005ci il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Cavabdeh Qəyyumluq və Himayəçilik Komissiyasınının 05 oktyabr 2022-ci il tarixli 7/4-11-099 nömrəli məktubu ilə bildirilmişdir ki, 19 iyun 2005-ci il təvəllüdlü X5nın fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun X17 üzərində qəyyum təyin edilməsi məsələsinə baxılacaqdır. 19 iyun 2005-ci il təvəllüdlü X5nın fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 01 dekabr 2005-ci il tarixli, AZ-İ 699768 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 19 iyun 2005-ci il təvəllüdlü X8 atası X14, anası X9r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş Şəki Rayon Psixiatriya Xəstəxanasının 29 iyun 2022-ci il tarixli, 634 nöməli məktubundan görnür ki, Şəki rayonu Təpəcənnət kəndində yaşayan 19 iyun 2005-ci il təvəllüdlü X18 29 iyun 2022-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. X13 çox ağır əqli gerilik İQ əmsalı 20 % F-73.0, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyyacı olması diaqnozu qoyulmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 04 oktyabr 2022-ci il tarixli Tibbi-sosial eksspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, 19 iyun 2005-ci il təvəllüdlü X13 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik davranış pozuntuzu və özünə qulluq qabiliyyətinin olmaması diaqnozu qoyulmuş, o, Birinci dərəcəli əlil hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli, 3489 saylı rəyindən görünür ki, X10 “DƏRİN ƏQLİ GERİLİK, (İDİOTİYA DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA)” (F73) qeyd olunur. Bunu anamnestik məlumatlar və tibbi sənədlər (erkən doğuş zədəsi ilə doğulması, nitqinin inkişaf etməməsi, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik davranış pozuntusu və özünə qulluq qabiliyyətinin olmaması” diaqnozu ilə İ dərəcə əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan dərin ağıl zəifl'ıyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. 10 iyun 2005-ci il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Şəki rayonu, Cəfərabad ərazi dairəsi, Təpəcənnət kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan X11 “Dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” müəyyən olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onlan şüurlu idarə etmək iqtidarına malik deyil. X17 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X7 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X7 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. X2 X7 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19 iyun 2005-ci il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Şəki rayonu, Təpəcənnət kəndində yaşayan X17 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 19 iyun 2005-ci il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuş, Şəki rayonu, Təpəcənnət kəndində yaşayan X17 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-108/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-108/2023
16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver