Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1161/2024 22.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, X1, Maraqlı şəxs: Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə X1 “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; X4 ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1986-cı il təvəllüdlü X7 31 iyul 1996-cı il tarixində vəfat etməsi (ölüm) faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun X13 ilə birgə nikahından 5 övladı olmuşdur. Həmin övladlarından biri xx.xx.1986-cı il təvəllüdlü X11 olmuşdur. O, 31 iyul 1996-cı ildə kəndlərinin yaxınlığından keçən dəmiryol xəttinin ətrafında qoyun otararkən ehtiyatsızlıqdan qatarın vurması nəticəsində rəhmətə getmişdir. Bu barədə o zamanlar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılsa da onlara hər-hansı bir sənəd verilməmişdir. Oğlu yeniyetmə yaşlarında rəhmətə getdiyindən acıları böyük olduğu üçün ölümünə dair sənəd əldə etməmişdirlər. Həmin vaxt düşünürdülər ki, bədbəxt hadisə araşdırıldığından onların sənəd əldə etməklərinə zərurət yoxdur. El adəti ilə yas mərasimi keçirilmiş və kənd qəbirstanlığında basdırılmışdır. Həmin dövrdən bu günə kimi kənd qəbirstanlığında oğlunun qəbri mövcuddur. Beş və daha çox uşaqlı analar güzəştli pensiyaya hüququndan istifadə edə bilərlər. (Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsi Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.) O da, beş uşaqlı ana kimi pensiya hüququndan istifadə etmək məqsədilə müvafiq quruma müraciət edərkən mərhum övladının “Ölüm haqqında şəhadətnamə”si tələb olunmuşdur. Şəhadətnamə olmadığı üçün Ölüm qeydiyyatı jurnalından çıxarış almaq üçün Şəki rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixli arayışla bildirmişdirlər ki, mərhum oğlu barədə ölüm haqqında akt qeydi aşkar olunmayıb. Eyni zamanda məktubla məhkəməyə müraciət etməyini tövsiyə etmişdirlər. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən X4 ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X5 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İşin halları Azərbaycan Respublikası Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 fevral 2024-cü il tarixli 3-16-5/8-İ-xx-xx/2024 №-li arayışdan görünür ki, xx.xx.1986-ci il təvəllüdlü X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1993-1999-cü illər, ölüm haqqında bərpa akt qeydi kitablar isə xx.xx.1987-ci illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi X2 ünvanladığı 01 may 2024-cü il tarixli 18-1-71/2-İ- 153-xx-xx/2024 nömrəli məktubundan görünür ki, X11 1996-cı il tarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X20 müraciət edilməmiş və hər-hansı qeyd aparılmamışdır. Odur ki, ölüm ərizədə göstərdiyi ölüm aktının verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki şəhəri Aşağı Layısqı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 15 nömrəli arayışda göstərilmişdir ki, X7 qəbri bələdiyyənin ərazisində olan qəbiristanlıqda yerləşir. Azərbaycan Respublikası SSR Şəki rayonu Aşağı Göynük kənd soveti tərəfindən verilmiş 14 iyul 1986-cı il tarixli 102 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1986-cı il tarixdə Şəki rayonu Aşağı Layısqı kəndində anadan olmuşdur. İş materiallarına əlavə olunmuş X6 qəbrinin foto şəkillərindən görünür ki, X11 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 3-16-5/8-İ-15-593/2024 nömrəli xx.xx.2024-cü il tarixli göndərilmiş məktubda qeyd olunmuşdur ki, ölümün qeydiyyatının aparılması şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışı əsasında təqdim edilə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, X8 tələbi əsaslıdır. Göründüyü kimi X1 X7 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı ildə anadan olmuş X11 31 iyul 1996-cı ildə ölmüş elan edilməlidir. X1 dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı ildə anadan olmuş X11 31 iyul 1996-cı ildə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1161/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1161/2024
22.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver