Məhkəmə qərarları › İş №e-2(075)-1135/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1135/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1135/2024 11.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız hesablanmış 1674 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Ona məxsus olan evdə X1 edildiyinə görə küçədə MA tipli 19221999 nömrəli elektrik sayğacı quraşdırılmışdır. 28 fevral 2024-cü il tarixdə ona X2 zəng etmişlər və onu X3 satış şöbəsinin müdiri İntiqam müəllimin çağırdığını bildirmişlər. O İntiqam müəllimin yanına getmiş və ona onun evində kənar xətt aşkarlandığını və ona görə də cərimə edildiyini, pulu ödəməli olduğunu bildirmişlər. O da ona ona heç bir vaxt kənar xəttin olmadığını bildirmişdir. Lakin ona, gecə saatlarında əməkdaşlarının onların evdə kənar xətt aşkarlaqlarını bildirmişdir. Onun yaşadığı evdə də mühafizə kameraları quraşdırılıb və o dərhal evə gələrək mühafizə kameralarına baxmışdır. Həmin vaxtı görmüşdür ki, xx.xx.2024-cü il tarixdə gecə saat 01:18 radələrində X5 Şəbəkəsinin 3 nəfər əməkdaşı onun yaşadığı fərdi yaşayış evinə yaxınlaşaraq divara dırmaşır və orada nə isə edirlər. Həmin şəxslərdən biri X5 Şəbəkəsinin Turan adlı əməkdaşıdır. Digər iki şəxsi isə tanımamışdır. Göründüyü kimi X5 Şəbəkəsinin 3 əməkdaşı gecə saat 01:18 radələrində qanunsuz olaraq onun evinə gələrək qanunsuz olaraq sayğacına müdaxilə edərək barəsində qanunsuz saxta rəy tərtib etmişlər. Halbu ki, gecə saatlarında iş vaxtından sonra onların onun yaşadığı evə sərxoş vəziyyətdə gələrək qanunsuz olaraq sayğacına müdaxilə etmiş və saxta akt yazmışlar. Qanunvericiliyin tələbinə əsasən yoxlamr iş vaxtı tam qanuni şəkildə iki nəfər hal şahidinin iştirakı ilə keçirilməlidir. Lakin ondan xəbərsiz gecə saatlarında onun yaşadığı evə gələrək ona məlumat vermədən, hal-şahidləri dəvət etmədən saxta akt tərtib etmişlər. Halbu ki, onun yaşadığı evdə heç bir kənar xətt olmayıb və o nümunəvi vətəndaş kimi hər ay sayğacın sərfiyyatını ödəmişdir. Göründüyü kimi X5 Şəbəkəsinin əmıkdaşları tərəfindən saxta 28 fevral 2024-cü il tarixdə 038409 nömrəli AKT tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacına baxış keçirilən zaman məlum oldu ki, sayğacı qidalandıran “SİPxətt” giriş hissəsindən izolyasiya olunaraq kənar xətt götürülmüş və fərdi evdə kənar xəttdən istifadə olunur. Baxış zamanı tərəflərindən ölçü aparılmışdır. Halbu ki, onun tərəfindən heç bir kənar xətt qoşulmamış və bunu təsdiq edə biləcək heç bir sübut akta əlavə edilməmişdir. Hesab edir ki, elX1 qaydalarının pozulması haqqında tərtib edilmiş akt və həmin akt əsasında hesablanmış 1674 manat məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Lakin cavabdeh "xxxx" ASC məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsində göstərmişdir ki, İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının ünvan 2ndə yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında **********16061 saylı kodla İddiaçı adına istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları H.Kazımov və A.Verdiyev tərəfindən ünvan 2ndə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacı qidalandıran “SİPxətt” giriş hissəsindən izolyasiyası pozularaq kənar xətt götürülməklə bir başa X1 olunuğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "X1 Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 28 fevral 2024-cü il tarixli, NDM 038409 saylı akt tərtib olunmuşdur. 28 fevral 2024-cü il tarixli, NDM 038409 saylı saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat), 0.09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 12106 kvt.s (dəyəri 1573.78 manat) toplamda 1673.78 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, sayğacdan kənar xəttdən istifadə etmir. Lakin "xxxx" ASC-nin əməkdaşları ona sayğacdan kənar xəttdən istifadə etdiklərini iddia edib akt yazaraq cərimə yazmışdırlar. Kənar xətti özləri çəkmişlər. Ona məxsus fərdi yaşayış evində quraşdırılmış vidomüşahidə kameralarında da, "xxxx" ASCnin əməkdaşlarının gece saatlarında qanunsuz olaraq onun sayğacına müdaxilə etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********41203 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********16061 saylı kod altında 01 yanvar 2006-cı il tarixdən istehlakçı kimi qeydiyyatdadır. 28 fevral 2024-cü il tarixli, NDM 038409 saylı aktdan görünür ki, EEİQ-na uyğun olaraq fərdi evə məxsus elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacı qidalandıran “SİPxətt” giriş hissəsindən izolyasiyası pozularaq kənar xətt götürüldüyü və fərdi evdə kənar xəttdən istifadə olunuğu aşkar edilmişdir. 07 mart 2024-cü il tarixli, əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlerinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə icra vərəqindən görünür ki, İddiaçı kənar xəttdən istifadəyə görə hesablanmış məbləğ 1673.78 manat təşkil edir. İddiaçının ünvanında yerləşən sayğaca keçirilən baxış zamanı lentə alınmış SD diskdən görünür ki, abonent sayğacdan kənar xətt çəkərək ondan istifadə etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Qaydaların” 8.2-ci bəndinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaydaların” 8.14-cü bəndinə əsasən, İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. “Qaydaların” 8.15-ci maddəsinə əsasən Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. “Qaydaların” 8.26-cı bəndinə əsasən, Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. “Qaydaların” 8.28-ci bəndinə əsasən esablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ünvan 2 ünvanında yerləşən evdə yaşadığı fərdi yaşayış evi Şəki EŞ-nin enerji satış bazasında **********16061 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları H.Kazımov və A.Verdiyev tərəfindən ünvan 2ndə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacı qidalandıran “SİPxətt” giriş hissəsindən izolyasiyası pozularaq kənar xətt götürüldüyü və fərdi evdə kənar xəttdən istifadə olunuğu aşkar edilmişdir. İddiaçının onun evində qoyulmuş sayğaca daxil olan elektrik xəttinə sayğacdan əvvəl ayrıca kənar xətt çəkərək istifadə etməsi cavabdehin məhkəməyə təqdim etdiyi SD diskində olan çəkilişlə sübut olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının kənar xəttdən istifadə etməsi nəticəsində itirilmiş elektrik sərfiyyatı kimi 1673.78 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 28 fevral 2024-cü il tarixli, NDM 038409 saylı aktdan görünür ki, sayğaca baxış keçirimiş, baxış zamanı məlum olmuşdur ki, abonent, yəni İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qanunsuz olaraq istifadə edir. Bunun nəticəsində də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq 28 fevral 2024-cü il tarixli, NDM 038409 saylı akt tərtib olunmuşdur. Bundan başqa İddiaçı məhkəmə iclasında verdiyi izahatı ilə ona məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacınadan kənar xəttə qoşulması öz təsdiqini tapsa da, sayğacdan kənar xəttin ona məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edilərək başqa şəxslər tərəfindən çəkilməsini sübut edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh Azərişıq ASC tərəfindən ona əsassız hesablanmış 1674 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cavabdeh Azərişıq ASC tərəfindən ona əsassız hesablanmış 1674 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar