Məhkəmə qərarları › İş №e-2(075)-1237/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1237/2025

29.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1237/2025 29.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş məhkəmənin icraatındadır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, cavabdeh tərəfindən tələb edilən pul vəsaiti ödənildiyindən iddia ərizəsinin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçı ilə mübahisəni məhkəmədən kənar razılıq yolu ilə həll etdikləri barədə məlumat vermişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, iddiaçı tərəfindən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263-264, 267- 268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın, mülki iş baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar