Məhkəmə qərarları › İş №e-2(075)-1158/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1158/2024

24.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1158/2024 24.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən akt əsasında **********10010 abonent koduna vurulmuş 846,72 (səkkiz yüz qırx altı manat yetmiş iki qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanında 3 nəfər ailə üzvü ilə birgə yaşayır. 21 oktyabr 2022-ci il tarixdə yaşadığı evə Cavabdeh tərəfindən “Zenner” tipli G-4 **********3 nömrəli qaz sayğacı quraşdırılmış və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli Akt tərtib edilmişdir. O həmişə qaz sayğacının göstəricisi əsasında istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. 20 noyabr 2022-ci il tarixdə qaz sayğacında sızma hiss etmiş və Cavabdeh “104-Qaz-qəza xidmətinə” zəng etmişdir. 21 noyabr 2022-ci il tarixdə təşkilatın nümayəndələri yaşadığı ünvana gələrək, müvafiq işlər görərək qaz sızmasının qarşısını almışlar. 08 dekabr 2022-ci il tarixdə istifadəsində olan “Zenner” tipli G-4 **********3 nömrəli qaz sayğacı açılaraq “Zenner” tipli G-4 **********0 nömrəli yenisi ilə əvəz olunmuş və əməkdaşlar köhnə sayğacın laboratoriyaya göndəriləcəyi bildirilmişdir. O buna etiraz etməmişdir. Əvvəlki kimi yenə aylıq qaz sərfiyyatı üzrə ödənişləri etmişdir. xx.xx.2024-cü il tarixdə Zaqatala rayonu Qaz İstismar İdarəsinin Şəki şəhəri Xidmət sahəsi üzrə yaşadığı əraziyə nəzarət edən işçisinin qaz sayğacında olan məlumatların bildirişə düzgün əks etdirməməsi səbəbindən Şəki şəhəri Xidmət sahəsinə yaxınlaşmış və məlumat vermişdir. Yalnız bundan sonra sözügedən təşkilatın məsul işçiləri 27 mart 2023cü il tarixdə ona təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı akt tərtib edildiyini və akta əsasən 846,72 (səkkiz yüz qırx altı manat 72 qəpik) məbləğində dəymiş ziyanın tərəfindən ödənilməli olduğu bildirilmişdir. Onun bununla bağlı hər hansı bir məlumatı olmadığını bildirərək buna qəti şəkildə etiraz etmiş və həmin dəymiş zərərlə bağlı müvafiq sənədləri Zaqatala rayonu Qaz İstismar İdarəsinin Şəki şəhəri Xidmət sahəsindən tələb etmişdir. Məsul işçilər həmin sənədləri ona təqdim etmişlər. Sənədləri aldıqdan sonra əməkdaşlardan bununla bağlı niyə ona məlumat verilmədiyini, aylıq qaz sərfiyyatı üçün ödəniləcək bildirişlərdə dəymiş ziyanla bağlı hər hansı məlumatın verilmədiyini bildirdikdə onlar ona həmin məbləğin hələ bazaya oturmadığını və bu səbəbdəndə bildirişlərdə əks etdirilmədiyi kimi absurd fikirlər səsləndirdilər. Abonentin saldosundan görünür ki, qaz sayğacının göstəricisi əsasında istifadə etdiyi qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Ona əsassız və qanunsuz olaraq 846,72 (səkkiz yüz qırx altı manat 72 qəpik) manat məbləğində borc yazılıb. Dəymiş ziyanın bərpasına dair tələbnamədə Zaqatala rayonu Qaz İstismar İdarəsinin baş mühəndisi Taleh Həsənov tələbnaməni xx.xx.2023-cü il tarixdə imza və möhürlə təsdiq etmiş, tələbnamənin təsdiq edilməsinə əsas verən sənəd xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktı qeyd etmişlər. 18 mart 2023-də imza və möhürlə təsdiq edilən sənədə 9 gün sonra tərtib ediləcək akt əsas götürülmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda aktın doğruluğunu imza edənlərin siyahısında onun imzasının qarşısına “imtina etdi” yazısı qeyd olunmuşdur. Halbuki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt və digər sənədlər ona məlumat verilmədən, onun iştirakı olmadan tərtib edilmişdir. Sözügedən akt tamamilə saxta tərtib etmişdir. Əgər Cavabdeh İB işini düzgün aparsaydı sayğacı sökərkən onun iştirakı ilə video çəkiliş aparmalı və ən azından sayğac sökülərkən əməkdaşlar tərəfindən ona aktda qeyd olunan nöqsanların olması barədə məlumat verərdi. Nədənsə bütün bu nöqsanlar sayğac labarotoriyaya gedərkən aşkarlanıb. Ona görə də akt əsasında ona hesablanmış 846,72 (səkkiz yüz qırx altı manat 72 qəpik) manat məbləğində borcu əsassız və qanunsuz hesab edir. Ona əsassız olaraq 846,72 (yeddi yüz yetmiş doqquz) manat məbləğində borc hesablanıb. Onun qaz sayğacına hər hansı şəkildə müdaxiləsi olmamışdır. Onun günahı olmadan qeyd edilən məbləğdə əsassız olaraq borcun hesablanması onun yaşam şəraitini ağırlaşdırır. "Cavabdeh ona haqsız olaraq əlavə borc hesablamışdır. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı adına rəsmiləşdirilmiş **********10010 saylı qaz hesabında 846.72 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********3 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, sayğacda müdaxilə faktı aşkar edildiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********0 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5- 2064-1 saylı aktında göstərilmişdir ki, sayğacın gövdəsi və membranı kənar təsir nəticəsində deşilib sonra isə gövdənin deşikləri örtülüb və ətrafı boya ilə boyanıb. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 49 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 7056 m3 (və ya 846.72 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqaisə etdiyimiz təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 846.72 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, X2 **********10010 saylı qaz hesabında 2023-cü il tarixdə ödənilməmiş 846.72 (səkkiz yüz qırx altı manat yetmiş iki qəpik) manat borc vardır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 yaşadığı Şəki rayonu, Salman Mümtaz küçəsində yerləşən evində qaz işlədicilərindən G4 markalı **********3 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 6m³ günlük iş rejimi 24 saat, hesabat müddəti 49 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 7056 m3 müəyyən edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin MSK-14-2-2/3-5-2064-1 saylı aktına əsasən sayğacın gövdəsinin və membranı kənar təsir nəticəsində deşildiyi, sonra isə gövdənin deşiklərinin örtüldüyü və ətrafının boya ilə bağlandığı aşkar edilmiş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-2064-1 nömrəli aktdan görünür ki, **********3 nömrəli sayğaca baxış keçirilmişdir. Sınaq qurğusunda sayğac minimal və normal sərfiyyatda 100 % nisbi xətayla işləyib. Sayğacın gövdəsi tərəflərindən kesilmiş və məlum olmuşdur ki, sayğacın gövdəsi və membranı kənar təsir nəticəsində deşilmiş, sonra isə gövdənin deşiklərinin örtülmüş və ətrafı boya ilə boyanmışdır. Xətalar normadan artıqdır. Hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Ssayğac istismara yararsızdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, X2 ünvanında istismarda olmuş “Elester” tipli, “G-4” markalı, 10281756 nömrəli sayğac çıxarılmış, əvəzində yeni “Zenner” tipli, **********3 nömrəli sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X3 həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın gövdəsinin və membranın kənar təsir nəticəsində dəşilməsi, sonra isə gövdənin deşiklərinin örtülməsi və ətrafının boya ilə bağlanması” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın gövdəsinin və membranın kənar təsir nəticəsində dəşilməsi, sonra isə gövdənin deşiklərinin örtülməsi və ətrafının boya ilə bağlanması” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı X2 təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X5 İdarəsinin rəisinin aktı “sayğacın gövdəsinin və membranın kənar təsir nəticəsində dəşilməsi, sonra isə gövdənin deşiklərinin örtülməsi və ətrafının boya ilə bağlanması” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X5 İdarəsinin X3 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 846,72 (səkkiz yüz qırx altı manat yetmiş iki qəpik) manat məbləğində hesablanmış borc X2 hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı X3 dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 846,72 (səkkiz yüz qırx altı manat yetmiş iki qəpik) manat məbləğində hesablanmış borc X2 hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar