Məhkəmə qərarları › İş №e-2(075)-1090/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1090/2023

21.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1090/2023 21.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı Maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi İddiaçı şəxsin qohum olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qızı Gülərin xx.xx.2015-ci il tarixdə Ukrayna Respublikasının Bryanka şəhərində, oğlu Raufun xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikasının Bryanka şəhərində, oğlu Ömərin isə xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Staxanov şəhərində anadan olması və uşaqların atalarının xx.xx.1985-ci il təvəllüdlü X9ması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi İddiaçı izahatında göstərdi ki, o, X11 27 iyun 2014-cü il tarixdə qeyri-rəsmi nikah bağlamaqla ailə qurmuş və yaşamaq üçün Ukrayna Respublikasının Bryanka şəhərinə getmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2015-ci il tarixdə Gülər, xx.xx.2017-ci il tarixdə Rauf, xx.xx.2022-ci il tarixdə isə Ömər adlarında uşaqları olmuşdur. İndiyədək əri ilə aralarında rəsmi nikah bağlanmamışdır. Sonradan məlum Rusiya-Ukrayna müharibəsinə görə o uşaqları ilə birlikdə Luqanski şəhərini tərk edərək xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Hazırda uşaqları ilə birlikdə Azərbaycan Respublikasında Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. Əri isə müharibə səbəbli Ukrayna Respublikasından Almaniya Respublikasına getmişdir. Uşaqlara doğum haqqında şəhadətnamə verilməsi üçün Şəki regional“ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etdikdə ona doğumun qeydə alınması üçün müvafiq sənədləri təqdim etmədiyinə görə doğumun qeydə alınması mümkün olmadığı və doğumun qeydə alınması üçün doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edildikdə mümkün olduğu bildirilmişdir. O həmin sənədləri Rusiya-Ukrayna müharibəsi səbəbindən əldə edib təqdim edə bilmir. Ona görə də məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını araşdırıb, ərizəçi İddiaçı, maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli məktubdan görünür ki, X6 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş elektron müraciətinə baxılmışdır. Müraciətdə övladları xx.xx.2015-ci il təvəllüdlü Gülər Əhmədovanın, xx.xx.2017-ci il təvəllüdlü Rauf Əhmədovun ve xx.xx.2022-ci il təvəllüdlü X23 Respublikasının Luqansk vilayətində doğulduğunu bildirərək onların doğumunun dövlət qeydiyyatına alınması üçün köməklik göstərilməsini xahiş etmişdir. Müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən övladlarının doğumu haqqında tibbi sənədlərin Luqansk Xalq Respublikasının səhiyyə orqanları tərəfindən verildiyi müəyyən edilmişdir. Lugansk vilayəti ərazisində Ukrayna suvereniteti və qanunvericiliyi qüvvədədir. Luqansk Xalq Respublikasının hakimiyyət orqanları tərəfindən Luqansk vilayəti ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciet etdiyi həkimin verdiyi sənəd və s. təqdim edilir. Həmin Qaydanın 2.6-ci bəndinin tələbinə uyğun olaraq göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən övladlarının doğum faktının müəyyən edilməsi bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmənin qərarından asılı olaraq qeydiyyat şöbəsi tərəfindən doğumun dövlət qeydiyyatına alınması məsələsinə baxılacaqdır. İşdə olan X12 məhkəməyə təqdim etdiyi 24 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, qızı xx.xx.2015-ci il təvəllüdlü Gülər Əhmədovanın, xx.xx.2017-ci il təvəllüdlü oğlu Rauf Əhmədovun və xx.xx.2022-ci il təvəllüdlü oğlu Ömər Əhmədovun onun övladları olmasını qəbul edir, atalığın müəyyən edilməsinə dair İddiaçı ərizəsinin təmin edilməsinə etiraz etmir. İşdə olan Ukrayna vətəndaşının pasportunun surətindən görünür ki, X16 28 mart 1985-ci il tarixdə Luqansk vilayətində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzariti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 33/4515 saylı məktubdan görünür ki, İddiaçı övladları xx.xx.2016-cı il təvəllüdlü X17 (Ukraynaya məxsus 005225 nömrəli doğum haqqında şəhadətnamə əsasında), xx.xx.2022-ci il təvəllüdlü X22 (Ukraynaya məxsus 211099 nömrəli doğum haqqında şəhadətnamə əsasında) və xx.xx.2017-ci il təvəllüdlü X20 (Ukraynaya məxsus 031424 nömrəli doğum haqqında şəhadətnamə əsasında) ilə birlikdə xx.xx.2022-ci il tarixdə Samur dövlt sərhədindən buraxılış məntəqəsindən ölkə ərazisinə Ukraynadan təxliyyə olunmuşdur. İşdə olan xarici pasportdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Ukraynaya getmişdir. İşdə olan ******* nömrəli miqrasiya kartından görünür ki, X4 Respublikasından Azərbaycana təxliyyə olunmuşdur. İşdə olan ******* nömrəli miqrasiya kartından görünür ki, X2 Respublikasından Azərbaycana təxliyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Şəki Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə uşaqları Gülər (xx.xx.2015-ci il), Rauf (xx.xx.2017-ci il) və Ömərin (xx.xx.2022-ci il) doğumunun qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Doğumun qeydə alınması üçün qanunvericilikdə gösətrilmiş müvafiq sənədləri təqdim etmədiyinə görə goğum qeydiyyatının aparılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyati Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını Ə yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduq a, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyati Qaydası»nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Odur ki, doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciet etməyi tövsiyyə olunmuşdur Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi İddiaçı Gülərin xx.xx.2015-ci il tarixdə Ukrayna Respublikasının Bryanka şəhərində, oğlu Raufun xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikasının Bryanka şəhərində, oğlu Ömərin isə xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikasının Staxanov şəhərində anadan olmasına və onların atasının X7masına dair doğum haqqında sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X13 10 noyabr 2015-ci il tarixdə Ukrayna Respublikasının, Bryanka şəhərində, X18 27 dekabr 2017-ci il tarixdə Ukrayna Respublikasının, Bryanka şəhərində, X19 01 yanvar 2022-ci il tarixdə Ukrayna Respublikasının, Staxanov şəhərində anadan olması və 28 mart 1985-ci il təvəllüdlü X5rın atası olması faktı müəyyən edilməlidir. Ərizəçi İddiaçı dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. X13 10 noyabr 2015-ci il tarixdə Ukrayna Respublikasının, Bryanka şəhərində, X18 27 dekabr 2017-ci il tarixdə Ukrayna Respublikasının, Bryanka şəhərində, X19 01 yanvar 2022-ci il tarixdə Ukrayna Respublikasının, Staxanov şəhərində anadan olması və 28 mart 1985-ci il təvəllüdlü X5rın atası olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi İddiaçı özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar