Məhkəmə qərarları › İş №e-2(075)-116/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-116/2023

26.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-116/2023 26.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli, 103/21 saylı ekspert rəyinin etibarsız hesab edilməsi, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(075)-913/2020 saylı qətnaməsinin icra ilə əlaqədar Cavabdeh1 MMC-nin 25 iyun 2021ci il tarixli 103/21 saylı ekspert rəyinə istinad edilməklə Cavabdeh4 02 iyul 2021-ci il tarixli təklifinin qanunsuz hesab edilməsi, həmin təklif əsasında ailələrinin mülkiyyətində olmuş, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin Cavabdeh2 adına qeydə alınmasına dair 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəli çıxarışın ləğv edilməsi, iddianın qaldırılması ilə bağlı 100 manat dövlət rüsumunun və 500 manat ekspertə ödənilmiş rüsumun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinin ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraatına xitam verilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 həmkəndlisidir. Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə ailələrinə Şəki rayonu Cəyirli kəndindən 3.56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1.50 ha hissəsindən Cavabdeh2 istifadəsinə icazə verilmiş, lakin aralarında alqı-satqı və ya icazə müqaviləsi bağlanmamışdır. Cavabdeh2 həmin torpaq sahəsi müqabilində 6500 manat pul ödəmiş, sonra isə verdiyi pulun qaytarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi ilə ondan, həmçinin digər ailə üzvləri X4, X10, X11, X12 və X3 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq Cavabdeh2 verilməsi qət edilmiş, qətnamə əsasında icra sənədi Cavabdeh4nə göndərilmişdir. Görülmüş icra tətbirləri nəticəsində icra sənədinin icrası məqəsdi ilə borc məbləği mülkiyyətlərində olan, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinə yönəldilmiş, torpaq sahəsinin dəyəri Cavabdeh1 MMC tərəfindən 4000 manat müəyyən edilmişdir. O, rəylə tanış olmamışdır. Sadəcə Cavabdeh2 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğinin torpaq sahəsi ilə əvəzlənməsini bildirmiş, ailə üzvləri də razılaşmışdır. Cavabdeh4 təklifi əsasında qeyd edilən torpaq sahəsi DƏDRX-nin 12 saylı ərazi idarəsi tərəfindən 21 aprel 2022-c il tarixdə **********92 inventar nömrəsi ilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd olunan rəsmiləşdirmədən sonra Cavabdeh2 atası ilə arasında olan razılaşmadan kənara çıxaraq qalıq 2500 manat pulu tələb etməyə başladığı üçün həmin borc atasının pensiyasına yönəldilmiş və pensiyasından tutulmaqdadır. O, bununla razılaşmamış və digər qiymətləndirmə təşkilatına müraciət etmiş, nəticədə qeyd edilən torpaq sahəsinin dəyərinin Cavabdeh1 MMC tərəfindən qanunsuz olaraq aşağı qiymətləndirildiyi ona məlum olmuşdur. Belə ki “Kristal” MM qiymətləndirmə təşkilatının rəyinə əsasən mülkiyyətlərində olan, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin dəyəri 20000 manat olduğu müəyyən edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi ilə qət edilmiş 6500 manat pulu ödəməyə hazırdır. Hesab edir ki, tələbi qanuni və ədalətlidir. İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı hazırki məhkəmə iclasına gəlməmiş və cavabdehər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC və DƏDRX-nin 12 saylı Ərazi İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını xahiş etməsini və MPM-nin maddəsinin tələblərini nəzərə alaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Lakin İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun ifadə vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Şəki rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi əvvəlki məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, Şəki rayonu İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləmiş, Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı icra sənədi icra edilməsi üçün icraatına daxil olmuş, icra sənədi üzrə ləbin icrası üçün borclulara könüllü icra müddəti təyin edilmiş, müəyyən edilmiş vaxt icra sənədi borclular tərəfindən icra edilmədiyi üçün tərəfindən məcburi icra tədbirlərinə başlanılmışdır. İlk olaraq icra sənədi üzrə borcun tutulması ilə bağlı onların adına hər hansı pul vəsaitinin olub-olmamasını müəyyənləşdirmək üçün banklara sorğular göndərilmiş lakin cavabdehlərin adına banklarda heç bir vəsaiti müəyyən edilməmişdir. Daha sonra cavadehlərin adına daşınar və daşınmaz əmlakın olub-olmamamsının müəyyən edilməsi ilə sorğu göndərimiş və mübahisə predmenti olan torpaq sahəsinin olması barədə onlara məlumat verilmişdir. İcra sənədi üzrə tələbin həmin torpaq sahəsinə yönəldilməsi ilə bağlı tədbirlərə başlanılmış, məhkəmə qərardadı ilə mübahisə predmenti olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Topaq sahəsi Cavabdeh1 MMC tərəfindən 4000 manat məbləğində qiymətləndirilmiş və cavabdehlər tərəfindən tələbkara ödənilməli olan 6500 manat borcun 4000 manat hissəsi cavabdehlərə məxsus torpaq sahəsi ilə əvəzləşdirilmiş, qalan borcun cavabdehlərdən alınaraq tələbkara verilməsini təmin etmək üçün tələb borclu X1 pensiyasına yönəldilmişdir. İddiaçı iddia tələbi ilə razı deyil və təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Şəki rayonu Cəyirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər də həmin kəndin sakinləri olmuşlar. Respublikada torpaq islahatı gedən zaman digər həmkəndlilər kimi cavabdehlərə də kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Belə ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə X4, X10, X12, X11, İddiaçı və X8 Şəki rayonu Cəyirli kəndində 3.56 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Cavabdehlərin həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-114 saylı, 40412018 kodlu Dövlət aktına əsasən təsbit edilmişdir. Cavabdehlər həmin torpaq sahəsini təhvil aldıqdan bir müddət sonra təxminən 1998-ci ilin sonlarında həmin torpaq sahəsinin 1.50 ha hissəsini ona satmışlar. O, torpaq sahəsinin dəyəri olan 6500 manat pul ödəmiş, 1.50 ha torpaq sahəsi tam həcmdə ona təhvil verilmişdir. Həmin vaxtdan hal-hazıradək qeyd edilən daşınmaz əmlak onun sahibliyi və istifadəsi altında olmaqla, faktiki olaraq onun mülkiyyətindədir. Onun həmin torpaq sahəsi ilə bağlı cavabdehlər və digər şəxslər tərəfindən hal-hazıradək heç bir problem yaranmamışdır. Lakin torpaq sahəsinin rəsmi mülkiyyətçisi kimi tanınması onun mənafeyinə toxunmuşdur. Bununla bağlı dəfələrlə cavabdehlərə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehlərlə aralarında 1998-ci ildə alqı-satqı müqaviləsi bağlansa da notarial qaydada rəsmiləşdirilməmişdir. Müqavilənin rəsmi qaydada bağlanmasından isə cavabdehlər müxtəlif bəhanələrlə yayınmışlar. Buna görə də cavabdehlərdən topraq sahəsini alarkən ödədiyi 6500 manat pulun tələbinə dair məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi ilə İddiaçı, X4, X10, X11, X12 və X3 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq ona verilməsi qət edilmiş, qətnamə əsasında icra sənədi Cavabdeh4nə göndərilmişdir. Görülmüş icra tətbirləri nəticəsində icra sənədinin icrası məqsədi ilə borc məbləği cavabdehlərin mülkiyyətlərində olan, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinə yönəldilmiş, torpaq sahəsi icra mərhələsində Cavabdeh1 MMC tərəfindən 4000 manat məbləğində müəyyən edilmişdir. O, cavabdehlər tərəfindən ona ödənilməli olan 6500 manat borcun 4000 manat hissəsinə münasibətdə torpaq sahəsi ilə əvəzlənməsinə razılıq vermiş və qalan borcun cavabdehlərdən alınaraq mənə verilməsini tələb etmişdir. Buna görə də icra sənədi üzrə icra edilməmiş tələb borclu X1 pensiyasına yönəldilmişdir. İddiaçının iddiası əsassızdır. Onun qeyd etdikləri həqiqəti əks etdirmir. İddiaçı və onun atası ilə Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsi üzrə borc məbləğinin topaq sahəsi ilə əvəzləşdirilməsi kimi aralarında heç bir razılışq olmamışdır. Sözügedən topaq sahəsi Cavabdeh1 MMC tərəfindən 4000 manat məbləğində qiymətləndirilmiş, iddiaçı və atası X4 da həmin rəylə razılıqlarını nümayiş etdirmişlər. Əgər ekspert rəyi ilə razı olmasaydılar təkrar ekspertizanın keçirilməsi ilə bağlı tələb irəli sürmüş olardılar. Bütün bunlara görə hesab edirəm ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Odur ki, qeyd etdiklərimi nəzərə alaraq işə mahiyyəti üzrə baxıb İddiaçı ona və digər cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsinə, Cavabdeh1 MMC-yə və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən İddiaçı, cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, digər Cavabdeh2 izahatını dinləyib, hesab edir ki, iddia ekspert rəyi əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi hissəsində təmin edilməməlidir. Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(075)-913/2020 saylı qətnaməsinin surətindən görünür ki, X4, X10, X11, İddiaçı, X12 və X3 müştərək qaydada 6500 (altı min beş yüz) manat pul alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi X4, X10, X11, İddiaçı, X12 və X5 ümumi birgə mülkiyyətində olmuşdur. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AA seriyalı, 585393 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli, 103/21 nömrəli ekspert rəyinin surətindən görünür ki, X6, X8, X7, X9, X2, İddiaçı məxsus Şəki rayonu, Cəyirli kəndində yerləşən 1.7247 ha torpaq sahəsi 4000 (dörd min) manata qiymətləndirilmişdir. “Kristal MM” Qiymətləndirmə şirkətinin 21 iyun 2022-ci il tarixli, 1005/22 nömrəli rəyinin surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsində salınmış üzüm bağının 21 iyun 2022-ci il tarixə olan təqribi dəyəri 20000 (iyirmi min) manat təşkil edir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/10078 nömrəli arayışın surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsinin 16 fevral 2021-ci il tarixinə bazar dəyəri 4300 (dörd min üç yüz) manat təşkil etmişdir. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/798 nömrəli arayışın surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsinin 01 aprel 2022-ci il tarixinə bazar dəyəri 4300 (dörd min üç yüz) manat təşkil etmişdir. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi 21 aprel 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş AN seriyalı, 725914 nömrəli Torpaq sahəsinin plan və ölçüsünün surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1.7247 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Göstərilən Qanunun 34.1 və 34.1.1 maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anlarından biridir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Göstərilən Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Sözügedən Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Yuxarıda qeyd edilən Qanunun 43.8-ci maddəsinə görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İş materiallarında olan sübutlardan məlum olur ki, İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında vermiş olduğu izahatında iddianın təmin olunmasını, cavadeh Cavabdeh2 və Şəki rayonu İcra və Probasiya Şöbəsinin nümayəndəsi isə iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia tələbi Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraatına xitam verildiyindən məhkəmə hesab edir ki, qalan hissə iddia tələbi təmin edilməməlidir. Belə ki, göründüyü kimi ekspert rəyinin etibarsız hesab edilməsi və onun əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi iddia tələbləri əlaqəli olmaqla birbirini tamamlayır. Ekspert rəyi əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi ekspert rəyinin qüvvədə olması səbəbindən mümkün olmayacaqdır. Həmin hissə iş üzrə icaraata Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə xitam verildiyindən iddia qalan hissədə rədd olunmalıdır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Şəki rayonu İcra və Probasiya Şöbəsi, Cavabdeh1 MMC, Cavabdeh2 və DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı ekspert rəyi əsasında edilmiş hərəkətlərin qanunsuz hesab edilməsi, yəni Şəki Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli 2(075)-913/2020 saylı qətnaməsinin icra ilə əlaqədar Cavabdeh1 MMC-nin 25 iyun 2021-ci il tarixli 103/21 saylı ekspert rəyinə istinad edilməklə Cavabdeh4 02 iyul 2021-ci il tarixli təklifinin qanunsuz hesab edilməsi, həmin təklif əsasında ailələrinin mülkiyyətində olmuş, Şəki rayonu Cəyirli kəndində yerləşən 1,7247 ha torpaq sahəsinin Cavabdeh2 adına qeydə alınmasına dair 21 aprel 2022-ci il tarixdə **********92 inventar nömrəli çıxarışın ləğv edilməsi, 500 manat ekspertə ödənilmiş rüsumun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması tələbinə dair hissədə rədd olunsun. Şəki Rayon Məhkəməsinin 2(075)-116/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə ekspert rəyinin etibarsız hesab edilməsi hissəsində iş üzrə icraatına xitam verilməsi nəzərə alınsın. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şəki Rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar