Məhkəmə qərarları › İş №e-2(075)-1195/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1195/2022

19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1195/2022 19.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızından 23650 (iyirmi üç min altı yüz əlli) manat borcun, 160,95 manat (bir yüz altmış manat 95 qəpik) dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, ünvan 1 ünvanında tək yaşayır, 87 yaşı vardır. Onun üç qızı, bir oğlu vardır. Övladları ondan ayrı yaşayırlar. Bir qızı Şəki şəhərində yaşayır. Həmin qızı gözündən əlildir. Əvvəllər 30 il Şəki şəhərində molla işləyərək müxtəlif yas mərasimlərini aparmışdır. Həmçinin Şəki şəhərində keçmişdə Şəki şəhər sovetinin deputatı olmuşdur. Bildirmişdir ki, o, bir neçə il əvvəl qonşu binada kirayədə yaşayan Billurə adlı qadınla tanış olmuşdur. Cavabdeh binalarının yaxınlığında meyvə-tərəvəz satan balaca dükanda satıcı işləmişdir. O, tək yaşadığı üçün meyvətərəvəz lazım olduqda Billurəyə bildirmiş, Billurə də ona lazım olan qədər meyvə-tərəvəzi evə gətirmişdir. O, evdə aldığı meyvə-tərəvəzin pulunu Billurəyə vermişdir. Bu səbəbli Billurə demək olar ki, hər gün onların evinə gəlmiş və beləliklə onların çox sıx münasibətləri yaranmışdır. Göstərmişdir ki, 2020-ci ilin dekabr ayında Billurə onların evinə gələrək ona yalvarmışdır ki, maddi imkanı olduqca pisdir, kirayə pulunu verə bilmir, mağazanın kirayəsini ödəyə bilmir ona borc pul verməsini istəmişdir. Billurə ona evinin yarımçıq qaldığını, evinin inşasını başa vurmaq üçün maddi imkanının olmadığını, evinin inşasını başa vururaraq evinə köçəcəyini bildirmişdir. O, ilk öncə Billurəyə pul vermək istəməmişdir. Lakin Billurə ağlayaraq ona o qədər yalvarmışdır ki, axırda ürəyi yumşalmışdır. Lakin o, Billurəyə bildirmişdir ki, o, fərdi yaşayış evi almaq istəyir, yaşadığı mənzil binanın dördüncü mərtəbəsində yerləşdiyindən qalxıb-düşə bilmir. Billurədən onun borcunu necə ödəyəcəyini soruşmuşdur. Həmin vaxtı Billur ona bildirmişdir ki, bacısının əri zabit işləyir. O bankdan kredit alıb Billurəyə verəcək Billurə də onun pulunu bütöv şəkildə qaytaracaqdır. Belə olmuş onun də Billurəyə yazığı gələrək ona 13350 manat pul vermişdir. O, Billurdan hər dəfə pulunu istədikdə ona verəcəyini bildirmişdir. Lakin ona heç bir ödəniş etməmişdir. Göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında Billurə və əri X3 yenidən ona müraciət edərək evinin natamam qaldığını yekunlaşdıra bilmədikləri üçün köçüb yaşaya bilmədiklərini bildirmişdir. Ona görə ondan yenidən pul istəmişdir. O da 2021-ci ilin oktyabr ayından dekabr ayına kimi 3 ay ərzində Cavabdeh hissə-hissə olmaqla 10300 manat borc pul vermişdir. Göstərmişdir ki, o pulu Billurəyə verəndə onların yanında heç kim olmamışdır. Billurəyə inandığı üçün ondan qəbz almamışdır. Göstərmişdir ki, pulları Billurəyə verən zaman yanında heç kəs olmamışdır. Həmçinin pulları Billurəyə verən zaman övladları ilə məsləhətləşməmişdir. Qeyd etmişdir ki, həyatda elə də xam qadın olmamışdır. Belə ki, Şəkidə 33 il yas məclislərinə gedərək məclis idarə etmişdir. Həmçinin Sovet dövründə şəhər sovetinin deputatı da olmuşdur. Cavabdeh dəfələrlə pulunu tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulunu bu günə kimi verməmişdir. Buna görə də Şəki ŞRPŞ-nə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, lakin cinayət işinin başlanılması rədd edilmişdir. Billurə polisdə də ondan pul almadığını bildirmişdir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin məhkəmə iclası zamanı göstərmişdir ki, Billurənin soyadını “Bayramova” kimi bilmişdir. Lakin məhkəmə iclasında məhkəmə portalından çıxarılmış foto şəkilə baxaraq X1 onun pul verdiyi şəxs olduğunu bildirmişdir. Bildirmişdir ki, yəqin ki, Billurə ərinin soyadı olan “Səfərəlyeva” soyadını götürmüşdür. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis baş-leytenantı X5 tərəfindən çıxarılmış 20 mart 2022-ci il tarixli ciayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında başlanılmış HK-1/370 nömrəli toplanmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı müraciətinin mülki xarakterli olmasından onun Şəki Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, Cavabdehr qızının Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, Cavabdehr qızı İddiaçı 23000 manat pul almadığını bildirmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, X2 Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, X3 İddiaçı 23000 manat pul almadıqlrını bildirmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-nin 740.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. X8 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kim məhkəmə iclasında iddiaçı tələb etdiyi 23650 manat pulu cavabdehə hissə-hissə verdiyini bildirmişdir. Lakin iddiaçı məhkəmə iclasında cavabdehə 23650 manat pul verməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı cavabdehə borcun verilməsi barədə hər hansı qəbz və ya müqaviləni işə əlavə etməmişdir. Bundan başqa cavabdeh Bayramova (Səfərəliyeva) X6 ŞRPŞ-də izahat verən zaman İddiaçı 23 650 manat pul almadığını bildirmişdir. Beləliklə məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təmin olunması üçün əsas ola biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmamasını əsas götürərək və iddia tələbinin sübutetmə vəzifəsinin iddiaçının vəzifəsi olduğu barədə mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsaslı deyil, bu səbəbdən də İddiaçı cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızından 23650 (iyirmi üç min altı yüz əlli) manat borcun, 160,95 manat (bir yüz altmış manat 95 qəpik) dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı cavabdeh Bayramova (Səfərəliyeva) Billurə Əlyəs qızından 23650 (iyirmi üç min altı yüz əlli) manat borcun, 160,95 manat (bir yüz altmış manat 95 qəpik) dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 160,95 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar