Məhkəmə qərarları › İş №e-2(075)-1272/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1272/2021

13.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1272/2021 13.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların mülkiyyətlərində olan Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksindən çıxarılması, əmlak kompleksinin tam şəkildə boşaldılması və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-40/2020 saylı, 24 iyun 2020-ci il tarixli icra sənədinə əsasən X1 İddiaçı BOKT ASC-nin xeyrinə cəmi 26968.36 ABŞ dolları (qətnamə icra olunan günə manatla məzənnə üzrə) borc tutulmalı, tələb Cavabdeh məxsus Şəki rayonu. Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə yönəldilərək ilkin satış qiyməti 120 000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, əldə olunan pul hesabına 26968.36 ABŞ dolları məbləğində borc ödənilməlidir. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və icra olunması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədinin tələbinə uyğun olaraq Cavabdeh məxsus Şəki rayonu, Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi satılması üçün ilkin satış qiyməti 120 000 manata açıq hərraca çıxarılmışdır. Keçirilmiş hərrac zamanı əmlakın alıcısı olmadığı üçün hərrac baş tutmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əmlak təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 03 fevral 2021-ci il tarixli, 08/03 saylı protokola əsasən, İddiaçı BOKT ASC tərəfindən 76 500 manata əldə edilmişdir. 03 fevral 2021-ci il tarixli, 08/03 saylı protokola əsasən İddiaçı BOKT ASC sözügedən mənzilə dövlət reyestrindən çıxarış almışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehə məxsus əşyalar mülkiyyətlərində olan Şəki rayonu, Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksindədir. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(075)-40/2020 saylı qətnaməsindən görünür ki, X1 İddiaçı BOKT ASC-nin xeyrinə tərəflər arasında bağlanmış Kredit müqaviləsinə əsasən 14 yanvar 2020-ci il tarixə yaranmış 18000 ABŞ dolları məbləğində əsas, ona hesablanmış 8968.36 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 26968.36 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə (müəssisə)yə tutma yönəldilərək ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat müəyyən edilməklə açıq hərracda satılması, həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına 18000 ABŞ dolları məbləğində əsas, ona hesablanmış 8968.36 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 26968.36 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, iddianın X3 ilə İddiaçı BOKT ASC arasında 06 fevral 2015-ci il tarixli, 2015/00011-01 №li Kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(075)-40/2020 nömrəli qərardadının nəzərə alınması, 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinın X3 və Cavabdeh müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X2 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı müstəqil qiymətləndirici Əmlak Ekspert Mərkəzinin xeyrinə X3 və Cavabdeh müştərək qaydada 250 (iki yüz əlli) manat xidmət haqqının tutularaq VÖEN:**********,Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ**********0000047944,KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməsi qərara alınmışdır. İşdə olan “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC-nin 03 fevral 2021-ci il tarixli, 08/03 saylı “Hərracın yekunları barədə Protokol”dan və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Müqavilə”dən görünür ki, Cavabdeh mülkiyyətində olan və ilkin satış qiyməti 120000 (bir yüz iyirmi min) manat müəyyən edilmiş Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi (müəssisə) 76500 manata İddiaçı BOKT ASC-yə satılmışdır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli, ********** qeydiyyat, **********54-12301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən əmlak kompleksi İddiaçı BOKT ASC-nin adına qeydə alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdehin və digər şəxsin İddiaçı BOKT ASCyə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2(075)-40/2020 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə Cavabdeh mülkiyyətində olan Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi (müəssisə) ilkin satış qiyməti 120000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin əmlak kompleksi tələbkar İddiaçı BOKT ASC-yə təklif edilmişdir. İddiaçı BOKT ASC də alıcı qismində iştirak etmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC tərəfindən 03 fevral 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 08/03 nömrəli yekun protokola əsasən Cavabdeh mülkiyyətində olan və ilkin satış qiyməti 120000 manat müəyyən edilmiş Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi (müəssisə) 76500 manata İddiaçı BOKT ASC-yə satılmışdır. Hal-hazırda həmin əmlak kompleksi İddiaçı BOKT ASC-nin adınadır. Bununla bağlı İddiaçı BOKT ASC-nin adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 23 aprel 2021-ci il tarixli, ********** qeydiyyat, **********54-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş üzrə cavabdeh mübahisə predmeti olan, Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi (müəssisə)ni könüllü olaraq boşaltmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı hər hansı bir münasibət bildirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi İddiaçı BOKT ASC həmin əmlak kompleksinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin Cavabdeh İddiaçı BOKT ASC-yə məxsus əmlak kompleksini könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin əmlak kompleksindən əmlaklarını çıxarmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan əmlak kompleksi 03 fevral 2021-ci il tarixli, 08/03 saylı hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqavilə əsasında İddiaçı BOKT ASC-nin adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin həmin əmlak kompleksi üzərində hər hansı bir hüquqlarının qalması müəyyən edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh məxsus əşyalar Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksindən çıxarılmalı və əmlak kompleksi tam şəkildə boşaldılmalı, 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şəki Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı BOKT ASC-yə qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh məxsus əşyalar Şəki rayonu Çələbixan qəsəbəsi ünvanında 0.86 ha torpaq sahəsində yerləşən 481.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksindən çıxarılsın və əmlak kompleksi tam şəkildə boşaldılsın. 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Şəki Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı BOKT ASC-yə qaytarılmasının qərara alınması nəzərə alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar