Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1215/2022 11.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 (iki min bir yüz) manat əsas məbləğin faizi, 1500 (bir min beş) manat əldən çıxmış faydanın, 1000 (bir min) manat mənəvi ziyanın, cəmi 4600 (dörd min altı yüz) manat pulun və 70 manat məbləğində dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qohumudur və əvvəllər yaxşı münasibətləri olmuşdur. Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmaqla 15000 manat pul vermişdir. Bunla əlaqədar X12 Xidmət Mərkəzində notariat Ofisində notariusun iştirakı ilə müqavilə bağlanmış və o sözügedən 15000 manat pulu cavabdehə vermişdir. Cavabdeh isə ona xx.xx.2020-ci il tarixdə sözügedən məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Hər ikisi müqaviləyə imza etmiş və o sözügedən məbləği cavabdehə bank vasitəsi ilə vermişdir. Bu hallar öz təstiqini tapmış və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1320/2021 saylı və Şəki Apelyasiya Məhkəməsinin 2(107)-203/2022 saylı qətnamələrində bu faktlar təsdiq edilmişdir. Qətnamələr çıxsa da o sözügedən qətnamələrdə cavabdehin ona vurduğu ziyan və əldən çıxmış fayda ilə əlaqədar tələblərini qeyd etməmişdir. Belə ki, düşünmüşdür ki, cavabdeh ona olan borcunu tez biz zamanda ödəyər. Lakin cavabdeh əsassız iddialar qaldırmaqla onun hüquqlarını pozmaqda davam edir. Buna görə də aşağıda qeyd etdiyi səbəblərlə əlaqədar qanunla nəzərdə tutulmuş hüquqlarından istifadə edir. Cavabdeh ona olan borcun ödənilməsindən yayınır. O sözügedən məbləği cavabdehə inandığı üçün versə də hazırda ala bilmir. Sözügedən məbləği tanış bir adamdan almışdır. O şəxs isə pulu faizlə götürmüşdür. Belə olan halda o həm də pulun faizlərini ödəmək məcburiyyətindədir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. O, onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işə məhkəmədə baxılarkən İddiaçı izahat verərək göstərmişdir ki, iddia tələbində Cavabdeh 2100 (iki min bir yüz) manat əsas məbləğin faizi, 1500 (bir min beş) manat əldən çıxmış faydanın, 1000 (bir min) manat mənəvi ziyanın, cəmi 4600 (dörd min altı yüz) manat pulun və 70 manat məbləğində dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbində cavabdehdən əsas məbləğin faizini tələb etmişdir. Cavabdehin hərəkətləri nəticəsində o xeyli pul itirmişdir. Belə ki, o sözügedən pulun müqabilində faiz ödəməlidir. Ona görə də hesab edir ki, mülki cavabdeh sözügedən məbləğin faizlərini də ödəməlidir. Hazırda cavabdehin ona borclu olduğu pula görə faizdə tələb edir. 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7 % təşkil edir, bu məbləğ isə bir ilə 1050 manat, iki ilə cəmi 2100 manat təşkil edir. (mərkəzi bankın rəsmi internet səhfəsi www.cbar.az istinad edilir). Bundan əlavə 1500 (bir min beş) manat əldən çıxmış faydanın ona verilməsini tələb etmişdir. İddia ərizəsində də göstərdiyi kimi o sözügedən məbləği özündə saxlayıb hər hansı qazanc gətirən sahəyə və ya ən azı banka depozit kimi qoysaydı ən azı sözügedən pulu illik 10-15 % hissəsi miqdarında xeyir götürərdi. O əldən çıxmış fayda kimi cavabdehdən 1500 manat tələb edir. O ərizəsində 15000 manat pulun bir il ərzində qazancını tələb etmişdir. Lakin iki ildən çoxdur ki pul ona verilmiş və o qazancından məhrum olmuşdur. Bundan əlavə 1000 (bir min) manat mənəvi ziyanın tələbi real və danılmazdır. Çünki sözügedən hadisələr nəticəsində maddi ziyanla bərabər mənəvi zərər də çəkmişdir. Əsəbləri korlanmış və müalicələr almışdır. Yoldaşı bu səbəbdən xəstəlikləri artmış və bu barədə sənədləri təqdim etmişdir. Əlavə olaraq bildir di ki, cavabdeh ondan pul aldıqdan sonra iqtisadiyyatla bağlı hər şeyin qiyməti qalxmışdır. O pulu alanda tez qaytaracağını və hətta əlavə olaraq 5000 manat pul verəcəyini vd etmişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. Cavabdehə köməklik məqsədi ilə iki tanış şəxsdən borc alıb ona vermişdir. Borc aldığı şəxslərdən birini pulunu qaytarsa da, digərinin borcunu qaytara bilməmişdir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(075)-1215/2022 saylı qərardadı ilə iddia tələbinin “1500 manat əldən çıxmış fayda” tələbi hissəsində xitam verilmişdir. Ona görə də məhkəmə, iddia ərizəsinin 2100 manat əsas məbləğin faizinin, 1000 manat mənəvi ziyanın və 70 manat məbləğində dövlət rüsumunun Cavabdeh alnıb İddiaçı verilməsi hissəsinə hüquqi qiymət vermişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı ondan borc pul istəmişdir. Qardaşı Moskvada işləyirdi. O da onun pulundan götürüb vermişdir. Borcu 1 il müddətində qaytarmışlar. İddiaçı borc pulu Cavabdeh vermək üçün istəmişdir. İddiaçı 2020-ci ilin avqust ayında ondan 5000 manat borc pul istəmişdir və üstündə 1500 manat borc pul ilə 1-2 ay müddətinə qaytaracağını bildirsələr də 1 ilə qaytarmışlar. Hər ay 500- 600 manat olmaqla, 6500 manat pul qaytarmışdır. İddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o İddiaçı ilə yaxın dostdur. Cavabdeh tanıyır. İddiaçı ona 2020-ci ildə 15 min manat pul lazım olduğunu və ona 5000 min manat borc verməyini xahiş etmiş və 1-2 ay ərzində borcu qaytaracağını bildimişdir. Gələn taxıl biçimində 5000 manat və əlavə olaraq taxıl biçimində 1500 manat verəcəyini bildirmişdir. 1-2 aya qaytaracağını bildirsə də, borcunu ödəməmişdir. İddiaçı təqaüd kartını ona vermək istəsə də, o bunu qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş 07 avqust 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 15000 manat məbləğində pul borc verir. Cavabdeh krediti xx.xx.2020-ci il tarixinədək qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1320/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, X1 15000 manat və əlavə gəlir kimi 5000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-203/2022 saylı qətnaməsinin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-203/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1320/2021 saylı qətnaməsi qarşılıqlı iddianın 5000 manat pulun Cavabdeh tutulması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia ərizəsinin mübahisələndirilən 5000 manata aid hissədə rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 07 avqust 2020-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə qaytarmaq şərti ilə 15000 manat məbləğində borc pul vermişdir. Cavabedeh iddiaçıdan borc pul alsa da, borcunu qaytarmamışdır. Bu səbəbdən də İddiaçı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1320/2021 saylı və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-203/2022 saylı qətnamələrinə əsasən 15000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü ki, qüvvəsini almış məhkəmə qətnamələri ilə hazırkı iddianın qaldırılmasına səbəb olmuş pulun alınması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İşin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı cavabdehə ümumi 15000 manat məbləğində borc pul vermiş, cavabdeh də həmin məbləği xx.xx.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü borcu qaytarmaqdan yayınmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, cavabdehin hərəkətləri nəticəsində xeyli pul itirmiş və sözügedən pulun müqabilində faiz ödəməli olmuşdur. Ona görə də, cavabdehin borclu olduğu pula görə faiz tələb edir. Belə ki, 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7 % təşkil edirdi, bu məbləğ isə bir ilə 1050 manat, iki ilə cəmi 2100 manat təşkil etdiyini qeyd etmişdir. Dəymiş ziyanın əvəzi kimi hazırda həmin pulu özündə saxlayıb hər hansı qazanc gətirən sahəyə və ya banka depozit kimi qoysaydı ən azı sözügedən pulun illik 10-15 % hissəsi miqdarında xeyir götürə bilərdi. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədiyinə görə iddiaçının əsas məbləğdən faiz tələb etməkdə haqlıdır. Lakin faizlər cavabdehin öhdəliyi icra etməli olduğu vaxtdan iddiaçının məhkəməyə müraciət etmədiyi vaxtadək bank uçot dərəcəsi ilə hesablanmalıdır. İş üzrə qanuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1215/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 9/5923 nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarında olan məlumatlara, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 15000 manat məbləğində pul vəsaitinə Mərkəzi Bankın uçot faiz dərəcəsi nəzərə alınmaqla hesablanmış məbləğ 1622.29 manat müəyyən edilir. Məhkəmə faiz dərəcəsinin 1622.29 manat məbləğində olması ilə bağlı ekspert rəyi ilə razılaşır. Belə ki, həmin məbləğ tərəflərin qarşılıqlı münasibətləri üzrə daha ədalətli olmaqla, daha çox reallığı əks etdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Bundan başqa İddiaçı iddia tələbində Cavabdeh hərəkətləri nəticəsində ona mənəvi zərər vurduğunu bildirərək, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığını, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı halların nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 1000 manat məbləğində mənəvi ziyan hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 47 manatı İddiaçı aid edilməklə, 23 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1622.29 manat məbləğində pul və ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun 23 manatı alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 70 manatı İddiaçı, 30 manatı isə Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1622.29 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 47 manatı İddiaçı aid edilməklə, 23 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli qərardadı nəzərə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 70 manatı İddiaçı, 30 manatı isə Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev İş № 2(075)-1215/2022 Azərbaycan Respublikası adından QƏRARDAD 11 oktyabr 2022-ci il Şəki şəhəri Şəki Rayon Məhkəməsi Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2100 (iki min bir yüz) manat əsas məbləğin faizi, 1500 (bir min beş) manat əldən çıxmış faydanın, 1000 (bir min) manat mənəvi ziyanın, cəmi 4600 (dörd min altı yüz) manat pulun və 70 manat məbləğində dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun qohumudur və əvvəllər yaxşı münasibətləri olmuşdur. Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmaqla 15000 manat pul vermişdir. Bunla əlaqədar X12 Xidmət Mərkəzində notariat Ofisində notariusun iştirakı ilə müqavilə bağlanmış və o sözügedən 15000 manat pulu cavabdehə vermişdir. Cavabdeh isə ona xx.xx.2020-ci il tarixdə sözügedən məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Hər ikisi müqaviləyə imza etmiş və o sözügedən məbləği cavabdehə bank vasitəsi ilə vermişdir. Bu hallar öz təstiqini tapmış və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1320/2021 saylı və Şəki Apelyasiya Məhkəməsinin 2(107)-203/2022 saylı qətnamələrində bu faktlar təsdiq edilmişdir. Qətnamələr çıxsa da o sözügedən qətnamələrdə cavabdehin ona vurduğu ziyan və əldən çıxmış fayda ilə əlaqədar tələblərini qeyd etməmişdir. Belə ki, düşünmüşdür ki, cavabdeh ona olan borcunu tez biz zamanda ödəyər. Lakin cavabdeh əsassız iddialar qaldırmaqla onun hüquqlarını pozmaqda davam edir. Buna görə də aşağıda qeyd etdiyi səbəblərlə əlaqədar qanunla nəzərdə tutulmuş hüquqlarından istifadə edir. Cavabdeh ona olan borcun ödənilməsindən yayınır. O sözügedən məbləği cavabdehə inandığı üçün versə də hazırda ala bilmir. Sözügedən məbləği tanış bir adamdan almışdır. O şəxs isə pulu faizlə götürmüşdür. Belə olan halda o həm də pulun faizlərini ödəmək məcburiyyətindədir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. O, onu aldadaraq borclu olduğu pulu qaytarmır. Müxtəlif bəhanələrlə yalnız müddət uzadır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işə məhkəmədə baxılarkən İddiaçı göstərmişdir ki, iddia tələbində Cavabdeh 2100 (iki min bir yüz) manat əsas məbləğin faizi, 1500 (bir min beş) manat əldən çıxmış faydanın, 1000 (bir min) manat mənəvi ziyanın, cəmi 4600 (dörd min altı yüz) manat pulun və 70 manat məbləğində dövlət rüsumunun alnıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbində cavabdehdən əsas məbləğin faizini tələb etmişdir. Cavabdehin hərəkətləri nəticəsində o xeyli pul itirmişdir. Belə ki, o sözügedən pulun müqabilində faiz ödəməlidir. Ona görə də hesab edir ki, mülki cavabdeh sözügedən məbləğin faizlərini də ödəməlidir. Hazırda cavabdehin ona borclu olduğu pula görə faizdə tələb edir. 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7 % təşkil edir, bu məbləğ isə bir ilə 1050 manat, iki ilə cəmi 2100 manat təşkil edir. (mərkəzi bankın rəsmi internet səhfəsi www.cbar.az istinad edilir). Bundan əlavə 1500 (bir min beş) manat əldən çıxmış faydanın ona verilməsini tələb etmişdir. İddia ərizəsində də göstərdiyi kimi o sözügedən məbləği özündə saxlayıb hər hansı qazanc gətirən sahəyə və ya ən azı banka depozit kimi qoysaydı ən azı sözügedən pulu illik 10-15 % hissəsi miqdarında xeyir götürərdi. O əldən çıxmış fayda kimi cavabdehdən 1500 manat tələb edir. O ərizəsində 15000 manat pulun bir il ərzində qazancını tələb etmişdir. Lakin iki ildən çoxdur ki pul ona verilmiş və o qazancından məhrum olmuşdur. Bundan əlavə 1000 (bir min) manat mənəvi ziyanın tələbi real və danılmazdır. Çünki sözügedən hadisələr nəticəsində maddi ziyanla bərabər mənəvi zərər də çəkmişdir. Əsəbləri korlanmış və müalicələr almışdır. Yoldaşı bu səbəbdən xəstəlikləri artmış və bu barədə sənədləri təqdim etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdeh ondan pul aldıqdan sonra iqtisadiyyatla bağlı hər şeyin qiyməti qalxmışdır. O pulu alanda tez qaytaracağını və hətta əlavə olaraq 5000 manat pul verəcəyini vəd etmişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. Cavabdehə köməklik məqsədi ilə iki tanış şəxsdən borc alıb ona vermişdir. Borc aldığı şəxslərdən birini pulunu qaytarsa da, digərinin borcunu qaytara bilməmişdir. Cavabdehə dəfələrlə borclu olduğu pulu qaytarmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin “1500 (bir min beş) manat əldən çıxmış fayda” hissəsi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1320/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Şəki Regional “Asan” Xidmət Mərkəzinin Notariat Ofisi və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, X1 15000 manat və əlavə gəlir kimi 5000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sözügedən qətnamədən X3 tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-203/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1320/2021 saylı qətnaməsi qarşılıqlı iddianın 5000 manat pulun Cavabdeh tutulması hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia ərizəsinin mübahisələndirilən 5000 manata aid hissədə rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədər iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının iddia ərizəsində tələb etdiyi əldən çıxmış faydaya (əlavə gəlir) münasibətdə artıq məhkəmə qərarları qəbul edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Belə ki, məhkəmə hesab edir ki, əlavə gəlir və əldən çıxmış fayda mahiyət etibarı ilə eyni məzmunlu ifadələrdi. Qanunvericilikdə eyni tərəflər arasında, eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduqda həmin predmet barəsində yenidən iddia qaldırılmasının yolverilməz olduğunu nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin “1500 manat əldən çıxmış fayda” hissəsi üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki iş üzrə iddia tələbinin “1500 manat əldən çıxmış fayda” tələbi hissəsi üzrə icraata xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1215/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1215/2022
11.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver