Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1094/2023 12.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun ve ödədiyi dövlət rüsumunun alınaraq xeyirinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin 11 aprel 2022-ci il tarixli arayışdan göründüyü kimi, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı hazırki tələbi ilə bağlı iddia ərizəsini cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə təqdim etməli olduğu halda, yanlış olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 62 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1094/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1094/2023
12.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver