Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-113/2022 14.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq subroqasiya qaydasında iddiaçı "xxxx" ASCnin xeyrinə 6 500,00 (altı min beş yüz) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 28 oktyabr 2021-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclaslarında məsafənin uzaq olması səbəbindən iştirak edə bilməmələrini qeyd etmiş, məhkəmə iclaslarının "xxxx" ASC-nin nümayəndələrinin iştirakları olmadan iddia ərizəsinə əlavə etdikləri sübutlar əsasında baxılmasını və iddianı təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh2 məxsus Cavabdeh1 idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsi 11.07.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 09.11.2020-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsilə ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuş, həmçinin X7 az ağır xəsarət almışdır. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş 25.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5245,00 manat (beş min iki yüz qırx beş manat) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 08.01.2021-cİ il tarixli sığorta aktına əsasən 5000,00 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. X1 az ağır xəsarət alması ilə bağlı 1500,00 (bir min beş yüz) manat sığorta ödənişi də həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra cavabdehlərə ödənilmiş sığorta məbləğinin geri ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh hər hansı bir ödəniş etməmişdir. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər yetirilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, 09.11.2020-ci il tarixində o, idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı VAZ 21723 markalı avtonəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X17 Prado markalı avtonəqliyyat vasitəsinə maddi ziyan dəymiş, həmçinin hadisə nəticəsində X7 az ağır xəsarət almışdır. Göstərmişdir ki, onun idarə etdiyi ** LM *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobil qohumluq əlaqələri olan Cavabdeh2 məxsus olmuşdur. O, ** LM *** dövlət qeydiyyat nişanlı, VAZ 21723 markalı minik avtomobili etibarnamə əsasında idarə etmişdir. Lakin yol-nəqliyyat hadisəsi baş verən günü etibarnamənin müddətindən 18-19 gün keçmiş olmuşdur. Hadisə ilə bağlı araşdırma aparılmışdır. Göstərmişdir ki, ağır şəkər xəstəsidir. Maddi imkanı çox aşağıdır. Hər hansı ödəniş etməyə imaknı yoxdur. "xxxx" ASC-nin 6500 (altı min beş yüz) manat məbləğində iddiasını qəbul etmir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 23 oktyabr 2019-cu il tarixli, ƏN-024285 seriya nömrəli etibarnamədən görünür ki, Cavabdeh2 Vaz 21723 minik markalı avtomobili etibarnamə əsasında 23.10.2020-ci ilədək idarə etməsi Cavabdeh1 vermişdir. İşdə olan 22 dekabr 2020-ci il tarixli, 005-965 nömrəli arayışdan görünür ki, 09 noyabr 2020-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 124-cü km-də **-LM-*** dövlət qeydiyyat nişanlı, VAZ 21723 minik markalı avtomobil **-UF-*** dövlət qeydiyyat nişanlı, X17 minik markalı avtomobillə toqquşmuşdur. İşdə olan 09 noyabr 2020-ci il tarixli, 172 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi protokolundan görünür ki, Cavabdeh1 hadisə zamanı sərxoşluq əlamətləri aşkar olunmamışdır. İşdə olan 09 noyabr 2020-ci il tarixli, 218 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, X4 hadisə zamanı sərxoşluq əlamətləri aşkar olunmamışdır. İşdə olan 11 noyabr 2020-ci il tarixli, 485 nömrəli ekspert rəyində göstərilmişdir ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət: sol mil sümüyünün tipik yerdən yerdəyişmiş sınığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət eldiyi vaxtdan bir qədər əvvəl olmaqla, qərarda göstərilən 09.11.2020-ci il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağırzərər vurmaya aiddir. İşdə olan 11 noyabr 2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus “Lada Priora” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiz zərər ümumilikdə 3365 manat təşkil edir. İşdə olan 11 noyabr 2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, X8 məxsus “Toyota Prado” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiz zərər ümumilikdə 6485 manat təşkil edir. İşdə olan 25 noyabr 2020-ci il tarixli, 109532 nömrəli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, X16 Prado minik markalı avtomobilə ümumilikdə 5245 manat məbləğdə zərər dəymişdir. İşdə olan 03 dekabr 2020-ci il tarixli, 8/2176 nömrəli ekspert rəyində göstərilmişdir ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21723 markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 7-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda Toyota Land-Cruiser-Prado markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yrtindən olduğu məsafənin müvafiq olaraq 31.8-41.6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Toyota Land-Cruiser-Prado markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin müvafiq olaraq 31.8- 41.6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində X2 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan 06 dekabr 2020-ci il tarixli protokolda göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 260-161-ci maddələrinin tələblərinə riayət etməklə material üzrə araşdırmanın düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə Toyota Land- Cruiser-Prado markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 iştirakı ilə 09.11.2020-ci il tarixdə təxminən saat 12.10 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bucaq kəndinin ərazisindən keçən 124-cü km-də, Oğuz şəhəri istiqamətindən Şəki rayonu istiqamətində hərəkət edərkən onun hərəkəti üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobilin toqquşma yerindən hansı məsafədə olduğunu göstərməsi təklif olundu. X2 göstərdiyi yerdən müvafiq ölçülər aparıldı və müəyyən olundu ki, Cavabdeh1 idarə etdiyi Vaz 21723 markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət üçün təhlükə yaratdığı anda X5 idarə etdiyi Toyota Land- Cruiser-Prado markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşma yerindən 14,5 metr aralıda olmuşdur. İşdə olan 08 dekabr 2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında” qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.1975-ci ildə Xocal rayonunun Dəhrav kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Xocalı rayonunun Kosalar kəndində qeydiyyatda olmaqla Oğuz rayonun Azərbaycan 60 qəsəbəsində yaşayan Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilməsi, Vət. Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 332.1 -ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilməsi, Vət. X5 hərəkətlərində Azərbaycan Respublikaslı CM-nin 263-cü maddəsində nəzərdə tutulan cianyət əməlinin tərkibi əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması qərara alınmışdır. İşdə olan 09 noyabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Quliyev X9-İsmayıllı-Şəki yolunun 124-cü km-da törətdiyi inzibati xətaya görə İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. İşdə olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri A.R.Ömərova tərəfindən təsdiq edilmiş 08 yanvar 2021-ci il tarixli, sığorta aktından görünür ki, sığorta predmeti olan Vaz 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X6 1500 (bir min beş yüz) manat sığorta ödənişi verilmişdir. İşdə olan "xxxx" ASC-nin İdarə Heyətinin sədri A.R.Ömərova tərəfindən təsdiq edilmiş 08 yanvar 2021-ci il tarixli, sığorta aktından görünür ki, sığorta aktından görünür ki, sığorta predmeti olan Vaz 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X8 5000 (beş min) manat sığorta ödənişi verilmişdir. İşdə olan Əmlak Ekspert Mərkəzinin 10 yanvar 2022-ci il tarixli ƏEM/Y-19-019/22 nömrəli rəyindən görünür ki, buraxılış ili 2006-cı il olan, qara rəngli ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin 09.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınmış ehtiyat hissələrinin qiyməti hazırki bazarla qiymətləri neçə manatdır və həmin qəza ilə bağlı ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin təmiri üçün usta xərcinin dəyəri 1030 manat + 4215 manat = 5245 manat. Buraxılış ili 2006-cı il olan, qara rəngli ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin 09.11.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınmış ehtiyat hissələrinin qiyməti və həmin qəza ilə bağlı ** UF *** dövlət qeydiyyat nişanlı X17 Prado markalı avtomobilin təmiri üçün sərf ediləcək usta xərci işdə olan 25.11.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda göstərilən məbləğ yuxarıda göstərilən cədvəllərə uyğundur. İşdə olan 13 yanvar 2021-ci il tarixli, 001XOH********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X5 hesabına 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. İşdə olan 13 yanvar 2021-ci il tarixli, 001XOH********** nömrəli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 1500 (bir min beş yüz) manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh1 09 noyabr 2020-ci il tarixdə etibarnaməsi olmadan idarə etdiyi "xxxx" ASC-də sığortalanmış VAZ 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili "X17 Prado" markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə hadisə iştirakçıları yaralanmış və hər iki avtomobilə zərər dəymişdir. İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh1 iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Cavabdeh2 ona məxsus olan VAZ 21723 markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün tanışı Cavabdeh1 etibarnamə olmadan vermişdir. Göründüyü kimi Cavabdeh2 qanunvericiliyə zidd olaraq ona məxsus olan avtomobilini etibarnamə olmadan Cavabdeh1 idarə etməsi üçün vermişdir. Göründüyü kimi baş vermiş hadisə Cavabdeh1 tərəfindən törədilərək, zərərçəkmiş şəxslərə və avtomobilə onun tərəfindən ziyan vurulsa da Cavabdeh2 etibarnamə olmadan qanuna zidd olaraq avtomobilini idarə etmək üçün verməklə onun özü də vurulmuş ziyan üzrə mülki məsuliyyət daşımalı olmuşdur. Bu səbəbdən də məhkəmə iddia tələbini Cavabdeh2 aid olan hissə də əsaslı hesab edir. Buna görə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi (5000 manat + 1500 manat = 6500 manat) 6500 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən ödənildiyindən iddiaçı təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia təmin edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Həmçinin iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 100 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 6500 (altı min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" ASC-nə ödənilsin. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 100 manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi andan 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №e-2(075)-113/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-113/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver