Məhkəmə qərarları › İş №e-2(075)-11/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-11/2024

09.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-11/2024 09.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.1343 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 88.5 kv/m olan fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ona düşən 2/3 hissəsinin naturada bölünərək ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə barışıq sazişini təqdim edərək, təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaçı ilə aralarında barışıq sazişi imzalandığını və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında tərəflər barışıq sazişi imzalamışlar və sazişin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişlər. Sazişin şərtləri aşağıdakı kimidir:

1. İddiaçı və Cavabdeh2 mübahisə predmeti olan tikilinin və torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 3-16-16 /2-10/4425 nömrəli rəydə (həmin rəyə əlavə edilmiş sxemdə) göstərilmiş qaydada, yəni öz paylarından qismən kənara çıxılmaqla bölünməsinə razı olduqlarını bildirdilər.

2. Həmçinin göstərilən qaydada bölgü aparıldıqdan sonra həmin bölgü ilə bağlı gələcəkdə aralarında hər-hansı bir mübahisə olmayacağını bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq tərəflərin barışıq sazişinin göstərilən şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişinin qəbul edilməməsi üçün əsaslar yoxdur və həmin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda tərəflərin barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı:

İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında 09 aprel 2024-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı və Cavabdeh2 mübahisə predmeti olan tikilinin və torpaq sahəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli, 3-16-16 /2-10/4425 nömrəli rəydə (həmin rəyə əlavə edilmiş sxemdə) göstərilmiş qaydada, yəni öz paylarından qismən kənara çıxılmaqla bölünməsinə razı olduqlarını bildirdilər.

2. Həmçinin göstərilən qaydada bölgü aparıldıqdan sonra həmin bölgü ilə bağlı gələcəkdə aralarında hər-hansı bir mübahisə olmayacağını bildirdilər. İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin naturada bölünməsi» tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar