Məhkəmə qərarları › İş №e-2(075)-1160/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1160/2024

27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1160/2024 27.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla “ölümün faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X5 10 mart 1986-cı il tarixdə yaşadıqları ünvan 1 ünvanında vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun atası X9 vəfatından sonra ondan miras olaraq ünvan 1 ünvanında fərdi yaşayış evi qalmışdır. O, həmin evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Lakin həmin mirası adına rəsmiləşdirmək istədikdə vaxtından əvvəl həyatdan köçmüş bacısı X5 ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Belə ki, bacısı X12 10 mart 1986-cı il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Qeyd edilən hadisədən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən bacısı Təranəyə vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra əmlakla bağlı lazımi sənədləri hazırlayarkən bacısının ölüm haqqında şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Bacısı Təranənin ölüm faktı təsdiq edilməli olduğundan həmin səbəblə Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, onun ölümü barədə Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də anası X5 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclaslarında iştirak edən ərizəçi İddiaçı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X21 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - Şəki Regional “Asan Xidmət” X10 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki Rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X5 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Şəki Regional Cavabdehndə Qeydiyyat şöbəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, 3-16-5/8-69-C-512/2024 saylı arayışdan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X3 atası X14, anası X4r. - xx.xx.2024-cü il tarixli, AZ-İİ 404944 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2014-cü il tarixdə fəvat etməsi ölüm haqqında akt qeydləri kitabında 513 nömrə ilə qeyd edilmişdir. - RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X9 adına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində, ********** nömrə ilə qeyd alınmışdır. - Şəki şəhəri “Topqarağac” Məhəllə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 44 saylı vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri, “Topqarağac” məhəlləsi, M.Abbasov küçəsi 4 saylı evdə yaşamış X14 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və onun vərəsələri Məcidova (Cəfərova) Svetlana Məhyəddin qızı (vəfat edib), X15, Əsədullayeva (Cəfərova) Tamella Məhyəddin qızı (vəfat edib), X12 (vəfat edib) və Ağayeva (Cəfərova) Mahirə Məhyəddin qızıdır. X1 xx.xx.1961-ci il tarixdə vəfat etmişdir. - Şəki şəhəri “Topqarağac” Məhəllə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X12 həqiqətən, 1986-cı ilin mart ayında vəfat etmiş, Şəki şəhərində yerləşən Qışlaq ərazisində “Narlı” Qəbiristanlığında dəfn edilmişdir. - 04 oktyabr 1967-ci il tarixli, АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 1951-ci il təvəllüdlü İddiaçı atası X14, anası X6r. - Şəki RMX X31 xx.xx.2024-cü il tarixli, 18-1-71/2-C-42-4/2024 saylı məktubundan görünür ki, X5 “Şəki RMX” publik hüquqi şəxsdə qeydiyyatı olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. - X8 qəbir və baş daşı rəsmlərindən görünür ki, o, 1958-ci il tarixdə doğulmuş, 1986ci il tarixdə vəfat etmişdir. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, Qinyazla uşaqlıqdan bir yerdə böyüyüblər. Bir məktəbdə oxuyublar. Təranəni tanıyırdı.O, 1985-1986-cı illərdə rəhmətə gedib. Yasında iştirak etmişdir. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində bildirmişdir ki, Qinyazla qonşudur. Təranə onunla paralel sinifdə oxuyub. O, 1986-cı ildə vəfat edib. Narlı qəbiristanlığında dəfn olunub. - xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirmişdir ki, Qinyazla qonşudur. Bacısı Təranə 1986-cı ildə vəfat edib. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ərizəçinin bacısı X12 1958-ci il tarixdə anadan olmuş, 1986-cı il tarixdə vəfat etmişdir. X5 1986-cı il tarixdə vəfat etməsi arayışla, şahid ifadələri ilə, mərhumunun qəbrinə aid foto şəkillərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona bacısının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi bacısının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, daşınmaz əmlaka dövlət reyestrindən çıxarış ala bilmirlər. Bundan başqa məhkəmə qeyd edir ki, ərizəçi eyni zamanda tələbində mərhum X5 yaşadıqları ünvan 1 ünvanında fəvat etməsi faktının müəyyən edilməsini xahiş etsə də, X5 həqiqətən də, ünvan 2 ünvanında vəfat etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X5 1986-cı il tarixdə vəfat etməsi qeyd edilməsi hüquqi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. X5 1986-cı il tarixdə vəfat etməsi hüquqi faktı müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar