Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1205/2025 04.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “inzibati orqanın və onun rəisinin inzibati məsuliyyətə cəlb edilməsi” tələbinə dair məhkəməyə daxil olmuş ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Bələdiyyəsinin 2007-ci il 28 fevral tarixli, 15 nömrəli (bənd 1.23) Qərarı ilə ona satılmış Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən 40 (qırx) kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün 2024-cü ilin dekabr ayının 26-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanladığı ********** qeydiyyat nömrəli ərizəsi üzrə icraat prosesində inzibati icraat haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla, yəni imtina haqqında qərarı qanunla müəyyən edilmiş müddət ərzində qəbul etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiklərinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin və onun rəisi X1 inzibati məsuliyyətə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. 80.1. İnzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası: 80.1.1. inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya; 80.1.2. inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya; 80.1.3. inzibati aktı dəyişdirir; 80.1.4. inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir. Məhkəmənin mövqeyi Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi iddia tələbində göstərilmiş səlahiyyət müvafiq yuxarı inzibati orqana aid edilmişdir. Belə olan halda iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya göstərilən tələblə müvafiq yuxarı inzibati orqana müraciət etmək hüququ ona izah edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “inzibati orqanın və onun rəisinin inzibati məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya göstərilən tələblə müvafiq yuxarı inzibati orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1205/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1205/2025
04.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver