Məhkəmə qərarları › İş №e-2(075)-1245/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1245/2025

08.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1245/2025 08.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla “doğum və qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi İddiaçı maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, X4nun 1922-ci ildə Şəki şəhərində anadan olması, atasının X27, anasının isə X9 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Şəki şəhərində anadan olmuşdur. X4, anası X13. Atası xx.xx.1979-cu ildə Şəki şəhərində vəfat etmişdir. Yaşadığı ev X4 və nənəsi X2 mülkiyyətindədir. Həmin evi öz adına rəsmiləşdirmək üçün aidiyyəti orqanlara müraciət etsə də, atasının doğum haqqında şəhadətnaməsi tələb edilmişdir. Atası 1922-ci ildə Şəki şəhərində anadan olmuşdur. X12, anası X5r. Həmin sənədin əldə edilməsi ilə bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin atasının doğum haqqında akt qeydi mövcud olmadığından əldə edə bilməmiş və ona doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Beləliklə, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən atasının doğum akt qeydinin əldə edilməsi ilə bağlı X36 sorğu göndərilmiş, lakin aşkar edilməmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X4nun 1922-ci ildə Şəki şəhərində anadan olması, atasının X28, anasının isə X10 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X3 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində və Şəki rayon qeydiyyat şöbəsi tərəfindən göndərilmiş sorğuya cavab olaraq X34 xx.xx.2024-cü il tarixli 3-48-TA/2-183/2024 nömrəli məktubunda 1922-ci ilin doğum akt qeydi kitablarında X8 doğum haqqında akt qeydi kitablarında X8 doğum haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, onun doğumunun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədlər təqdim edilmədiyinə görə doğum qeydiyyatının aparılması mümkün olmamışdır. X8 doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunması tösiyə olunmuşdur. - Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışında görünür ki, İddiaçı xx xxxxx 1964-cü ildə Şəki şəhərində anadan olmuşdur. Bu barədə 10 may 1964-cü il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 479 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Şəki şəhəri “Qışlaq” məhəllə komitəsinin xx.xx.2025-ci il tarixli, 045 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. Ailə üzvləri arvadı – X25, oğlu X31, gəlini – X20, nəvəsi – X21, nəvəsi – X18r. xx.xx.1975-ci il tarixli İ-ЖГ 254654 nömrəli boşanma haqqında şəhadətnamədən görünür ki, X17 ilə X22 arasında bağlanmış nikah 6.11.1975-ci il tarixdə ləğv edilmişdir. - Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X17 18 may 1979-cu il tarixdə Şəki şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1979-cu ildə 174 nömrəli akt qeydi tərtib olunmuşdur. - Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 1922ci il təvəllüdlü X8 doğumu barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Şəki rayon qeydiyyat şöbəsinin arxivində Şəki şəhəri üzrə ilkin doğum haqqında akt qeydi kitabları 1949-cu ilədək saxlanılmır, Şəki rayon qeydiyyat şöbəsində doğum haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1936-xx.xx.2025ci illər üzrə yoxlanılmışdır. - xx.xx.1964-cü il tarixli 479 nömərli doğum aktı qeydindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı X4, anası isə X13. - xx.xx.1962-ci il tarixli 4817/2459 nömrəli torpaq qeydindən görünür ki, Nuxa şəhəri, 2-ci rayon, Batraklar küçəsi, döngə 5, ev 2 ünvanında yerləşən ev və torpaq sahəsi X10 və X8 adınadır. - xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, İddiaçı onun əmisinin oğludur. Əmisinin yoldaşı Məryəmdir. Əmisi Yusifəli o, əsgərlikdə olanda rəhmətə getmişdir. Babasnın adı Yusif, Nənəsinin adı Zahidədir. Hamısı Qışlaq qəbirstanlığında dəfn edilmişdir. Əmisinin nə vaxt anadan olmasını bilmir. Amma 1979-cu ildə vəfat etmişdir. - xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun qonşusudur. Oktayın atasının adı Yusifəli, anasının adı isə Mariya idi. Oktayın nənəsi Zahidəni uşaq olanda görmüşdür. Oktayın atası Qışlaq qəbristanlığında dəfn edilmişdir. Oktayın atasının nə vaxt anadan olmasını dəqiq bilmir. Deyəsən 1922-ci il təvəllüddür. - xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, İddiaçı həm onun qonşusu, həm də qohumudur. Atasının adı Yusifəli, anasının adı isə Məryəmdir. Atası çoxdan vəfat etmişdir. Atası Qışlaq qəbirstanlığında dəfn edilmişdir. Oktayın atasının nə vaxt anadan olmasını bilmir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi İddiaçı tələblərindən biri mərhum atası X11 1922-ci ildə Şəki şəhərində anadan olması faktının, digəri isə atasının atasının X28, atasının anasının isə X10 olması hüquqi faktlarının müəyyən edilməsidir. Ərizəçi bildirir ki, bu hüquqi faktların müəyyən edilməsində məqsədi hazırda yaşadığı,xx.xx.1962-ci il tarixli 4817/2459 nömrəli torpaq qeydi ilə mərhum nənəsi X10 və X4nun adına olan evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqdır. İş materiallarından müəyyən edilir ki, ərizəçi İddiaçı X4, anası isə X13. Həmçinin babasının X28, nənəsinin isə X6r. Məhkəmə, iş materiallarında olan və bir-biri ilə ziddiyyət təşkil etməyən sübutları, şahid ifadələrini, foto şəkillər, həmçinin daxili inamını rəhbər tularaq hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı atasının X8 1922-ci ildə Şəki şəhərində anadan olması, atasının X28, anasının isə X10 olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı atasının X8 1922-ci ildə Şəki şəhərində anadan olması, atasının X28, anasının isə X10 olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar